01.11.2015

YARAMAZın zorladığı katibə - AZƏRBAYCAN

“Space” kanalında biabırçılıq (bu söz ən yüngül ifadədir) baş verdi. Bir “yazar”ın müğənniyə qarşı işlətdiyi “mən aliməm, sən fahişəsən” ittihamı müğənnini əsəbləşdirdi. Müğənni bu cür sözlərə layiq olmadığını tamaşaçıya göstərmək üçün, hətta “yazarın” üstünə yeriməyə bacardı. Özünü kanalın, ən azı verlişin sahibi kimi göstərib, yarıyaş “yazar”ı dərhal studiyanı tərk etməyə məcbur etdi. Nəhayət sonda “sülh göyərçin”i hardansa içəri soxulub, tərəfləri barışdırdı. 
Bu “YARAMAZ” davanın rejissoru kim idi?
Maraqlı sualdır və cavabı bəlli sualdır.
Küçə jarqonunu alim kimi təqdim etdiyi “yazar”ın diliyilə tamaşaçının qulağına pərçimləyib, ordan da beyninə ötürən rejissorun bu məqamdan gözlədiyi nəticə nədir?
Hamının tanıdığı, onlarca mükafatın, titulun sahibi olan rejissorun “YARAMAZ”ını xatırladım bu məqamda. Siz də xatırladız. İşçisini zorlayan o YARAMAZI.
Bu lap Qordi düyününə döndü. Bu qədər yaramazın bir-birinə görünməz bağlarla bağlanan düyünü açmaq çox çətindir.
Bir YARAMAZ öz işçisi ilə qeyri-qanuni nikahdan oğlan dünyaya gətirdi.
Məşhur “YARAMAZ”dakı YARAMAZ isə katibəsini zorladı. O səhnəni yəqin ki, bu kinoya baxanların hamısı xatırlayır. Zorlama səhnəsini... Zorlanan katibənin qışqırtısına əhəmiyyət verməyən o, yaramazı da. Amma üzürlü bilin, bunu deməmək olmur. Tamaşaçının yaddaşında o, YARAMAZ daha çox elə zorlanan katibənin çılpaq döşləri ilə qaldı.
Baxmayın, nə də olsa, sovet cəmiyyətinin təzəcə yıxıldığı dövrlər idi. Ən azından o sovet senzurasından, qadağalar çərçivəsindən çıxan tamaşaçını sırf bu səhnə ekran başına kilidlədi. Vəssalam. “YARAMAZ” yarıdı. Məşhurlaşdı, tanındı və...
Zorlanan katibənin çılpaq sinəsini o, YARAMAZ bu günlərdə yenidən tamaşaçının gözünə soxdu. Bu dəfə katibə rolunu müğənni Səidə Sultan oynayırdı.
Bu kanal indiki rəhbərliyin ilk günlərindən çox məsuliyyətli “vəzifə” ilə görəvlənib sanki. Millətin bütün dəyərlərini ayaq altına alan, əxlaqını korlaya bilən nə varsa hamısını nümayiş etdirir. Verlişləri bayağı musiqilər, hansısa ucqar kənddə kiminsə toyu, ekspertlərinin çoxu ömründə bir dəfə kitab oxumayan, qonaqlarının əksəriyyəti şou əhli və xəbərləri də it-pişikdən ibarət. Qarşıya qoyduğu məqsəd isə, bu xalqın mənəvi irsini, dəyərlərini məhv etməkdir.
Elə bu məqsədlə xəbər axtarışındaydım, daha maraqlı bir məlumat diqqətimi çəkdi. Sən demə müğənnini təhqir edən yazar əxlaqsız hərəkətinə görə, müəllimlikdən çıxırılıbmış: “Özünü ziyalı, yazar, şair kimi təqdim edən bu yarıyaşlı bir neçə il öncə Biləsuvar rayonunda, çalışdığı Cəbrayıl orta məktəbində əxlaqsız hərəkətlərinə görə işdən qovulub. İddia edilir ki, o, öz şagirdini zorlayıbmış. Bəziləri isə şagirdini deyil, məktəbin xadiməsini zorladığını bildirir”.
