10.06.2015

Bəhram Bağırzadə: Minnətdar olmalıyıq ki, 70 il SSRİ-də yaşadıq


"Birincisi, biz minnətdar olmalıyıq ki, 70 il SSRİ-də yaşadıq. Çarın vaxtında reallaşdıra bilmədiyimiz ideya və fikirlərimizi sovet dövründə reallaşdırdıq. Əgər 1918-ci ildə qurulmuş ADR-i qoruyub saxlaya bilsəydik, nələrin baş verəcəyi barədə mühakimə yürütməkdə çətinlik çəkirəm. Heç kəs hadisələrin hansı axarda inkişaf edəcəyi və Azərbaycanın aqibətinin necə olacağı barədə fikir yürüdə bilməz. Yaxşı da ola bilərdi, bizdən ikinci Əfqanıstan da düzəldə bilərdilər. Bizim bəxtimiz gətirdi ki, SSRİ adlı böyük güclü dövlətdə yaşayırdıq. Mən bir vaxtlar oktyabrist, pioner və komsomolçu olduğuma görə təəssüf hissi keçirmirəm. Sovet təhsilinin sayəsində biz bu gün ən azı, Azərbaycan və rus dilində oxuya bilirik, indiysə çoxları ingilis, fransız, ispan və ərəb dillərini bilir. Məhz o bazanın sayəsində Azərbaycan indi yaşayır və inkişaf edir".

BƏHRAM BAĞIRZADƏ

Комментариев нет:

Отправить комментарий