Məmməd Süleymanov
Qərbin və körfəz monarxiyalarının dəstəklədiyi barbarlığa qarşı 4 ildir savaşan Suriyadan son aylar ərzində ilk yaxşı xəbər gəldi - 2 il 6 aydır tam blokadada olan Kveres (Kuveyris) aviabazası noyabrın 11-də Suriya ordusu tərəfindən İŞİD-dən azad edildi. Bu, təkcə taktiki və mənəvi yox, həm də (ilk növbədə) strateji qələbədir.
Kuveyresin blokadası 2013-cü ilin 27 oktyabrında başladı. Aviabazanı 600 nəfər - hərbi təyyarəçilər, texniki personal və kursantlar qoruyurdu. Onların çoxu hələ müharibədən əvvəl - 2011-ci ilin yazında bazaya ixtisasını artırmaq üçün gəlmişdilər. Və ağıllarına da gətirməzdilər ki, bu epopeya sonsuza qədər uzanar, bir çoxları üçün isə balaca Kuveyres şəhərinin hava limanı məzar olar.
O 600 nəfərdər qələbəyə qədər cəmisi 300 nəfər sağ qaldı. Bu ilin mayında isə müdafiəçilərin komandiri general əl-Muhanna da həlak oldu
Kuveyresi həm blokadada olan Leninqradla, həm də bir platsdarm kimi əhəmiyyətinə görə Stalinqradla müqayisə etmək olar. Necə ki Stalinqradın azad olunması Böyük Vətən Müharibəsinin (və II dünya müharibəsinin) dönüş nöqtəsi olmuşdu, eləcə də Kuveyresdən start götürəcək yeni hücum əməliyyatları Suriyada barbarların məğlubiyyətinin şərtinə çevrilə bilər. Ancaq Kuveyresin xilasının strateji rolu barədə bir qədər sonra.
Bütün bu aylar ərzində aviabazanın döyüşçüləri silah və ərzaqla yalnız havadan təchiz olunurdu. Hər belə uçuş böyük risk idi. Suriya ordusunun Kuveyresə ən yaxınlıqda olan mövqeləri Hələb ətrafında yerləşirdi. Bazanı Hələbdən 45 kilometrlik məsafə ayırırdı. Bu məsafə necə də uzun və çətinmiş - ordu Kuveyresi azad etmək üçün sonuncu əməliyyatlara oktyabrın ilk günlərində başlasa da 45 kilometrlik yolu 35 günə qət edə bildi. Həm də böyük itkilərlə - təkcə noyabrın 10-da Suriya ordusu Kuveyres həndəvərində 52 zabit və əsgərini itirdi. İŞİD-çilərin ölü sayı isə 100 nəfərə yaxındır.
Son 2,5 ildə Kuveyresi ələ keçirmək üçün gah “Azad Suriya Ordusu”, gah “Nüsrə Cəbhəsi”, gah da İŞİD çalışdı. Ötən ilin payızından əsas təhlükə məhz İŞİD-çilər idi. Onlar bazaya qarşı 4 iri və saysız-hesabsız xırda hücumlar təşkil etdi, hətta mayda bazanın bir hissəsini ələ də keçirdi, ancaq sonra geri oturduldular.
Həmin vaxt öldürülən İŞİD-çilərin arasında xeyli qafqazlı da vardı (o cümlədən çeçen komandiri Əbu Ömər əl-Şişani).
Avqustda ən iri hücum baş verdi - kamikadzelərin özlərini partlatmasından sonra 600 “islamçı” hücuma keçdi. O döyüşdə müdafiəçilər 35 nəfər itki verdi, ancaq düşmənə qalib gələrək 10 ədəd də tank vurdu.
Məhz o savaşdan sonra Tartus şəhərində övladları bazada döyüşən valideynlər kütləvi aksiya keçirərək Bəşər Əsəddən blokadanı yarmağı tələb etdilər.
Sentyabrda Əsəd ordusu və “Hizbullah” döyüşçüləri Kuveyresə doğru irəliləməyə cəhd göstərsə də cəmisi 2 gün sonra əməliyyat uğursuzluğa düçar olaraq dayandırıldı. Bu dəfə isə hər şey uğurla bitdi. Ordu əvvəlcə Şeyx Əhməd məntəqəsini azad etdi, sonra isə dar cığırla Kuveyresə doğru hərəkətə keçdi.
