Karikaturadır bu, adını dil qoyublar!
Ağayi-Məniçöhr! Bir həftə qabaq mənim haqqımda verdiyin müsahibən yanlışlarla doludur. Mən sənə cavab yazmazdım, heç indi də ürəyimcə deyil sənə yazmaq, di gəl yazmasaydım, bu, bir sıra oxucuları yanılda bilərdi. Ancaq mən sənin məni sırf incitməyə və alçaltmağa hesablanmış sözlərinə yox, dil haqqında dediklərinə qısa cavablar verəcəyəm.
1. Demisən:Ağalar kişi Türkiyədəki dil inqilabını tənqid edərkən Geoffrey Lewis-dən “etkilənib”. O kimdir? Google-dan da soruşdum, 2-3 cümləlik məlumat verdi. Sən belə müəllifləri hardan tapırsan?!
2. Demisən: “Kaşqarlıdan sonra dilimizə ikinci ən böyük xidmət edən şəxs Dilaçar (Aqop Martayan – A.Q.) olmuşdur.” Ağayi-Məniçöhr, M.Kazımbəy, H.Vámbéry, V.V.Radlov, S.E.Malov, N.N.Poppe, N.İ.Aşmarin, G.J.Ramstedt, W.Bang, M.Räsänen, A.v.Gabain, E.Clauson, S.Q.Klyaştornıy, G.Nemeth, G.Hazai, Ə.Dəmirçizadə, M.Seyidov, M.Şirəliyev, E.Əlibəyzadə, T.Hacıyev, Q.Kazımov duran yerdə Aqop Martayan Dilaçar nəçidir?! İşdir, haradansa adını eşidib E.V.Sevortyan desəydin, hə, onu ciddi qəbul edərdim, Sevortyan doğrudan da böyük türkoloq olub, dilimizin etimoloji dərinliklərinə ən çox gedə bilən dilçilərdən biri olub, Bakıda da işləyib. Ancaq Aqopun adı it dəftərində də yoxdur, mən hələ onun adını hansısa elmi istinadda görməmişəm.
Aqopun adını heç türkiyələr özləri açıb-ağartmırlar, dillərini bir erməninin yaratması faktından utanırlar, adını bir küçəyə veriblər, onu da lövhəyə “A.Dilaçar” formasında yazıblar ki, erməniliyi bilinməsin. Sən isə onu Mahmud Kaşğari ilə yanaşı qoyursan.
Dilimizdə 200-ədək sonluq (şəkilçi) var. Köklər da bəllidir. Bir sonluğu bir kökə yapışdıraraq söz düzəldib, ona ixtiyari məna vermək çoxmu çətin işdir? Ağayi-Məniçöhr, bunu hətta sən də bacararsan. Məsələn, -cıl sonluğunu götür yapışdır dal sözünə, düzəlsin dalcıl sözü. Öncül var, dalcıl niyə olmasın, olsun. Dalcılın mənası da olsun, dalda qalan, dala gedən, tənbəl, bir sözlə, zəif. İndən belə “zəif”ə “dalcıl” deyək! Bax, sənin də dilini açan Aqop Dilaçarın xidməti bu sayaq olub.
3. Demisən: Genəl sözü genəlmək sözündən düzəldilmişdir. Bah! Nə yaxşı dedin, bilmirdik! Ağayi-Məniçöhr, Avropa dillərində çoxluq bildirən üç termin var: partikulyar (cüzi), qenerel (ümumi) və universel (külli). Partikulyar (latınca part – qisim deməkdir) bir neçə fərdə; qenerel (latınca qenus – cins deməkdir) bir neçə növə; universel (latınca universum – küll deməkdir) isə bildiyimiz hər şeyə aid deməkdir. Tutaq, bizim dövlət başçısının “Tələbələrin təqaüdü 100 manat artırılsın” sərəncamı partikulyar (qismi, cüzi) hökmdür, o, bir neçə min fərdə şamil edildiyi üçün. “Məməlilər – balalarını əmizdirən canlılardır” kimi bir hökm isə qenerel (ümumi) hökmdür, bu hökm itlər, insanlar, delfinlər kimi neçə-neçə növə aid olduğu üçün.
