“Sabiq idarə rəisi Akif Çovdarov məni görən kimi üstümə qışqırdı, əxlaqsız söyüşlər söyməyə başladı. Məni asacağını, içəri saldıracağını, lazım gəlsə, şantaj edib üzümə durduracağını, bütün əmlakımı satdıracağını və istədiyi məbləği mütləq alacağını bildirdi. Baş verənlərdən şokda idim...”
Bunu virtualaz.org saytına MTN-in hazırda həbsdə olan sabiq idarə rəisi, general-mayor Akif Çovdarovun əməlləri barədə danışan iş adamı Roman Səfərov deyib.
İş adamının söylədiklərindən belə məlum olub ki, 2010-cu ildə İrandan olan Cəfər adlı mühəndislə ona məxsus “SR” MMC arasında istixanaların quraşdırılması və istifadəyə verilməsi ilə bağlı anlaşma olub. Həmin vaxtlar Akif Çovdarov adlı şəxs “SR” şirkətinin Bakı şəhəri, Təbriz küçəsi, 116-da yerləşən ofisinə gələrək özünə məxsus 5 hektar ərazidə istixananın qurulması üçün sifariş verib.
R.Səfərovun sözlərinə görə, A.Çovdarov müqavilənin “Bəhrə 2010” MMC-nin adından bağlanacağını və yaxın adamı Adil Yaqubov tərəfindən imzalanacağını bildirib: “Onun harada işlədiyini, hansı vəzifənin sahibi olduğunu bilmirdim. Adi müştəri kimi yanaşdıq və işbirliyi qurmaq məqsədilə ümumi razılığa gəldik. İstixananın düzəldilməsi ilə bağlı məsələləri müzakirə edib qiymətlə razılaşdıq, ümumi müqavilə imzaladıq. 5 hektarlıq ərazidə istixananın quraşdırılaraq istifadəyə verilməsi 3 milyon 78 min manat olmaqla razılaşdıq. “SR” MMC və “Bəhrə 2010” MMC arasında müqavilə bağladıq”.
R.Səfərov deyir ki, bununla bağlı Türkiyənin Antalya şəhərində təşkil olunmuş kənd təsərrüfatı sərgisinə gedib. Orada İspaniya şirkəti ilə, Raul adlı şəxslə tanış olub, onunla danışıqlar aparıb, qiymətlər barıdə razılığa gəliblər. Raul onu İspaniyaya dəvət edib, məsələləri müzakirə etməyi və müqaviləni orada bağlamağı təklif edib.
R.Səfərov 2011-ci ilin fevral ayında İspaniyaya gedib, danışıqlar aparıb və 1 milyon 250 min avro qiymətində müqavilə imzaladıqdan sonra geri qayıdıb.
İspaniyadan qayıdandan sonra Akif Çovdarovla görüşərək bütün olanları ona anladıb, sənədləri göstərib. A.Çovdarov isə imzalanmış müqavilədə istixana adının yazıldığı üçün gömrük orqanlarında dövlət rüsumunun qiymətinin çox olacağını deyib.
R.Səfərovun sözlərinə görə, az pul ödəmək məqsədilə istixananı başqa adla, yəni adi metal konstruksiyası adı ilə ölkəyə gətizdirib: “Çovdarov dedi qudam Zakir gömrükdə işləyir, səlahiyyətli şəxsdir, onun vasitəsilə həmin kodları İspaniyaya ötürəcəm ki, onlar digər kodla həmin malları Azərbaycana göndərsinlər. Akif Çovdarov onu da dedi ki, bu işlər mənlikdir, bizim üçün heç bir problem yaranmayacaq. Sənədlərlə tanış olanda məlum oldu ki, Akif Çovdarov nəinki malın kodunu dəyişmiş, hətta malların qiymətlərini də vergidən yayınmaq üçün az göstəribmiş. İspanlarla aramızda olan anlaşmalara görə, bütün orijinal sənədlər mənim ünvanıma göndərilirdi. Həmin fakturaları, sənədlərdə qeyd olunan qanunsuzluqları görürdüm, qorxu hissi, həyəcan keçirirdim, çünki bütün bunların cinayət olduğunu bilirdim. Akif müəllim özü də bu hərəkətlərin cinayət olduğunu gözəl bilirdi, lakin qorxmurdu, kiməsə, nəyəsə güvənirdi. Deyirdi ki, sən mənim kim olduğumu hələ yaxşı bilmirsən, sus, danışma, hər şey mənlikdi”.
İş adamının sözlərinə görə, A.Çovdarov və yaxınları istixananaya aid olan malları qanunsuz yollarla Azərbaycana gətirməklə 1 milyona yaxın məbləği gömrükdən gizlətməyə nail olub. Bütün gömrük orqanlarında olan qanunsuz əməllərin hamısını da qudası Zakirin vasitəsilə həll edib.
Mallar hissə-hissə ünvana gəlib R.Səfərovun göstərişi əsasında iranlı mühəndisin rəhbərliyi və yerli işçilərin köməyi ilə işə başlanılıb: “Akif Çovdarov və onun yaxınları əvvəlcə İspaniyaya 850 min avro ödəmişdi. Qeyd olunan məbləği ödədikcə mənə imzalatdırırdılar ki, guya mənim vasitəmlə pulu göndərirlər. Yəni bizim şirkət qarant verir ki, hər hansı problem yaranarsa, pul batarsa, mən cavab verim. Sonradan mən həmin qəbzləri imzalamaqdan imtina etdim. Həmin məsələləri özləri həll etməyə başladılar. Bu minvalla 5 hektarlıq ərazidə istilikxana quraşdırıldı”.