Bu məlumatı Cəbrayil Rayon Təhsil Şöbəsinin müdiri Validə Həsənova da təsdiqləyib: “Bəli, yayılan informasiya doğrudur. Həmin vaxt məktəbdə qeyri-pedaqoji bir hadisə baş vermişdi. Əziz müəllim məktəbin texniki işçisinə qarşı nalayiq, əxlaqsız hərəkət etmişdi. Təhsil Nazirliyi də bu hadisədən xəbər tutduqdan sonra onu 
məktəbdən uzaqlaşdırdı”.
Əziz Musaoğlu qaçqın olduğu üçün yenidən müəllimlik peşəsinə sahiblənir. Bu xəbəri də təhsil şöbəsinin müdiri bildirib: “Ə.Musaoğlunun pedaqoji fəaliyyətini və qaçqınlığını nəzərə alaraq, Xırdalan şəhərində yerləşən Cəbrayil məktəbində işləməsinə razılıq verdik. Müəllimi dolandırıb, yaşatmaq borcumuz idi. İstəmədik ki, o, gedib nökərçilik etsin və müəllim adına xələl gətirsin”. 
Təhsil şöbəsinin müdirəsi “qadın həmrəyliyini” də unutmur. O, Əziz Musaoğluna qarğışlar yağdırmaqla, bütün hallarda “Azərbaycan qadını”nın toxunulmaz olduğunu xüsusi vurğulayır: “Biz Cəbrayil qadınları Əziz Musaoğlunun bu hərəkətindən çox sarsıldıq. O, özünə alim deyir. Bildiyimə görə pedaqoji elmlər namizədidir. Belə alimin Allah boynunu qırsın, ona lənət olsun. Mən bilmirəm, daha nə deyim? Azərbaycan qadınını, xüsusi ilə də sənətkarını təhqir etməzlər”.
Bu da Azərbaycan təhsili. Öz işçisini zorlayan YARAMAZı yenidən müəllim işinə götürürlər. Hələ arqumentə baxın: “Dedik, gedib müəllim adını batırmasın”. Adam işçisinə təzyiq edib, zorlamaq istəyib. Amma hələ müəllim adı batmayıb. Belə çıxır ki, bu ölkədə müəllim adı odda yanmaz suda batmazdır. Yəqin ona görədir ki, bütün təbəqələri əhatə edən şəxslərə “müəllim” deyə, müraciət edilir.
Yox, əlbəttə, Əziz Musaoğluna müəllim deyə müraciət etmək olar. Hətta işçisini zorlayan bu adama müəllimlik peşəsini də həvalə etmək olar. Bir ölkədə ki, təhsil müdiri Mətanətə sənətkar deyir, bir ölkədəki təhsil müdiri qanunları kənarda qoyub bəddua ilə problemləri həll etməyə çalışır.
Gör ölkə nə günə qalıb ki, bir rayonun təhsil şöbsinin müdiri hələ də inanır ki, Azərbaycanda 9 milyon əhali var və bütün əhali həmin anda bu yaramazlara baxırmış: “Əziz 9 milyon xalqın qarşısında o xanımı təhqir edib”.
Bu adam inanır ki, həmin anda ölkədəki bütün əhali məhz bu yaramazlara baxırmış. Hə, bu təhsil müdiri inanır buna. Çünki o, 9 milyonluq xalqın təhsilinin başında duranlardandır. Necə deyərlər, pir mənimdir, kəramətinə bələdəm. O, təhsil müdiri 9 milyonluq xalqın kəramətinə bələddir. O, YARAMAZ da 9 milyonluq xalqın zövqünə və reaksiyasına bələddir.
Ən dəhşətlisi isə odur ki, bu durumda olan 9 milyonluq xalqın hələ millli elmlər akademiyası da var. Özü də bu akademiya Əziz Musaoğluna pedoqoji elmlər nazmizədi elmi dərəcəsini verib. Aqil atalarımızın bu durumu ifadə edəcək çox gözəl kəlamı var: Ağası gülüm olanın başına külüm olar. Başımıza kül olub. O, YARAMAZ isə görəvindən yararlanıb bütün içini, bütün mənini ortaya qoyub. Xalqın közünü söndürüb, külüylə oynayan o, YARAMAZ... Başımıza kül tökən YARAMAZ.

http://zia.az/5468-yaramazn-zorlad-katib-azrbaycan.html

Комментариев нет:

Отправить комментарий