Artur Rasizadənin oxuduğu məktəbə 25 il rəhbərlik edən qadının düşüncələri
Yeganə Əsgərova 25 ildir ki, Lənkəran şəhərindəki V. Əliyev adına 4 saylı Humanitar təmayüllü məktəb-liseyə rəhbərlik edir. Onun rəhbərlik etdiyi, 1700-ə yaxın şagirdi, 199 müəllimi birləşdirən bu məktəbin özünəməxsus uğurları və ənənələri var.
Biz də “Qadın Gücünə Güc” layihəsi çərçivəsində hazırlayacağımız bu yazıyla bağlı Yeganə xanımla görüşüb bir sıra suallara aydınlıq gətirdik.
Yeganə xanım bildirdi ki, Lənkəranda doğulub, elə rəhbərlik etdiyi bu məktəbdə də təhsil alıb. O vaxtkı V. İ. Lenin APİ-ni bitirdikdən sonra oxuduğu məktəbə müəllim kimi qayıdıb, sonra isə bir müddət dərs hissə müdiri işləyib. Öz dili ilə desək, 58 illik ömrünün tələbəlik və uşaqlıq dövrü istisna olmaqla 46 ili bu məktəblə bağlıdır. Yeganə xanım ilə müsahibəni sizə təqdim edirik.
-Müəllim olmaq əksər qadınların arzusudur. Bəs direktor vəzifəsinə yüksəlmək necə baş verdi?
-Bunun maraqlı tarixçəsi var. Gələn il 110 yaşını qeyd edəcək bu məktəbə uzun müddət erməni rəhbərlik edib. Bir az qəribə səslənsə də həmin erməninin atası da, babası da burada doğulub, boya-başa çatmışdı. Onun övladlarının də hamısı azərbaycanlı ailələrlə qohum olmuşdu. Onun direktor olduğu dövrdə mən bu məktəbdə dərs hissə müdiri işləyirdim. 1988-ci ildə ermənilərlə münasibətlər gərginləşəndə, o, heç bir təzyiq olmadan məktəbin açarlarını, möhür-kitabını qarşıma qoyub, “mən gedirəm, gənclər yəqin ki, onların məktəbinə erməninin rəhbərlik etməsini qəbul etməz” dedi. Beləcə o getdi. Özü də Ermənistana yox, Moskvaya, oradan da ABŞ-a. Beləliklə, bir neçə il direktor əvəzi işlədim: istəsəm də, istəməsəm də. 1990-cı ildə isə ilk dəfə olaraq səsvermə yolu ilə direktor seçildim. 4 namizəd var idi, ancaq hamı yekdilliklə mənə səs verdi.
-Facebook səhifənizdə tez-tez qadın müəllimlərlə səyahətləriniz barəsində şəkillər paylaşırsınız. Bu tədbirlər barədə təşəbbüslər sizdən gəlir, ya müəllimlərdən? Ümumiyyətlə qadın müəllimlərin çoxluğu məktəbdə problem yaratmır ki?
-Kollektivimizdəki 199 müəllimin 189-u qadın müəllimlərdir. Onlara bir ailəm kimi baxıram. Ekskursiyalar bizi bir-birimizə çox doğmalaşdırır. Çox olduqları üçün bəzən bu gün bir qrup ilə, sabah başqa qrupa ilə ekskursiyaya gedirəm. Lerikdə, Gəncədə, Bakıda və digər yerlərdə ekskursiyalarda olmuşuq. Gələcəkdə Şəkiyə, Gürcüstana səfər etmək fikrimiz var. Sosial şəbəkənin də imkanlarından istifadə edib, həm səfərlərimizi, həm kollektivin uğurlarını, həm də qayğılarımızı paylaşırıq. Qadınların çoxluğu isə elə də problem deyil çünki biz bir komandayıq və arada olduqca böyük səmimiyyət və mehribanlıq var. Bunlar olan yerdə isə hər bir problem asanlıqla aradan qalxır.
-Söz ki, uğurlardan düşdü, bilmək maraqlı olardı - hansı uğurlarınız, daimi xarakter almış ənənələriniz var?
