Suriya və İraqa göndərilənlərin hər birinin adına 45 min dollar pul silinirmiş, «Sumqayıt camaatı»nın «əmiri» isə Eldar Mahmudovun əmisi nəvəsi çıxdı
Eldar Mahmudov vəzifəsindən alındıqdan sonra vaxtıyla rəhbərlik etdiyi nazirliklə bağlı hər gün ilginc məlumatlar ortaya çıxır. MTN-in sabiq başçısı Eldar Mahmudovun nazirliyə rəhbərlik etdiyi dönəmdə bir çox qanun pozuntularına yol verməklə yanaşı, hətta Azərbaycanın milli təhlükəsizliyinə real təhdidləri də şəxs maraqlarına qurban verib. Bu barədə mətbuatda yayılan məlumatlardan daha dolğun bilgi almaq elə də çətin iş deyil.
JAM.AZ-a daxil olan məlumata görə, Mahmudovun bütün işlərində bu məsələnin arxasında da külli miqdarda pul qazanmaq istəyi dayanıb. Mətbuatın məlumatlarından belə aydın olur ki, Eldar Mahmudov və dəstəsinin əsas gəlir mənbələrindən biri də radikal dini cərəyanların ölkədə şəbəkələşməsinə göz yummaq, konkret olaraq radikal təmayülli vəhhabilərdən xərac almaq, onlara faktiki olaraq «krişalıq» etməkdən ibarət olub.
Mənbə bildirir: “Diqqəti çəkən əsas məqamlardan biri də Eldar Mahmudovun işdən azad edilməsindən sonra MTN-in keçirdiyi əməliyyat zamanı radikal vəhhabilərə qarşı keçirilən əməliyyatda Qamət Süleymanovun «sağ əli» bu qruplaşmanın «kassiri» kimi tanınan Adil Rəcəbovun həbs edilməsidir. Əldə olunan məlumatlarda bunun təsadüf olmadığı aydın məsələdir”.
Daha sonra vurğulanır ki, əldə etdiyi məlumata görə, MTN-dəki cinayətkar qrupun bu istiqamətdə böyük gəlir gətirən sahələrdən biri də «qaynar nöqtələrdə» terrorçuluq fəaliyyəti ilə məşğul olan təşkilatlara, daha dəqiqi isə İŞİD kimi dəstələrə döyüşçülərin cəlb olunmasına şəraitin yaradılmasıdır. “Xarici mətbuat, bir çox ölkələrin xüsusi xidmət orqanlarına istinadən xəbər verirlər ki, İŞİD sıralarına cəlb olunan hər bir terrorçu üçün beynəlxalq terrorçuların sponsorları 50 min dollar vəsait ayırırlar. Bu məbləğin az bir hissəsi radikal islamçının özünə və geridə buraxdığı ailəsinə, qalanı isə döüşçülərin sağ-salamat mənzil başına çatdırılmasına şərait yaradanlara, bu axına «göz yumanlara» xərclənir. İlkin hesablamalara görə, ən çox xərc yarandığı təqdirdə bir terrorçunun Suriyaya gedib çatmasına 5 min dollara bərabər olur. Yerdə qalan 45000 dollar isə «patronların» qənimətidir”.
Mənbə bildirir ki, Yaxın Şərqdəki «qaynar nöqtələrə» Azərbaycandan indiyə qədər 1000-dən artıq insan gedib. “O zaman havadarların qazancını hesablamaq elə də çətin məsələ deyil. Yəni, bu işlərdən 45 milyon dollara qədər pul qazanılıb”.
JAM.AZ-a verilən məlumatda sual olunur ki, bəs, bu əməliyyatlar necə ört-basdır edilib? “Qəribədir, necə olur ki, ölkədəki radikal və ekstremist, İŞİD tərəfdarı qüvvələr, İŞİD üçün döyüşçü yığınlar haqda hətta mətbuat xəbər tutur, sosial şəbəkələrdə elanlar verilir, amma MTN bir dəfə də olsun bunların qarşısını almır? Səbəb yenə də pulun üzərinə gəlib çıxır. Eldar Mahmudov MTN-i «OBXSS»ə çevirdikdən sonra orada çalışan peşəkarları uzaqlaşdırmaqla əslində, özünə böyük gəlir mənbələri yaratmağa başlamışdı. Keçirilən əməliyyatların isə qarşısında qırmızı işıq yandırılıb. Və bu əməliyyatların əksəriyyəti İŞİD xəttində «özfəaliyət»lə məşğul olan marjinal dəstələrə istiqamətlənib. Yəni, sözügedən dəstənin məqsədi marjinalları sıradan çıxarıb, kanalı öz nəzarətində, bir növ monopoliyasında saxlamaq olub. Bunun qan bahası isə terrorçularla savaşda yaralanan, hətta həlak olan vicdanlı zaibtlər olub”.