Son bilgilərə görə, qələbə Kuveyresin deblokadası ilə bitmir: Suriya ordusu bazadan şərqdə yerləşən iki yaşayış məntəqəsini də azad edərək strateji əhəmiyyətli Tel-əl-Əhməd yüksəkliyini də nəzarətə götürüb.
***
İndi isə keçək Kuveyrisin azad edilməsinin strateji əhəmiyyətinə. Bu aviabaza “islamçılar”ın paytax elan etdikləri Rakka şəhərinə aparan yolda sonuncu yaşayış məntəqəsidir.
Rakkanın Suriya savaşında rolu isə ümumməlumdur - bu şəhərə nəzarət edən qüvvə həm şərqi Suriyaya, həm də Türkiyəyə aparn dəhlizə nəzarəti ələ keçirmiş olur. Üstəgəl, Kuveyrisdə aeroportun olması Rakkaya hücumu asanlaşdırır. Rakkanın azad edilməsi həm də Suriyada bir siyasi qüvvə kimi İŞİD-in sonu deməkdir.
Hazırda Rakkaya aparan yolu asanlaşdıran daha bir ərazi blokadadadır. Söhbət druzların yşadığı Deyr-əz-Zor şəhərindən gedir. Orada müqavimətə əfsanəvi general druz İssam Zəhrəddin başçılıq edir.
Bu generalın ən çox hörmət yaradan xüsusiyyətlərindən biri bütün döyüşlərdə öndə olmasıdır (noyabrın 10-da İŞİD Deyr-əz-Zora növbəti dəfə hücum edib məğlub olandan sonra internetdə yayılan fotolardan birində general Zəhrəddin döyüş zonasından yaralı əsgəri belinə yükləyib təhlükəsiz yerə daşıyırdı).
Deyr-əz-Zor Fərat çayı ətrafında yerləşib və orada da aviabaza var. Beləliklə, bu şəhər də azad olunarsa, Suriya ordusu Rakkaya eyni vaxtda iki nöqtədən (Kuveyris və Deyr-əz-Zor) hücuma başlaya bilər. Bu isə qələbə ehtimalını xeyli çoxaldır.
Ümumiyyətlə isə Suriyanın bütöv bir dövlət kimi qalıb-qalmayacağı 2 şəhərin kimin nəzarətində olacağından asılıdır və həmin şəhərlər itirilərsə, Suriyanın şərqi də qopacaq. Söhbət Rakka və Palmiradan gedir.
Rakkanın rolunu yuxarıda qeyd etdik. Palmiraya nəzarət isə İordaniya ilə sərhədə nəzarət deməkdir. Hazırda Əsəd qoşunları Palmiranın (Tadmor) 2-3 kilometrliyindədir, ancaq Rusiya aviasiyasının köməyin baxmayaraq son həftələr ərzində daha da irəli gedə bilmirlər.
Beləliklə, Rakka və Palmira azad edilərsə, Suriyanın şərqinin qoparılması kimi Qərb planı iflasa uğrayacaq. Elə bu səbəbdəndir ki, Rakkanı guya ikinci ildir bombalayan Qərb koalisiyası tələm-tələsik kürdlərdən və “Azad Suriya Ordusu”ndan yeni birləşmə təşkil edərək onlara Rakkaya doğru irəliləmək göstərişi verir.
Yəni onlar anlayırlar: Rakkanı Suriya ordusu daha tez azad etsə, onda Qərbin ölkəni bölmək (Qərbə və şərqə) planına nöqtə qoymalı olacaqlar. Bunun üçün isə Kuveyrisdə möhkəmlənməyi bacardıqdan sonra Suriya ordusu “xilafətin paytaxtı”na doğru irəliləməlidir.
Ümumiyyətlə, əgər Suriya ordusu yaxın zamanda bu iki şəhərdən heç olmasa birini (ya Rakka, ya da Palmiranı) nəyin bahasına olursa olsun (məhz bu cür) azad edə bilməsə, vətəndaş müharibəsində Dəməşqin faktik olaraq uduzacağını söyləmək olar. Bu isə o deməkdir ki, bölgədə ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətərin Suriyanı bölmək planı reallaşacaq.
Kuveyrisin azad edilməsini Stalinqrad qələbəsi ilə müqayisə etmək istəyi də məhz buradan qaynaqlanır - 72 il əvvəl olduğu kimi, indi də ordu müdafiədən taleyüklü hücuma keçmiş olur...
virtualaz.org

Комментариев нет:
Отправить комментарий