10.06.2015

Millət zillətdən qurtarardı


Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -20

Cəmil Şirvanov: Universitetdə rus dili müəllimim deyirdi: “SSRİ dövründə biz işğal altında olmamışıq, əslində inkişaf etmişik. Təsəvvür edirsiz, 36 kosmik elmi-tədqiqat institutundan 28-i Bakıda yerləşirdi”.  Mənim bu institutların harda yerləşməsindən və hansı müəssisələri olduğundan xəbərim yox idi. Bir ay olar ki, 3 belə obyektin olduğunu bir adamdan eşitmişəm. O adamdan ki, həmin 3 obyektdə də işləyib. Nano texnologiyası səviyyəsində mikrosxemlərin hazırlanmasında iştirak edib. Hal-hazırda isə həmin adamın övladları kosmik tədqiqatlar deyəndə söhbətin nədən getdiyini bilmir. Nəvələri isə heç bilməyəcək. SSRİ-yə tüpürəcək. Tüpürəcək ki, onun babasını və ya nənəsini kosmik fırıldaqlarına qatıb. Və həmin nəvələr yenə də peyki xaricdən alıb uçuracaqlar, transfer etdikləri futbolçular kimi kosmonavtları da milliləşdirib kosmosa uçurub Azərbaycanın adını kosmosu fəth edən ölkələr siyahısına salacaqlar. Təki yaşasın müstəqillik!
Ramil Qafarov: Amerikanı məhv ediblər. Sənayesini yox etməklə fəhlə sinfini, narkotiki populyarladırmaqla sağlam əhalisini.
Orxan Mikayıl: Mən şəxsən Türkiyə, Qətər, Səudiyyə və digər nasibi dövlətlərindən və onların vətandaşlarından çox Rus xalqına rəğbət bəsləyir və sevirəm. Çünki buna layiqdirlər.
Hüri Əliyeva: Tarix boyu zəhmətkeş xalq Stalini sevib! Onu sevməyənlər xalqın qanını soranların, vətən xainlərinin, rüşvətxorların və s. törəmələridirlər. Belə bir “diktatoru” bu gün Allah bizə göndərsəydi, fərq etməz müxalifət, ya iqtidar,- millət zillətdən qurtarardı.
Anar Məmmədov: Vahhabilik islam dinində xərçəng xəstəliyi kimi bir şeydir. Onun islama heç aidiyyatı yoxdur.
İlkin Abbasov: Hitler dövrünün Almaniyası dünya tarixində az müddətdə möhtəşəm inkişaf yolu keçmiş və kasıb ölkədən dünyanın ən güclü iqtisadi ölkəsinə cevrilmişdi. Heyf imkan vermədilər Çerçilin agentləri Stalinlə onun arasını vurdular, hər şey batdı. Tanrının bizi xilas etmək üçün göndərdiyi iki sərkərdə bir-birini qırdılar. Bu həyasız yəhudilər indi də tam qudurublar. Onlar dünyada onlara qarşı çoxalan nifrətdən narahatdılar, bu artıq həyasızlığın son həddidir. Dünyanın başına açdığınız oyundan sonra gəlsəniz bir sizi sevək də?!
Sərt Tənqid: Deyirsən “Sovet sistemi ən mütərəqqi sistemdir. Bu hökumət yaxşı idi ki, pulsuz mənzil paylayıb, təhsil, səhiyyə, sanatoriya pulsuz olub, şikayətlərə baxılıb, petuxlar olmayıb, narkomaniyanın kökünü kəsib, uşaq pulu verib, hamını işlə təmin edib, Qərb talançılarının ayağını ölkədən kəsib”, deyir “yoxeee... maa elə bu liberal YAP, Musavat, AXCP, KXCP, ACP, MİP... nə bilim... HDOD, JDLMF, JJFOF yaxşıdır ki, 25-30 yaşımda YEBOteka (ipoteka) götürüm, 55-60 yaşına kimi istirahətsiz, xəstələnmədən, cırıla-cırıla ödəyim (ödəyə bilsəm və bank məni küçəyə tullamasa), o yaşda isə qənaət eləmək üçün yediyim “Teksun”, yəhudi sosiskaları, Koka-kolanın ucbatından mədəsi xarab, təzyiqdən kəlləsi əsən vəziyyətdə olanda qanım ki, Sərt Tənqid səhifəsi o vaxt mənə nə demək istəyirmiş...” Elə indi qan daaa... Deyirəm axı başına nə gələcəyini...