İndi sən özün de, genəlməyin, genişliyin, genliyin qenerel anlayışına nə isti-soyuğu var?! Çoxluq anlayışlarına sırf genəlmək kimi baxacağıqsa, bəyəm, partikulyar özü də (qismən də olsa) genəlmək deyil? “Qenerel” genəlmiş təsəvvür edilib “genəl” adlandırılırsa, onda “universel” də maksimum həddə genəldilib “cırıl” adlandırılmalıdır.
4. Demisən: “Dildə sinonum sözlər nə qədər çox olsa, bir sənət adamı, özəlliklə bir şair üçün yaradıcılıq imkanları artar”. Ağayi-Məniçöhr, Türkiyədə Aqop Martayanın başçılığı altında aparılmış türkcələşdirmə inqilabı dili zənginləşdirmək bir yana dursun, əksinə, semantik baxımdan xeyli yoxsullaşdırmışdır. Məsələn, yeni yaradılan dildə (türkiyəcədə) “ömür”ə də yaşam deyirlər, “həyat”a da; “müəllif”ə də yazar deyirlər, “yazıçı”ya da; “vəziyyət”ə (ingiliscə situation, almanca Situation) də durum deyirlər, “hal”a (ingiliscə state, almanca Zustand) da. İndi bir azərbaycanlı tutuquşu “ilginc” deyəndə bilmək olmur, əcaib, qəribə demək istəyir, yoxsa maraqlı; “yaşam” deyəndə bilmirsən ömür demək istəyir, ya həyat; “yazar” deyəndə anlamaq olmur, yazıçı demək istəyir, yoxsa müəllif; “durum” deyəndə bilmirsən vəziyyət demək istəyir, yoxsa hal. Hanı, bəs deyirsən dilimiz zənginləşir. Burada mənə deyə bilərlər ki, ömür də, həyat da, müəllif də, vəziyyət də, hal da – hamısı özgə dildədir, ərəbcədir. Düzdür! Ancaq ərəbcə və farscadan dilimizi təmizləməyin yolu türkiyəcəni – “aqopca”nı dilimizə köçürmək yox, ərəbcə və farsca sözlərin anadilli qarşılığını dilimizin tarixində, şivələrimizdə, ayrı-ayrı ədəbiyyatçılarımızın əsərlərində, folklorumuzda, qohum dialektlərimizdə və s. axtarıb tapmaqdır, ən sonda (ancaq ən sonda!) yaratmaqdır. Dilimiz öz göbək bağıyla bəslənməlidir. Türkiyəcə son 20-30 ildə bu bağa ilan kimi dolanıb sıxır və əvəzində ağzımıza öz süni və zəhərli yemini doluşdurur. Mənim bütün məqsədim dilimizin göbək bağının yolunu açmaqdır. Folklorumuzdan misal: “Dərd məni almadımı? Döşəyə salmadımı? Çox gözləməm var idi, Gözümdə qalmadımı?” (Bayatı). Gör, necə ustalıqla ərəbcə “intizar”ı “gözləmə” ilə əvəzlədi! Bircə bayatıyla! Ədəbiyyatımızdan misal: “Bəlkə əbədiyyət əbədiliyə, Təkərsiz, çəkərsiz gedənlərindir?” (Məmməd Araz, “Sahibsiz qəbirlər şeiri”). M.Araz burada lokomotiv sözünü çəkər sözüylə əvəzləyə bilmişdir. İkicə misrayla! Şivələrimizdən misal: Qazaxda ərəbcə “məsələn” qarşılığında “sözbelə” deyilir: “Sözbelə, mən sənin pis işini görüf örtmüşəm üstünü”. Görünür, qabaqca bu söz “söz belə açılmışkən”, “söz belə açıldısa” kimi bir variantda deyilirmiş, sonralar qısalaraq “söz belə”, ardından da “sözbelə” formasına düşmüşdür. Əsli ermənicə “örinaq” olub-olmaması da mübahisəli olaraq qalan “örnək” sözünə -in sonluğunun artırılmasıyla, ərəbcə “məsələn”i əvəzləmək üçün icad edilmiş “örnəyin” sözü hara, mənim qazaxlı bir kəndlimin yaratdığı “sözbelə” sözü hara? Üstəlik, -(i, ı, u, ü) n sonluğu səpin, qoşun, axın kimi isimlərdən də gördüyümüz kimi ancaq feil köklərinə artırılır. Örnək sözü isə isimdir. Belədə, örnək sözünə -in sonluğunu yapışdırıb, “örnəyin” kimi bir söz uydurmaq dilin qaydalarına ziddir.