R.Səfərov deyir ki, işin təhvil verilməsinə 10 gün qalmış 5-6 nəfər maskalı şəxslərin ofisə gəlib onu axtardıqlarını öyrənib. Dərhal A.Çovdarova zəng vurub məsələni aydınlaşdırmaq istəyib: “Dedi ki, telefonuma cavab vermədiyinə görə sənin başına torba keçirib gətirmək istəyirdim. Dedim ki, maskalı göndərməyə ehtiyac yoxdur, hara desən, özüm gəlirəm. Milli Təhlükəsizlik Nazirliyinə getdim, qalxdım otağına. Qapını döyüb içəri keçdim. Məni görən kimi qışqırdı, asacağını dedi. İçəri saldıracağı, üzümə adam durduracağı, öldürəcəyi ilə hədələdi. Bir il ərzində daim məni izlədiyini dedi və 1 milyon 500 min manat tələb etdi. Baş verənlərdən şok vəziyyətində idim. Dedim, nəyə görə mən bu məbləğdə pul verməliyəm. O da cavabında dedi ki, sənin hər şeyini, bütün var-yoxunu, əmlaklını satdıracağam, səni içəri saldıracağam və səndən dediyim məbləğdə pulu mütləq alacağam. Dedim ki, imzalanmış müqavilə üzrə sifariş edilmiş işlər hamısı tam yekunlaşıb, sən bütün bunları mənə 1 100 000 (bir milyon yüz min) manat məbləğində pulu ödəməmək məqsədi ilə edirsənmi? O da cavabında bildirdi ki, həmin pulu yadından çıxart, sən mənə əlavə 1 milyon 500 min ödəyəcəksən”.
İş adamının sözlərinə görə, A.Çovdarov onun başına tapança dayayıb, onu ölümlə təhdid edib, ev-eşiyini əlindən alacağı ilə hədələyib: “Dedi ki, “Texnikabank”da həyat yoldaşımın adına 60 min manat pul var, onu çıxart gətir. Bir də “Range Rover” markalı maşının, oğlunun adına “BMW” markalı avtomobil var, onları təcili sat, gətir mənim pulumu sabah çatdır. Bildirdim ki, axı sabaha qədər maşın satmaq qeyri-mümkündür, yəni mən necə belə tez satım. O da mənə qayıtdı ki, bilmirəm get özünü öldür, as ki, bilim ölmüsən, onda iş bağlansın. Mən Akif Covdarovdan xahiş etdim ki, heç olmasa bir həftə vaxt versin, gedim maşınları satım, pulu ona verim. O isə üzünü Badamdar bələdiyyəsində işləyən qohumum Telman Quliyevə tutub dedi sən bir həftə qarant verirsənmi ki, o, maşını satıb pulu gətirsin? Telman da onun çox təhlükəli adam olduğunu bildiyi üçün buna razılıq vermədi. Mən Telmanı bayıra dəvət elədim ki, o, zamin dursun versin və mən də nəyin bahasına olursa olsun pulu tapıb verim ona. Telman da axırda girib içəri otaqda zamin durmağa razılıq verdi. Akif Covdarov mənə bildirdi ki, sən mənim artıq kim olduğumu yaxşı bilirsən. Bilirsən ki, mən nəyə qadirəm. Əgər bilsəm, eşitsəm ki, harasa şikayət etmisən, kiməsə demisən, səni də, ailəni də məhv edərəm, heç kim də mənə heç bir şey edə bilməz. Mən də bütün bu olanlardan çox qorxu hissləri, həyəcan, stress keçirdiyimdən Akif Covdarovun nə qədər təhlükəli insan olduğunu, hansı nazirlikdə işlədiyini, necə bir səlahiyyətli şəxs olduğunu bildiyim üçün, ailəmin təhlükəsizliyini düşünərək yoldaşımın adına olan “Texnikabank”dakı 60 000 manatı iki gün ərzində ona verdim. Daha sonra özümə və oğluma məxsus minik maşınlarını dəyər-dəyməzinə, ucuz qiymətə sataraq yerdə qalan 50 000 (əlli min- red.) manat pulu düzəldərək Telmanın vasitəsilə Covdarova verdim. Ondan qorxduğum üçün heç hüquq-mühafizə orqanına da şikayət etmədim. Özümə məxsus şirkətin fəaliyyətini də qeyd olunan səbəblərdən dayandırdım, özüm də, şirkət də müflis olduq, istixanalara aid işlərdən tam uzaqlaşdım”.
İş adamı qətl, banditizm, vətəndaşların qanunsuz həbsi və s. kimi ağır cinayətlərdə ittiham olunaraq həbs edilən MTN-in keçmiş idarə rəisi Akif Çovdarovun əməlləri barədə Baş Prokurorluğa müraciət edib.
İnarə Rafiqqızı virtualaz.org

Комментариев нет:
Отправить комментарий