Qulu Əbülfazov: Məhşur astroloq Pavel Qloba intervülərin birində qeyd etmişdi ki, İran dövlətinin gələcəyi çox güclü olacaq, çünki onlar milli dəyərlərə çox önəm verən millətdirlər.
Cəmil Həsənli: Orta səviyyəli bir mədəniyyət işçisinə general-polkovnik rütbəsi verib “pajarni” mundiri geyindirəndə, ölkənin bütün tikinti sektorunu tikinti normaları haqqında elementar təsəvvürləri olmayan bir adama tapşıranda bəyəm bilmirdilər ki, günlərin birində şəhərsalma qaydaları yerli-dibli pozulmuş bu paytaxtın tüstüsü təpəsindən çıxacaq?
Fikrət Təhməzov: İsrail yeni dünya nizamı üçün Yaxın Şərqdəki bütün sivilizasiyaları məhv edəcək.
Leyla Əliyeva: Vahhabi heç vaxt müsəlman ola bilməz. İslamın hansı insana bənzər qanununda yazılıb müsəlman müsəlmanın körpələrini, qadinlarını zorakarlıqla öldürməlidir? Amerika, İzrail becərib səpələyib Azərbaycanın canına. Azərbaycanda yazıq millət nəyin dərdini çəksin? İşsizliyin dərdini, ailəsinin dərdini, həkimlərin elinə düşüb pulsuzluğun dərdini, yoxsa vahhabilərin dərdini?
Müşfiq Cabbar: Şəhər sakini deyir, “Sovet dövründə səhər işdən çıxsaydın, axşama iş tapırdın. İndi illərlə işsiz qalırsan”. Bu kişiyə demokratiyanı necə izah edək görəsən?))
Müttəqi Bərməki: Bizim xalqı qatı millətçilər, yəni nasistlər aldatmağa çalışır ki, bəs İran dövləti bizə düçmən kəsilib. Lakin biz bunun tam əksini müşahidə edirik- İran bizim xəstələrimizə keçən ilə qədər öz vətəndaşları kimi ucuz müalicə edirdi. İran bizim vətəndaşlara tam inanıb bizə viza rejimi tədbiq etmir, İran Qarabağı müsəlman torpağı bilir və hər dəfə bunu deyir. İran bizə hətta insanlarını göndərmişdi müharibə etmək üçün. Bəs Azərbaycan dövlət kimi bunun əvəzində neylədi?
Əkrəm Hacızadə: Mənim Qumda pakistanlı bir tələbə yoldaşım var. Qardaşı hal-hazırda öz ölkəsində can üstədir. Amma bu qardaşını son anlarda görməyə gedə bilmir. Bilirsiz niyə? Vahhabilərə görə. Təsəvvür edin ki, bu insan evinə getmək üçün İran sərhəddindən yaşadığı şəhərə qədər 70 saat yoldur. Onun 50 saatlıq yolunda vahhabilər əli silahlı durublar. Bilsələr şiəsən, ağına-bozuna, yaşlısına-cavanına, qadınına-qocasına baxmadan ya güllələyir, ya da başını kəsirlər. Özü də təqiyyə-filan etmək olmur, pasportdan hər şey məlumdur. İndi özünüzü onun yerində təsəvvür edin... İndi ay mənim Şiə, Sünni, Ateist –hər nə yola qulluq edirsən elə- qardaşım, a kşi, bunlar bax belə şərəfsizdirlər! Suriya məsələlərindən sonra hələ ayılmamısınız?!