Türkiyəlilər dillərini təkcə yoxsullaşdırmayıblar, həm də dilin musiqisini monotonlaşdırıblar. Alıblar əllərinə beş-altı sonluğu düşüblər dildəki köklərin üstünə. Adama deyən gərək, -(ı, i, u, ö, a, ə) m sonluğuyla bir belə də söz yaratmaq olar?! – Yapım, yayım, çəkim, seçim, tarım, tanım, verim, bilim, dirim, birim, quram, anlam, qavram, önəm, toplum, konum, doyum, durum, sürüm, eyləm, yaşam, söyləm, yatırım, kalıtım, devinim, açınım... -mm, -hım, -ham! Bu cür mırıltılı dillə hansı poeziya doğula bilər?! Bir cümlədə bu sözlərdən 3-4-ünü söyləmək bəs edir ki, bu dil qripə yoluxmuş adamın dili kimi səslənsin. Hələ 177 il bundan qabaq M.Kazımbəy dilimizin necə incə musiqili dil olduğunu yazmışdı. Türkiyəcə dilimizi qripə yoluxdurub, bizi mırıldadır, sənsə deyirsən: “Ağalar şeir ruhundan məhrumdur, biz şeir yazanda seçim-keçim-biçim sözləriylə yaxşı qafiyələr tutacağıq”.
Dilin anası – kəndlidir. Mən “ana dili” deməzdim, “kəndli dili” deyərdim. Ancaq, əlbəttə, kəndli dili yetməz, terminlər yaradılmalıdır. Bəs kim yaradacaq bu terminləri və hansı metodlarla yaradacaq?! Alman xalqının fəlsəfə terminlərini kimlər yaradıb, bilirsənmi? Aqop səviyyəsində bir adam yox, M.Luther, M.Eckhart, Ch.Wollf, I.Kant, F.Hegel, M.Heidegger kimi adamlar, ta Aqop kimi “qenerel”i genəlmək kimi başa düşən bir adam yox. Özü də necə yaradıblar? Terminləri orijinaldan – əski yunancadan və latıncadan tərcümə edərək. Aqop isə ərəbcə və farscadan (suyunun suyundan) tərcümə edib.
5. Demisən: “Ayrıca, türk dilinin kökənini axtarmaq üçün şumerlərə baş vurmaq moda olmuş. Şumerlərlə türklərin əlaqəsi elmi əsaslara dayanmır... Ağalar özünü haqlı göstəmək üçün sumerlərə sığınmışdır”. Ağayi-Məniçöhr, azərbaycanlı məşhur elm bilicisi, mərhum professor Yusif Yusifov (1929-1998) Şumer dilinə keçən prototürk leksikasından danışan ilk alimlərdən biri olub. ABŞ-da məşhur dilçi N.Poppenin elmi rəhbərliyi altında doktorluq işi yazmış, altaistika və linqvistika professoru O.N.Tuna (1923-2001) isə özünün 34 illik sumer-prototürk tədqiqatını 1990-cı ildə 57 səhifə (!) həcmində çap etdirmiş, nizamlı səs uyğunluğu (regular sound correspondence) metoduyla 168 şumercə sözün türk dillərində yaşadığını göstərmiş, Harvard da daxil olmaqla ABŞ universitetlərində şumer-prototürk ortaq leksikasını isbatlamışdır. Tunanın gəldiyi yekun nəticə budur: “Şumerlər prototürklərlə eramızdan qabaq 3500-ci illərdə indiki Türkiyənin şərqində kontaktda olublar”.
