SSRİ-nin bərpası üçün hərəkat başlandı
Rusiya Dövlət Dumasının deputatı Yevgeni Fyodorov SSRİ-nin dağılmasına səbəb olan qərarların qanunauyğunluğunun qiymətləndirilməsi və günahkarların istintaqa cəlb edilməsi xahişi ilə baş prokuror Yuri Çaykaya müraciət edib.
Mediaxeberleri.az xəbər verir ki, bu barədə “RİA-Novosti” agentliyinə Rusiya Baş prokurorluğundan bildirilib.
“Vahid Rusiya” Partiyasından olan deputat müraciətində xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin SSRİ-nin dağılmasını humanitar faciə adlandırıb. "Çünki 25 milyon etnik rus öz iradəsinin əksinə olaraq xaricdə qalıb. Dövlət başçısı da təsdiqləyib ki, SSRİ institutlarının dağıdılması kütləvi hüquqların və milyonlarla vətəndaşın azadlıqlarının pozulmasına gətirib çıxarıb".
Cari ilin iyul ayında Yevgeni Fyodorov və onun həmkarı Anton Romanov analoji müraciətlə Baş prokurorluğa müraciət etmişdilər. Deputatlar hesab edirlər ki, Baltikyanı respublikaların müstəqilliyini tanıyan SSRİ Dövlət Şurasının qərarı strateji əhəmiyyətli əraziləri ittifaqdan zorla qopardı, dəniz portları və akvatoriyaların itirilməsinə, ölkənin vahid müdafiə məkanının dağılmasına və Baltikyanı respublikalarla iqtisadi əlaqələrin pozulmasına səbəb oldu. Müraciətin müəlliflər göstərirlər ki, Dövlət Şurası SSRİ-nin Konstitusiyasına lazımi dəyişikliklər edilmədən yaradıldığı üçün qeyri-konstitusiya dövlət hakimiyyəti orqanı idi.
Qeyd edək ki, SSRİ Dövlət Şurası 5 sentyabr 1991-ci ildə yaradılmış müvəqqəti dövlət idarəetmə orqanı idi. Onun tərkibinə SSRİ prezidenti və müttəfiq respublikalarının ən yüksək vəzifəli şəxsləri daxil idi. Dövlət Şurasının yaradılması SSRİ Konstitusiyası ilə nəzərdə tutulmamışdı. 1991-ci ilin sentyabrında keçirilən ilk iclasda Dövlət Şurası Estoniya, Litva və Latviyanın müstəqilliyini tanıdı. Sovet İttifaqı isə 1991-ci ilin dekabrında dağılıb.

Комментариев нет:
Отправить комментарий