Cəlilabad rayonu sakini Məlik Xəlilovun Axar.az-a qeyri-adi sayıla biləcək hadisəni təsvir edən məktub göndərib.
Rayonun Qarazəncir kəndində yaşayan məktub müəllifi yazıb ki, Beynəlxalq Sığorta Şirkəti onu məhkəməyə verərək pul tələb edir. Şikayətçinin sözlərinə görə, hazırda iş Cəlilabad rayon Məhkəməsindədir.
M.Xəlilov bildirib ki, 17 may 2015-ci il tarixdə Bakı-Astara yolunda onun atını “Hunday Sonata” markalı, 90 CF 081 nömrəli avtomobil vurub: “Həmin maşın mənim atımla birgə həmkəndlim Əzizağa adlı kişinin də atını vurub. Nəticədə onun atı ölüb, mənim atımın isə qıçı sınıb. İndi Beynəlxalq Sığorta Şirkəti vətəndaşa sığorta pulunu özü ödəməli olduğu halda həmin pulu mənim boynuma yükləyir. Şirkətin İddialar Departamentinin direktoru Fərhad İzmayılov mənə rəsmi məktub yazıb. Bildirir ki, əzilmiş “Hunday Sonata” maşınını sən düzəltdirməlisən”.
M.Xəlilov qeyd edir ki, ona aid olan at il boyu evdə olmur: “Çöldə otlayır, üzünü də aylarla görmürəm. Qəza olanda mənə xəbər çatdı, hadisə yerinə gəldim. Savadsız olduğuma görə yol polislərinin hansı protokol tərtib etdiklərindən xəbərim olmadı. Amma dedilər ki, səndə günah yoxdur, narahat olma. Heç at mənə lazım deyil, gəlsinlər atı həbs edib aparsınlar. Necə olur ki, Əzizağanı heç kim məhkəməyə çağırıb iddia etmir? Amma məni çağırırlar”.
Şirkətdən isə ona göndərilən məktubda qeyd olunub ki, sığortalanmış maşın at tərəfindən vurulub və dəymiş zərəri ödəməlisiniz. /axar.az/
Комментариев нет:
Отправить комментарий