Soruşuram səndən: indiki Türkiyənin şərqi hayandır? – Əlbəttə, Azərbaycandır! Bu bir. İkincisi, Tunanın tapdığı 168 söz təkcə Türkiyədə danışılan dilin sözləri yox, ümumtürk dilləri sferasında olan sözlərdir. Və ən başlıcası: bu 168 sözün heç də hamısı Türkiyədə başa düşülmür, biz isə demək olar hamısını başa düşürük! Mən məqaləmdə çibin, qabaq kimi sözləri, bax bu fakt üçün misal vermişdim.
İstəyirsənsə, misalları bir az da çoxaldım, sözbelə: çapmaq (yarmaq mənasında), iy (qoxu mənasında), ötmək (keçmək mənasında), çin (yuxusu çin çıxmaq mənasında), qadaq (Cəlilabad, Salyan, Şirvan, Sabirabad və Kürdəmirdə mıx, mismar deməkdir), san (sanamaq mənasında), yumaq (su ilə yumaq mənasında), isti, çağa, qalaq və s. sumercədə də işlənilmiş, azı 5500 yaşlı sözlərimizdirlər. Və türkiyəlilər bu sözləri başa düşmürlər, düşənlər də Osmaniyyə dövlətinin keçmişdə bizdən qopartdığı ərazilərdə (Ərzurum, Qars, Iğdır və b.) əsir düşüb qalan qızılbaş (alevi) azərbaycanlılardır. Aqopca danışan türkiyəlilər isə qızılbaş (alevi) danışığına kəndçi dili deyib gülürlər.
Bir sözlə: Dilimizin anadilli sözlük fondu Türkiyədəkindən həmişə çox olmuşdur, indi də çoxdur. Sənsə deyirsən: “Anadoludakı xalq dili ilə bizim dilimizdəki söz dağarcığı eynidir”.
6. Deyirsən: “Şumerlərlə türklərin əlaqəsi elmi əsaslara dayanmır. Məsələn, Vill Durant yazır ki, şumerlərdəki tək hecalı sözlərin çoxu moğolcadır”. Ağayi-Məniçöhr, sumer vaxtı monqolca nə gəzirdi?! Bu günkü xalxa-monqolcanın ən qədim abidəsi eramızın 1225-ci ilinə aid Yesunke daşıdır. Ondan o yana monqolca adlandırılan sözlərin hamısı ümumtürkcədir. Bunu mən yox, monqolistlər deyir. Durant ciddi adamdı, o belə yazıbsa, deməli o da prototürk-sumer ortaqlığını nəzərdə tutub. Sən mənə qarşı çıxmaq istərkən mənim xeyrimə arqument gətirmisən, xəbərin olmayıb.
7. Demisən: “İmgə sözünün ingiliscənin image sözü ilə əlaqəsi yoxdur, bu söz bizdə him kimi işlənilən im sözündən düzəldilib. Süpürmək məsdərinin əmr formasına “gə” şəkilçisi artırılaraq süpürgə düzəldildiyi kimi, “im” əmr şəklinə də eyni şəkildə “gə” artırılaraq “imgə” düzəldilmişdir”. Ağayi-Məniçöhr, birincisi, “(h)im” əmr şəkli bir qırağa dursun, heç feil deyil, ismin adlıq halıdır. Sənə “(h)im”dən feilin əmr şəklini düzəltmək lazımdısa, onda (h)imlə- olmalıdır. İkincisi, misal kimi verdiyin süpürgə (eləcə də, düşərgə, dalğa və s. sözlərdə) gördüyün -gə sonluğu isimlərə yox, ya feil köklərinə, ya da feil əsaslarına birləşə bilən sonluqdur, (h)im isə isimdir. Üçüncüsü, M.Kaşğaridə (h)im, (h)imləmək bəlgə sözündən fərqli olaraq ümumi mənada işarə yox, him-cim kimi mimik işarədir, göz-qaş işarəsidir. Beləliklə, mən sözümdə qalıram, Aqop imgə sözünü ingiliscə image sözünə oxşadaraq düzəldib. Necə ki, onur sözünü fransızca honneur sözünə oxşasın deyə, sınır sözünü yunanca sunora sözünə oxşasın deyə və s. düzəltdiyi kimi. Karikaturadır bu, adını dil qoyublar.
