01.11.2015

Gənc ilahiyyatçıdan şok açıqlama: Elşad Miri gərək üzr istəsin!

Mahir Şəkərov

Bu yaxınlarda dostlardan biri mənə Elşad Miriyə son zamanlar etdiyi sözlərinə cavab verməyi xahiş etdilər. Mən bundan öncə də Elşad Miriyə bir neçə mövzuda məqalə ünvanlayıb onu nəsihət etmişəm. Amma eyni məsələyə dəfələrlə toxunmaq fikrində deyiləm. Çünki arifə bir işarə kifayət edər.
Məzhəbsizə (Elşad Miriyə) nə cavab verək?!
Elşad Miri zahirdə özünü heç bir məzhəbə aid olmadığını qeyd edir. Yəni məzhəbsiz olduğunu deyir. Bunu özüdə video çarx vasitəsi ilə etiraf edir.Elşad Mirinin bu dediyinə özündən başqa heç kim inanmır. Hətta özünün də inanmasına şübhəm var. Zahirdə əhli sünnətdən dəm vuran Elşad Miri, əhli sünnətin görkəmli məzhəb banislərinin ardıcıllarından daha çox alimdir?! Beş-on kitab oxumaqla, İslam dinini gecə-gündüz gözdən salmaqla məşğul olan Harun Yəhyaya hocam-hocam deməklə, Harun Yəhyanın müəllifi belə olmadığı kitabları türk dilindən Azərbaycan dilinə tərcümə etməklə, adam nə alim olur nə də tərcüməçi. Bunu özüdə yaxşı bilir. Quranın məntiqində alim bilənə yox, bildiyinə əməl edənə deyilir Elşad bəy.
Elşad Miri deyir ki, mən sadəcə müsəlmanam və özümü heç bir məzhəbə aid etmirəm. Elşad Mirinin bu cümləsindən bir daha məlum olur ki, o dini elmləri yaxşı mənimsəməyib. Elşad bəy! “Məzhəb” sözünü bir qədər araşdır amma, təkcə lüğət və istilah baxımından deyil. Məsələyə elmi baxımdan yanaş və zəhmət olmasa “müqəddəs” saymadığın, Quranı vərəqlə və “məzhəb” sözünün işlənmə yerlərinə nəzər et. Hətta kafirin də məzhəbi var, o ki qala sizə...
Yox sizin də məzhəbiniz var. Amma deyəsən həmin məzhəbin, dəlillərindən yaman bərk qorxuya düşüb bu cür mövqe nümayiş etdirirsiniz. Başqa sözlə özünə məxsus yeni müdafiə üsulu?!. Hər halda adı mühum deyil.
Elşad Miri kimdir?
Bu suala Elşad Miri özüdə video çarx vasitəsi ilə uzun-uzadı cavab verib. Halbuki, dediklərində təzad dolu sözlər var. Amma mən sizə Elşad Mirinin video çarxda demədiyi bir iki nüansı da çatdırım.
Elşad Miri, bir çox məsələlərdə Allah Rəsulunun (s) sünnəsinə zidd hərəkət edən, Quranla getdiyini söyləyən amma əməl və davranışlarında bunu göstərməyən, iştirak etdiyi verilişlərdə haram musiqilər sədası ilə daxil olan və həmin aurada əyləşən, son zamanlar geniş yayılan Məhərrəm ayında qadınların arasına zorla soxulan və onları bu əməli ilə narahat edən və icazəsiz kimlərinsə şəkillərini çəkib daha sonra saytlarda istədiyi adla yerləşdirən din adı ilə min oyundan çıxan biridir.
Videodan göründüyü kimi, Məhərrəm ayında insanları toy etməyə dəvət edərək, əziz peyğəmbərimizin (s) əziz nəvəsi olan şəhid imam Hüseyn (ə) –mın şəhid olduğu bir ayda, insanları şadyanlıq etməyə çağırır.
İkinci bir məsələ isə budur ki, sizə hansı din, hansı İslam, hansı Quran icazə verib ki, insanların şəkillərini icazəsiz çəkəsiz? Sizin şəkillərinizi çəkdikləriniz sizə halallıq verirmi ki siz qeyri qanuni şəkillərini çəkib, daha sonra istədiyiniz başlıqlarla sayta qoyasız? Hətta əgər qoymuş olmasaz belə yenə də səhv yoldasız. Camaatın namusunun arasına soxularaq bu işi görməyə ən azından xəcalət çəkməlisiniz. Görünür, bu işiniz Harun Yəhyadan sizə miras qalıb. Bu işinizə görə hamıdan halallıq və üzr istəməlisınız, əgər qul haqqının nə demək olduğunu anlayırsınızsa...
Elşad Miri məgər bilmir ki, İslam peyğəmbəri (s) Hz Hüseyn (ə) üçün ağlayıb göz yaşı töküb? Məgər bilmir ki, hətta Hz Hüseyn (ə) dünyaya gəlməmiş ona ağlayıb? Bəli bilir, amma təəssüfkeşlik kimi bir düşməni var ki, onun əlini qolunu bağlayaraq onu əsir edib. Yoxsa ki, o da öz fitrətinə qayıtsa həqiqəti görəcək.
Elşad Miri müsahibələrin birində deyirdi ki, Quran müqəddəs deyil. Ondan öncə də telekanalların birində müqəddəslər haqqında danışmışdı. Elşad Miriyə “məzhəb” sözü kimi bu sözü də araşdırmağı tövsiyə edirəm. Müqəddəs təkcə insanlara aid edilən bir məfhum deyil. Allahdan olan hər bir nişanə müqəddəsdir.
Elşad bəy. İstər o, kitab ola, istər daş ola, istər insan, istər torpaq, istər zaman və bu kimi digər şeylər. Zəhmət çəkin, Qurana baxın. “Müqəddəs” sözünün işlənmə yerlərinə diqqət edin, bilmədən danışmayın ki, Allah eləməsin dindən çıxarsız heç xəbəriniz də olmaz.
Nəsihəti qəbul etmək, insanı kiçiltməz. Bu deyilənləri nəsihət kimi qəbul eləyin. Hədisdə deyildiyi kimi, Kimin dediyinə yox, nə dediyinə baxın.
Salam olsun doğru yola tabe olan hər bir kəsə! (Taha 47)

moderator.az

Комментариев нет:

Отправить комментарий