Azərbaycandakı sabitliyi pozmaq üçün fürsət axtaran bəzi saytlar yenə bir xəbəri uyğun olmayan surətdə yozublar. Belə ki, Türkiyənin netondə fəaliyyəti qadağan olmayan və rahat fəaliyyət göstərən İŞİD terror qruplaşmasına bağlı "Ənfalmedia" adlı sayt Gəncədə azyaşlı uşaqların başlarının kəsilməsi xəbərini kökündən dəyişərək ölkədə sünni və şiələr arasında qarşıdurma yaratmaq məqsədilə daha bir yalanına imza atıb.
"Şiələr iki sünni uşağın başını kəsdi" başlıqlı xəbərdə İŞİD terrorçularının saytı yazır: "Gəncənin Beşyol ərazisində sələfilərin kirayə tutduğu bir evə iki maskalı şəxs hücum edib. Evdə olan 4 uşaqdan ən kiçik ikisinin (1 və 3 yaşında) başını bıçaqla kəsməklə qoparıblar. İranın dəstəklədiyi bir şiə təşkilata mənsub olduğu ehtimal edilən 2 qatil isə yoxa çıxıb".
İŞİD saytı öldürülənlərin sələfi ailəyə məxsus uşaqlar olduğuna görə, Azərbaycan mediasının bu olaya gözünü yumduğunu da əlavə edib.
Heç jurnalistika qanunlarına əsaslanmayan, faktlar göstərilməyən, sadəcə sırf dezinformasiya məqsədilə hazırlanmış xəbər əvvəllər də, Azərbaycan mediasına tanış olan şəxs tərəfindən hazırlanıb. Bu dezinformasiyanın aldında əslən azərbaycanlı olan Abdullah Poladın imzası qeyd edilib. Abdullah Polad İŞİD-in jurnalist deyə bilməyəcəyimiz türkdilli saytının redaktorudur.
Bu şəxs haqda İŞİD-in digər türkdilli saytı olan "Takvahaber.net" barəsində yazırdı: "Əvvəllər saytımızda redaktorluq edən, sonra da oğurluq etməyə çalışan, bacarmayanda da bizə təqlid edərək və etibarımızı zədələməyə çalışan oğru Əbdülqədir Polad bu dəfə də dostunun 5 aylıq körpəsi olan kəbinli arvadını qaçırıb. Bizdən qovulduqdan sonra özünü İslam Dövlətinin (İŞİD) təmsilçisi kimi təqdim edən, özünü İslam Dövlətinn Türkiyədəki media sahəsində tək təmsilçisi kimi qələmə verən, insanları internet üzərindən ittiham edən bu şəxs dostunun 5 aylıq körpəsi olan kəbinli arvadını qaçırıb, nəticədə 5 aylıq körpə də kimsəsiz qalıb".
Hadisə ilə bağlı DİN maskalı şəxslər məsələsinə münasibət bildirib. APA-nın sorğusuna DİN mətbuat xidmətinin rəis müavini dünən Ehsan Zahidov belə deyib: "Bu gün bəzi xəbər saytları aidiyyatı dövlət orqanları ilə heç bir dəqiqləşdirmə aparmadan dünən baş vermiş bir cinayət barədə təhrif olunmuş xəbərlər yayıblar. Guya, iki nəfər maskalı şəxs Gəncə şəhər sakini olan bir nəfərin yaşadığı mənzilə pəncərədən daxil olaraq onun iki azyaşlı oğlanlarınin başlarını kəsiblər. Törədilmiş ağir cinayət barədə belə yanlış və tükürpədici ehtimallar əsasında tez-tələsik xəbər hazırlayaraq onu ictimailəşdirmək, sözsüz ki, vətəndaşlar arasında əsassız narahatlığa səbəb olur. Bunu nəzərə alaraq bildirmək istəyirəm ki, bəli, iyunun 20-də Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini Ramal Əliyevin yaşadığı mənzildə naməlum şəxsin onun iki azyaşlı övladını bıçaqla qətlə yetirməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları orada bıçaq xəsarətləri almış uşaqlardan birinin artıq ölməsini, digərinin isə ağır vəziyyətdə olmasını aşkar ediblər. Faktla bağlı dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi qaldırılıb və həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayətin sırf ailə-məişət münaqişəsi zəminində Ramal Əliyevin həyat yoldaşı, yəni uşaqların doğma anası olan Sədaqət Babayeva tərəfindən törədilməsi müəyyən edilmiş və o şübhəli şəxs qismində saxlanılıb. Qadın ilkin ifadəsində törətdiyi cinayəti də tam etiraf edib. Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".
islamazeri.az

Комментариев нет:
Отправить комментарий