"Çeçenistan rəhbəri Ramzan Kadorov ənənəvi islamın inamlı daşıyıcılarından biridir. O, vahhabizm ideologiyasına qarşı kəskin və kompromissiz mübarizə apardı, nəticədə Çeçenistanı radikallardan və Qərbyönümlü islam sektalarından qurtardı". Bu fikirləri Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, Rusiya Federasiya İctimai Palatasının üzvü, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini Valeri Korovin bildirmişdir.
Korovinin fikrincə, vahhabizm ideologiyası çeçen xalqının ənənəvi sosial durum sistemi ilə təzad təşkil edir. Politoloq göstərir ki, bu yabanı sektanın əsas məqsədi asan idarə olunan insan sürüləri yaratmaqdır: "Vahhabizmin Çeçenistan ərazisinə soxulması regionun Rusiyadan ayrılmasının qızğın fazasını yaratdı. İslamın qeyri-ənənəvi eretik cərəyanı olan bu ideologiya xalqı xarici, ilk növbədə Qərb manipulyasiyalarının obyektinə çevirdi. Odur ki, bu ideoloji bəlaya müharibə elan etməklə Ramzan Kadırov Qərbin Rusiyaya xarici ekspansiyasını dayandırdı. Onun növbəti addımı vahhabiliyin dağıtdığı ənənələrin- çeçen cəmiyyətinin teyp təşkilatçılığının bərpası oldu".
Korovin bildirmişdir ki, Kadorovun səyləri nəticəsində beynəlxalq terrorizm Çeçenistan ərazisində məğlubiyyətə uğramışdır. Politoloqun fikrincə, Çeçenistanda vahhabiliyin artması son nəticədə regionun Suriya vəziyyətinə düşməsinə gətirib çıxaracaqdı.

Комментариев нет:
Отправить комментарий