Brandon Taylor: Niyə bu ölkədə bomjların çoxu rus millətindən olmalıdır? Onlar buna layiq deyillər. Çünki ruslardan qabaq Azərbaycanda iki təbəqə var idi. Az sayda bəylər, ağalar və çox sayda evsiz, bəylərin, xanların qulu olmuş rəiyyətlər. Ruslar gəldi hamıya, xüsusən kasıb təbəqəyə çoxotaqlı mənzillər payladı. İndi ruslar yoxdur. Yenə eyni vəziyyətdir. Öz evi olanlar rusların verdiyi evlərdə yaşayır. Qalanları da bankların loxlayıb kreditlə baha qiymətə sırıdığı, türklərin təmənnalı tikdiyi binalarda. Budur yaxşılığın əvəzi?!
Fəxri Hacıbəy: Rus torpağımızı işğal elədi, rus erməniyə kömək elədi, zırp-pırt danışırsız. Rus səhifələrində Qarabağ müharibəsi haqda söz düşəndə ermənilər həmişə deyir ki, ruslar azərbaycanlılara dəstək olublar, bizə kömək etsəydilər Yevlaxı da tutmuşduq!
Fərid Lənkəran: Dua edirəm ki, Lənkəranımda nə yeraz olsun, nə qaçqın kürdlər, hamı qayıtsın öz vətəninə- yerazlar Ermənistana, qaçqınlar da Qarabağa!
Rafiq Əliyev: Qərb bizim regionda təhlükəli vəziyyət yaratmaq üçün Səudiyyə Ərəbistanının əli ilə burada nisbətən yeni dini cərəyanı- sələfiliyi yaymağa qərar verdi. Unutmaq olmaz ki, dollar məhz Səudiyyə Ərəbistanının sayəsində dünya valyutasına çevrilib. Bu ərəb ölkəsi nefti dünya bazarında məhz ABŞ-ın göstərişi ilə yalnız dollarla satmağa başlayıb. Demək istəyirəm ki, sələfiliyin dünyada yayılmasında ən böyük rolu Qərb oynayıb.
Aleksey Kolyubakin: “Kürdlər quldurdurlar və hərbi işə yaramırlar”.
Samir Cəfərov: Mütəxəssislər bir çox qab təmizləmə vasitələrini sınaqdan keçiriblər. Sonda kolanı ən gözəl təmizləmə vasitəsi seçiblər. Görün indi iç-çalatımıza nə cür təsirləri var bu zəhirmarların. Üzr istəyirəm hamıdan.
Hafiz Hacıyev: “Mən Əbülfəz Elçibəyin hakimiyyəti dövründə məmur olan vaxtı 55 ton qara kürü satdırmışam”.
Vüsal Hətəmov: Sovet pis idi, çünki çörək verirdi, amma pornoya qadağa qoymuşdu. Sovet dağılan kimi Avropadan Azərbaycana gələn ilk şey seks kartlar və saqqız kağızlarında lüt qız şəkilləri idi. Ölkəmizin Avropaya inteqrasiyası zamanı ilk məhsullar bunlar idi: porno video-kassetlər, lüt qız şəkilləri olan saqqız kağızları.
Tofik Səfərzadə: Siz bir şeyi unutmayın ki, bura Azərbaycandır. Burda çay üzü yuxarı axsa təəccüblənməyin. Yəhudi, Amerika nəzarətindədir. Kim deyir Azərbaycan müstəqil dövlətdir, başını divara vurur, qələt edir.
Orxan Memmedov: Bu gün elə şəraitdəyik ki, bizi ölkədə 5-ci kolon idarə edir, enerjimizi İsrailə xidmətə yönəldir.