İddia edilir ki, nazirlik marjinalları sıradan çıxarıb, «krişalı» vəhhabilərin mövqelərini möhkəmləndirmək üçün hətta onların öz aralarındakı «razborkalara» şərait yaradılıb. “Məsələn, 2013-cü ilin dekabr ayında Sumqayıtdakı «Soltan» kafesində baş vermiş 2 vəhhabi dəstəsi arasında qanlı atışmada da məhz bu «razborka»nın təzahürlərindədir. Hələ həmin vaxt məsələni araşdırmağa cəhd etdiyimizdə polis orqanlarından belə bir məlumat sızdırılmışdı ki, atışmanı törədən qrup haqqında əvvəlcədən məlumat olsa da, prosesə müdaxilə etməmək göstərişi məhz MTN-dən gəlibmiş”.
Qaynaq bildirir ki, bu faktları uzun müddət gizlətmək və ya ört-basdır etmək mümkün deyildi. “Çünki xarici mətbuat orqanları artıq Suriya və İraqda yüzlərlə Azərbaycan vətəndaşının döyüşdüyünə dair məlumatlar yayırdılar. Belə olan təqdirdə, cavab «əməliyatı» kimi o vaxtkı MTN rəhbərliyi «gözdən pərdəasma» ilə məşğul olmağa başlayırdı. Yəni, həbs olunanların hamısı artıq geri dönənlər idi. Daha dəqiq ifadə edərsək mənzərə belə alınır ki, onların pulu artıq «xərclənilmişdi».
Xatırladaq ki, bununla əlaqədar «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin direktoru, politoloq Ərəstun Oruclu maraqlı bir açıqlama vermişdi. O deyirdi ki, bu həbslərin əksəriyyəti MTN-in öz xidmətləri deyil. Onun sözlərinə görə, xarici xüsusi xidmət orqanları tərəfindən haqlarında Azərbaycan MTN-ə arayış və məlumatlar göndərilmiş, ona görə də, gizlədilməsi mümkün olmayan hallar idi. Bu həbslər həm də geri dönmək istəyənlərə bir xəbərdarlıq idi. «Əslə! Geri dönsəniz- həbs olunacaqsınız. Sizi ora buna görə buraxmadıq ki!».
Vurğulanır ki, bu fəaliyyət keçmiş MTN şefi və onun başbilənlərinin gözündə nə qədər ağıllı strategiya kimi görünsə də, faktiki bu əməl nəticəsində hər gün Suriya və İraqda Azərbaycanın varlığına nifrət edən, onu «İslam Xilafətinin bir parçası kimi» görən, «kafir» azərbaycanlıların başını kəsməyə hazır olan, kifayət qədər döyüş təcrübəsi toplamış və dünya radikal dini cərəyanların şəbəkəsi ilə geniş əlaqələr yaratmış yüzlərlə potensial kamikadzeni öz əlləri ilə yetişdiriblər. “Görəsən, onlar heç düşünüblərmi ki, Azərbaycanda terror aktları törətmək istəyən xarici qüvvələr günün birində onları elə ölkəmizə göndərəcəklər? Bu araşdırmalar zamanı ortaya daha bir dəhşətli fakt çıxıb. Məlum olub ki, Azərbaycanı «kafirlər diyarı» hesab edən ən radikal dini qruplardan birinə elə sabiq MTN şefi Eldar Mahmudovun yaxın qohumu başçılıq edib. Bu dəqiq faktdır ki, radikal dini qruplaşmaların əsas məskəni Sumqayıt şəhəridir. Məhz bu şəhərdən Suriya və İraqa döyüşmək üçün gedənlər üstünlük təşkil ediblər. Hətta Suriyada «Sumqayıt batalyonu» belə var. Bu radikal dini qruplaşmalar arasında ən məşhuru isə «Sumqayıt camaatı» adlanır. Dəfələrlə baş vermiş ağır cinayətlərdə, habelə Suriyaya döyüşçülərin aparılmasında bu qruplaşmanın adı xüsusi olaraq çəkilib. Maraqlıdır ki, onların fəaliyyəti haqqında MTN-də, hətta polisdə kifayət qədər məlumat olub. Lakin heç bir tədbir görülməyib. DİN tərəfindən gələn açıqlamada vurğulanır ki, «Sumqayıt camaatı»na qarşı əməliyyatların keçirilməməsini MTN onlardan istəyib. Və hər şeyin nəzarət altında olduğunu bildirib”.