8. Demisən: “Ağalar Cavidə qarşı sayqısızlıq etmiş”. Ağayi-Məniçöhr, “Anamın kitabı”ında C.Məmmədquluzadənin güldüyü, osmanicə əş’ar yazan Hüseyn Şahid obrazı kimi idi?- Hüseyn Cavid! Deyirəm, nə yaxşıdır, Cavidin Bakıda oturub, Mirzə Cəlilin dilində yox, osmanicə yazması da düzgün imiş, sonra bu osmanicədən türkiyəcə düzəldən Aqop da düz eliyibmiş. Eh, bircə biz düz deyilmişik. Sonra da deyirsən: “Ağalar öz keçmişinin intiqamını almağa çalışır”. Bilirsən Freud bu fenomenə nə ad verib? Proyeksiya mexanizması – özündə görüb, iyrəndiyi, rədd etdiyi duyğunu başqasının üstünə köçürmək (proyeksiya etmək). Adımı sənə qoyum məsəli.
Bir də sənə bunu məsləhət görərdim: Cavidin mətnlərini “aqopca”ya çox da güvənib elə hey incələmə, arada bir qalınla da, yoğunla da...
9. Yazmısan: Ağalar farsca bilmir, “Bu əksikliyi üzündən məsələn yazır ki, “külək” türkcə olmuşdur. Oysa külək əski farscada olan bir sözdür. Farsca səslənişi “kulak”dır”. Ağayi-Məniçöhr, birincisi, H.Vámbéry hələ 1878-ci ildə yazıb: külək sözü cağatayca küləmək (uğultu ilə əsmək) sözündən yaranmış sözdür. İkincisi, sən farsca bilirsənsə, oxuyarsan, H.Ə’mid də yazır ki, külək türk dillərindən farscaya keçmişdir. Üçüncüsü, külək sözü, məncə, küy (gur-) kökü üzərində dayanır. Nənə-babalarımız səs-küylü, uğultulu, qar gətirən yelə külək deyiblər. Məncə, sözün başlanğıc forması küyləmək feilindən “küylək” olmalıdır. Küylək – daşlaq, qışlaq quruluşunda bir sözdür. Beləliklə, mən sözümdə qalıram: külək sözü öz dilimizdədir. Bizdən farscaya keçib, fars dilində ü və ö olmadığı üçün kulak olmuşdur.
Dördüncüsü, dilimizi yaxşı tədqiq etmək üçün farsca əsas dil deyil. Özün də gördüyün kimi, bilməyinlə öyündüyün farsca sənə külək sözünü tanımaqda kömək etmədi, halbuki ən düz bunu bilməli idin. Unutma, türkologiya sahəsində iki əsas məktəb var: rusdilli məktəb və almandilli məktəb. Sənsə bu dillərin heç birində oxuya bilmirsən.
10. Ağayi-Məniçöhr, gördüm özünə Gəncalp təxəllüsü götürmüsən. Ancaq “Gəncalp” adında vokal harmoniyası (səs ahəngi) yoxdur. Gəlsənə, onu ahəng prinsipinə uyğunlaşdırıb “Qancalp” edəsən (necə ki, sən Mahmud Kaşğarinin adını dəyişdirib Kaşğarlı yazırsan). Demək istəyirəm, sən heç özünə düzgün bir ad düzəldə bilməmisən, bu xalqın dili haqqında nə danışa bilərsən?!
doqquz.az

Комментариев нет:
Отправить комментарий