10.11.2015

Rəzzaq Xansuvar "Qızıl Qələm" mükafatı aldı

Rəcəbov Rəzzaq Rasim oğlu (Rəzzaq Xansuvar) 16 avqust 1993-cu ildə Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində anadan olmuşdur.1999-cu ildə Lənkəran rayonu M.Mirzəcanov adına Yuxarı Nüvədi kənd orta məktəbinin 1-ci sinifinə daxil olmuşdur. Sonralar orta məktəb təhsilini Rusiyanın Moskva şəhərində davam etdirmişdir. 2001-ci ildə Moskva şəhərinin R.Zorqe adına 141 nömrəli orta məktəbinin 1-ci sinifinə təzədən daxil olmuşdur. Orada 6-cı sinfə qədər oxuyaraq, bəzi problemlərə görə Azərbaycana ailəsi ilə birgə qayıtmışdır. Lənkəran şəhəri Vaqif Əliyev adına 4 saylı Hümanitar Təmayüllü Məktəb Liseyində təhsilini davam etdirmişdir və 2012-ci ildə məktəbi bitirmişdir. Həmin ili Azərbaycan İctimai-Siyasi Universitetinin filologiya fakültəsinə qəbul olmuşdur. Universitetinin bağlanması nəticəsində Odlar Yurdu Universitetinin, Humanitar və Dillər fakultəsinin Filologiya ixtisasına köcurulmuşdur. Hal-hazırda Odlar Yurdu Universitetində oxuyur.
2008-ci ildən bəri Azərbaycanın müxtəlif gənclər birliklərində, təşkilatlarında sədr, sədr müavini və üzv olmuşdur. 2011-ci ildən dövrü mətbuatda elmi-tarixi tədqiqat məqalələri ilə cıxış edir. 50-dən cox məqalənin müəllifidir. Jurnalist-tədqiqatçıdır. 2012-ci ildən Azərbaycanın Dövlət Milli Arxivində mustəqil elmi-tədqiqat aparır. 2013-2014 cu illərdə Heydər Əliyevin anadan olmasina həsr olunmuş elmi konfranslarda Fəxri Fərmana və Diploma layiq görulmuşdur. 2014-cu ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə araşdırmalar, tədqiqatlar və elmi məqalələrinə görə "Qızıl Qələm" mükafatına layiq görulmuşdur.
Redaksiyamız adından həmkarımızı bu gözəl mükafat münasibətilə təbrik edirik, ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Комментариев нет:

Отправить комментарий