Daha sonra bildirilir ki, «Sumqayıt camaatı»nın sərbəst hərəkət etməsi, dəstələr formalaşdıraraq Suriya və İraqa yola salmasına göz yumulması təsadüfi olmayıb. “Bunu təsdiq edən fakt kimi isə DİN tərəfindən ötən il keçirilmiş əməliyyatı göstərmək olar. Belə ki, həmin vaxt DİN-in keçirdiyi əməliyyat zamanı «Sumqayıt camaatı»nın lideri, şəhərin baş vəhhabisi Zöhrab Şıxəliyevin yaxını, məhz sabiq mili təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi nəvəsi Yalçın Mahmudov həbs olunur. Yalçın Mahmudov Sumqayıtda vəhhabiliyin geniş təşəkkül tapması, onların sərbəst hərəkət etməsi, onların «müvafiq qurumlarla» olan problemlərinin «çözülməsinə» vasitəçilik edib. Bir sözlə, «Sumqayıt camaatı»nın qeyri-rəsmi «əmiri» məhz Eldar Mahmudovun əmisi nəvəsi imiş”.
Mənbə Sumqayıtdakı «Soltan» kafesində baş vermiş qanlı «razborka»nın arxasında başqa mətləblərin durduğunu da qeyd edir. “Həmin gizli mətləblər isə ondan ibarət olub ki, Sumqayıtdakı bəzi radikal qruplar nazirin əmisi nəvəsinə «biyət» etmirmişlər və bu səbəbdən də onları cəzalandırıblar. Həmçinin MTN-in o vaxtkı rəhbərliyi bununla digər ipə-sapa yatmayan qruplara da gözdağı verib ki, onların da başına analoji oyunu aça bilərlər. Əldə olunan məlumatlara görə, xüsusən Sumqayıtdakı vəhhabilər toxunulmaz kastaya çevrilmişdilər. Məhz bu səbəbdəndir ki, bu barədə məlumat əldə edən DİN əməliyyatlar keçirərək, ölkənin təhlükəsizliyinə təhdid olan qruplaşma üzvlərini həbs etsə də, sonradan MTN-in dəstəyi ilə onlar azadlığa buraxılırmışlar. Bu möcüzəli «xilas»ın ən bariz nümunəsi isə evində gizli toplantı keçirən, silah-sursat aşkarlanan, hüquq mühafizə orqanları tərəfindən həbs olunan Zöhrab Şıxəliyevin 6 aydan sonra azadlığa buraxılması idi. Onun nə qədər təhlükəli bir fiqur olduğunu Sumqayıt camaatı da yaxşı bilirdi. Bu həmin Şıxəliyev idi ki, «radikalların quş uçurmasına da nəzarət edirik» deyə, hər kəsi təhdid edirdi. Eyni zamanda, o, MTN-in göz qarşısında Sumqayıtda özünə villa adıyla qeyri-qanuni məscid inşa etdirirdi. İşin üstü açıldıqdan sonra «Sumqayıt camaatı»nın liderinin evi şəhər İcra Hakimiyyətinin işçiləri tərəfindən sökülmüşdü. Və məlum olmuşdu ki, bitməkdə olan tikilinin özülü və hasarları o qədər möhkəm betonlanıbmış ki, evdən və məsciddən daha çox hərbi istehkamı xatırladırdı. Və həmin bünövrənin sökülməsi isə düz bir həftəyə mümkün olmuşdu. Di gəl, bu zaman həbs olunan Zöhrab Şıxəliyev sonradan MTN-in başbilənlərinin sayəsində azadlığa çıxa bildi”.
Qeyd edək ki, bu məlumatlar kifayət qədər ciddi ittihamlardan ibarətdir. MTN-in sahibkarları soymaqdan, talamaqdan başqa İŞİD əliylə də pul qazanması sözün həqiqi mənasında biabrçılıqdır. Nazirliyin də bununla bağlı mövqeyini dərc etməyə hazırıq. /demokratiya.info/

Комментариев нет:
Отправить комментарий