-Elə ənənələrdən biri bu ekskursiyalardır. Həm müəllimlər, həm şagirdlər bu səfərləri çox xoşlayır. Hər il fevral ayı məktəb təkcə yeni yox, bütün ötən illərdə məktəbi bitirmiş məzunlar üçün görüş günü olur. 10 il, 20 il öncə məktəbi bitirən məzunları yenidən məktəbdə görmək olduqca xoş təəssüratlar oyadır. “Yer” günü məktəbdə xüsusi təntənə ilə qeyd olunur. Şagirdlər müxtəlif qitələr, millətlər, onların ənənələri və sair haqqında biliklər əldə edir. Məktəbdə yaradılmış təbiət muzeyi də, hansı ki, burada ölkəmizdəki 12 qoruğun hamısının maketi hazırlanmışdır, uşaqların və məktəbə gələn qonaqların sevimli yeridir. Tanınmış sənətkarlarımızın- alimlərin, şair və nasirlərin yubileylərinin qeyd olunması da bu ənənələr sırasına daxildir. Beynəlmiləl məktəb olduğu üçün şagirdlərimizin yarıdan çoxu rus dilində təhsil alır. Buna görə Puşkin, Lermantov kimi klassiklərin də yaradıcılıq günlərini keçirmək böyük marağa səbəb olur. Qaldı ki, uğurlara, başlıca məqsədimiz heç bir istedadın kənarda qalmamasıdır. Tədris öz yerində, uşaqların dünyagörüş tərbiyəsinə, xüsusən onlarda etik normaların formalaşmasına çox çalışırıq. Məktəbimizdə rəqs dərnəyi fəaliyyət göstərir. 200-dən artıq aşağı sinif şagirdi təkcə milli yox, dünya xalqlarının rəqslərini öyrənir. Hazırda bəzilərinin qəribə münasibət göstərməsinə baxmayaraq, uşaqlara vals öyrədirik. Və ona çalışırıq ki, şagirdlərimiz bu rəqsi ifa edəndə etik normalara əməl etsinlər. Bütün uğurlarımızı saysam, böyük siyahı alınar. Onu da əlavə edim ki, uğurlarımız layiqli qiymətini də alır. Ölkə başçısının sərəncamı ilə 2 dəfə “İlin məktəbi” adına layiq görülmüşük. Bir müəllimimiz 2, digər müəllimiz isə 1 dəfə ilin ən yaxşı müəllimi adını qazanıb. Mən və digər bir müəllim “Tərəqqi” medalına layiq görülmüşük. Müxtəlif medallar alan xeyli müəllimimiz də var.
-Bu gün təhsilimizin ən ciddi problemi nələri hesab edirsiniz?
-Hər sahədə olduğu kimi təhsil sahəsində də uğur da var, problem də. Biz problemlər barədə çox düşünmək əvəzinə iş görmək, yeniliklərə imza atmaq istəyirik. Məsələn, bizim müəllimlər imtahanlara hazırlıq işində internetdən çox faydalanırlar. Belə ki, internetdən kim hansı yenilikləri əldə edirsə, toplantılarda bunu paylaşır, onları işində tətbiq etməyə çalışır. Hər bir müəllim öz fənni üzrə istedadlı şagirdlərlə xüsusi proqramla işləyir.
-Heç olub ki, bu vəzifədən bezəsiniz?
-Yorulduğum, bəzən ruhdan düşdüyüm anlar olub. Lakin kollektivdəki ruh yüksəkliyi bunları tez unutdurur. Yuxarıda dediyim kimi, biz bir ailəyik, birlikdə isə insan çox güclü olur. Əgər üzərimə rəhbərliyi götürmüşəmsə, kollektivi saxlamağı da, onun ağrılarına, qayğılarına dözməyi də bacarmalıyam. Daha dəqiq desəm, ruhdan düşməyə haqqım yoxdur.
-Əlinizdə fövqaladə səlahiyyətlər olsa idi, bu məktəb üçün nələr edərdiniz?
-Çox istərdim ki, məktəbin hər bir müəlliminin əlinin altında ən müasir tədris avadanlıqları olsun. Məktəbin elektron sistemi daha yüksək səviyyədə qurulsun. Çalışardım ki, hər bir valideyinin internet vasitəsi ilə məktəblə birbaşa təmasda olmaq imkanı olsun. Valideyn evində oturub dərsi izləyə bilsin. Elektron jurnallar tətbiq edilsin. Təəssüf ki, bizdə hələ internetin sürəti o səviyyədə deyil ki, bu arzularımızı reallaşdıraq.
-Fəxr yeriniz olan bir neçə məzunun adını saya bilərsinizmi?
-Ölkəmizin hazırkı baş naziri Artur Rasizadə, dünya şöhrətli, akademik Miri Cavadzadə, hazırda Azərbaycanın NATO-dakı təmsilçisi Xəzər İbrahim, Azərbaycanın ən nüfuzlu ali məktəblərindən sayılan Diplomatik Akademiyanın prorektoru Fariz İsmayılov bu məktəbin məzunlarıdır.
-Özünüzə bağışlamadığınız səhvlər varmı?
-Var. Lakin bunu mətbuata açıqlamaq istəmirəm.
Yeganə xanım sonda bildirdi ki, janrından asılı olmayaraq yaxşı, dəyərli musiqini, xüsusən klassik musiqini çox xoşlayıram. "Bu musiqilər qəlbimə bir rahatlıq, duruluq, çətin anlarımda təsəlli gətirir. Təklikdə qalanda isə “Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim” misralarını çox züm-zümə etməyi xoşlayıram.
“İdeal direktorun cizgilərini necə cızardınız?” sualını isə cavablandırmaq çox çətindir. Hamı üçün yaxşı olmaq mümkün deyil. Bəzən “pis adam” olmağa da məcburuq. Dünyada çox az adam tapılar ki, hamı ondan razı qalsın. Çünki hər kəsin öz həqiqəti, hər kəsin öz “demokratiyası” var. Amma bütün hallarda yüksək insani dəyərlərə daha çox sadiq olmağa çalışıram".
-Qadınlarda zərifliyi, savadı, ya cəsarətliliyi çox dəyərləndirirsiniz?
-Bütün hallarda qadın təşkilatçılığı bacarmalıdır- istər evdə, istər çalışdığı sahədə, istər təhsildə. Təşkilatçılıq olmasa hər şey yarımçıq olacaq. Bacarıqlı təşkilatçı isə dediklərinizi bir məcraya yönəldə biləcək.
Zahir Əmənov, “Cənub Xəbərləri” qəzetinin baş redaktoru

Комментариев нет:
Отправить комментарий