Zahid Mikayılov: Qərb yönümlü müxalifət partiya üzvlərinin nəzərinə. Yaponiyanın Xirosima və Naqasaki kurort şəhərlərinə müalicə və istirahət məqsədi ilə pulsuz putyovkaların verilməsi davam edir. Bu iki şəhər ekoloji cəhətdən dünyanın ən önəmli şəhərləri sayılır. Putiyovkalar verilərkən Vaşinqtonun Lenqli qəsəbəsi ilə sıx əlaqə saxlayan partiya üzvlərinə üstünlük veriləcək. Hər iki şəhər 1945-ci ilin avqustundan ABŞ-ın paytaxtı Vaşinqtonla qardaşlaşmış şəhərlərdir. Şəhərə daxil olan qərb yönümlü əcnəbi vətəndaşlara da- onlarçün mənəvi baba sayılan keçmiş ABŞ prezidenti Trumenin abidəsinə qoyulacaq əklillər pulsuzdur. Tələsin!
Həmid Herisçi: Avropa mədəniyyəti, maarifçiliyi Şimali Azərbaycana Qərbdən deyil, Rusiyadan gəlib. Qori müəllimlər seminariyasının başladığı maarifləndirmə siyasəti sovet vaxtı dövlət siyasətinə çevrilir. Moskvadan diplomlu alimlər Azərbaycana dönüncə universitetlərdə elmi kafedralar qururlar, Akademiya çərçivəsində dissertasiyalar müdafiə edirlər. Maarifçiliyin bu qızıl dövrü artıq keçmişdə qaldı. Şimali Azərbaycan sürətlə bu dəyərlərini itirməkdədir. Avropada təhsil alanlar indi dissertasiya yazmırlar, elmi tədqiqatlarla məşğul olmurlar. Ancaq öz karyeraları barədə düşünürlər. Şimali azərbaycanlılar göz görə-görə maarifləndirici sovet televiziya modelini itirib, yenisini qazanmadılar. Bunun davamı kimi Şimali Azərbaycan tezliklə Akademiya, Konservatorya, elmi-tədqiqat institutları şəbəkəsini, texniki peşə məktəbləri zəncirini də itirəcək. Təhsil sistemi iflic vəziyyətinə düşəcək... Azərbaycandakı antirusiya isterikasına təəssüflə baxıb ruslara üz tuturam: -Axı siz niyə bu çörəyi dizi üstə olanlara Qori müəllimlər seminariyası açırdız?..
Sadiq Zeynalov: Bu cür dırnaqarası müstəqil olmaqdansa elə SSRİ-nin tərkibində olsaq yaxşıdı.
Atilla Hüseynov: Vahhabilər İsrailin terrorist əsgərləridir.
Əli Azər Bandoj: Farsı söyməklə öz aləmində özünü vətənpərvər hesab edən, nə qədər aciz və yazıq bir məxluqdu.
Mahmud Ağakişioğlu: 3-4 ay bundan əvvəl bir qaçqın (məcburi köçkün) mənə kədərli əhvalat danışmışdı. Kövrək damarıma düşüb, qoy paylaşım. Deyir, hay düşdü ki, ermənilər gəlir. Başladıq qaçmağa... Sonra məlum oldu ki, gələnlər erməni deyilmişlər, Əlikramın uşaqları talışca danışırmışlar. Sözüm onda yox... Başladıq qaçmağa. Əlimizə keçəni atdım maşının baqajına, ardad-uşağı doldurdum maşına. Bir qoca itim var idi. O yayın cırhacırında maşının dalınca qaçmaqdan dili bir qarış bayıra çıxmışdı. Yolda bir-iki dəfə maşını saxladım ki, nəfəsini dərsin, arada düşüb itə bir iki təpik də ilişdirdim, xeyri olmadı. Yalan olmasın, 30-40 kilometr dalımızca qaçdı. Axırda maşını saxlayıb iti qucaqladım, öpdüm, ağladım. Təzədən yola davam elədim. İt tərpənmədi, arxamızca uladı: “Auuu!”

Комментариев нет:

Отправить комментарий