30.03.2016

“Kürdçülük” faylının fəsadları

Kürd təmayülü ilə yaşayanlar öc alandı. Sözlərində məkr yatır. Hiylə gizlənir. Hər kəlməsi xəyanətdi. Kürdlərin kim olduğunu bizlərdən yaxşı Ələsgər bilib. Dədə Ələsgər! Ələsgər çəkinmədən konkret deyirdi: “Aşığın nisyəsi, kürdün ilqarı, Desələr inanma, düz olmaz-olmaz!..”. Kürdbasalaq insanlarda utancaqlıq hissi yoxdu. Bu tipli adamlar ictimai yerlərdə şəpiklə gəzir. Özünə heç nəyi ayıb saymır. Söhbət zamanı Koroğlunu kürd çıxarır. Məsələn, deyir, onun əsl adı “Rövşən” yox, “Safo”du. Sovet vaxtı dəyişdirib “Rövşən” qoyublar. Əsl dostu “İbo” olub. Sonra “İbo-Safo” dostluğundan sizə dastan danışacaq…
Sabirdən, Mirzə Cəlildən elə söz tapıb danışarlar əlin üzündə qalar. Bunlara görə Sabir nə yazıb?! “Hophopnamə”də 500 şeiri yoxdu. Amma ağ saçlı Süleyman Rəhimov (onu da deyək, bu cür ağ saçlar Kələntərdə də var!) “epopeya” yaradıb.
Bu adamlara səviyyəcə eyni olduqları Ələviyyə Babayevanın fikri daha mötəbərdi. Nəyinki S.Vurğunun, M.İbrahimovun, Petrus Brovkanın, Ilya Selvinskinin! Bunlara elə gəlir Nazim Hikmət qurama şairdi. Tutulmasının günahı da özündədi. Kommunist olub! M.Ə.Sabir köhnəlik nişanəsidi. Bakının ortasında göz qamaşdırır. Bunların “sürətli inkişafına”, “irəliləyişinə” əngəl yaradır. Onu da Ə.Vahid kimi itirmək lazımdı.
Bunlara görə xalq yazıçısı Süleyman Rəhimovun acı bağırsaq kimi uzanıb gedən uzun-uzadı cümlələrinin dünyada bəlkə tayı-bərabəri yoxdu. Bakı şəhərində ona abidə ucalmalıdı. Amma aparıb Cabbarlıya, Səməd Vurğuna, Rəsul Rzaya heykəl qoyublar. Bu da bir tarixi ədalətsizlik! Yazıçı Mehdi Hüseynin qəfil ölümündə Süleyman Rəhimovun günahı yoxdu. Günahı olsaydı, bu faktın özü də Ələviyyə Babayevanın yazılarında əksini tapardı…
***
Şamo Arif bəy Azərbaycanın əlinə qələm alan o zümrəsinə mənsubdu iddiası ilə əməlləri tərs mütənasibdi. Qara yaxmağa candı. Hazır dayanır. Onlara görə hər şey yalan üstündədi. Iftira ilə dünyanı alt-üst etmək olar. Özləri “mutnı” adamlardı. Suları həmişə bulanıq axır. Ürəklərinin dərinliyində şeytanlar gəzir.
***
Şamo Arifin “Azadlıq” qəzetində (8 iyul 2011-ci il) dərc olunan yazısını oxuyuram: “Şəxsən mən Anara həmişə hörmətlə yanaşıb (Diqqət! hiylə başlanır!). Onu bacardığım qədər yeri gəldikcə müdafiə etmişəm (məkr!). 1986-cı ildə (guya təkzibolunmaz fakt gətirir!) Azərbaycan Yazıçılar Ittifaqının qurultayından sonra bir neçə respublika əhəmiyyətli məsələlərlə bağlı (görürsünüz, respublika əhəmiyyətli məsələləri kimlər həll edir!) şəxsən Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırovla görüşüm zamanı (kürd təmayülü! Özünüz deyin, K.Bağırov başqa nəyə görə Şamo Arifi qəbul edə bilərdi?!) Anarı necə müdafiə etdiyimi bir Allah bilir, bir də Anar! (Anar niyə, Şamo Arif? Bəlkə K.Bağırov?! Axı Anar sizin söhbətinizdə iştirak etməyib?!). (Yenə məkr!).
Fikrini davam etdirir: “Hətta ona ”Qınamayın məni” romanını( ?! Kimindi roman, aydın deyil!) təqdim edib üzərində də bu sözləri yazdım: “Dağ Məhəmmədin yanına gəlməsə də, Məhəmməd dağın yanına gəlir!” (Hiylə! Məkr! Və Səhl Sumbat Xəyanəti!).
Hiylə bu adamın sifətinə yazılıb. Təkcə qəzetdə gedən şəkli kifayətdi. Yazısını oxumayın da. Məqsədə yetməkçün bu tipli adamların nələrə əl ata biləcəyi aydın görünür.
Qəzetə yenidən göz gəzdirirəm: “…Rəsul Rza sərt, sözünü şax deyən insan idi. Onun Səməd Vurğunla deyişməsi (?!) (bir daha məkr!) yaradıcılığındakı ideoloji sapmalara yol verməsini (cümlənin başı-ayağı bilinmədi!) Səməd Vurğunu kəskin ittiham edib M.C.Bağırova və Moskvaya, ”Literaturnaya qazeta”ya göndərilən məqaləyə başçılıq etməsinə…” (məkr, xəyanət baş alıb gedir! Səngimək bilmir. Cümlənin gerisini daha oxumuram…).
Bu tipli adamlar yazısında, ya elə-belə də “kişi”, “qeyrət” sözünü işlətməyi çox sevirlər. Danışanda “kişilikdən”, “qeyrətdən” danışırlar! (Məsələn, “kişi vüqarlı, mərdanə insan”… “Qeyrətli Azərbaycan kişisinin”… “Mən Süleyman kişinin oğluyam”… Girəndə isə bu cür girirlər: “Sözümü sizin ürək ağrısıyla qələmə aldığınız…” və s. və i.a.). Görüşəndə isə “əlimiz qoy bir kişi əlinə dəysin!”- deyirlər.
***
Şamo Arif bəy “Azadlıq”dakı yazısında tez-tez atasının adını çəkir. Təbiidi. Atasıdı. Hər fürsətdə özü də S.Rəhimovu Rəsul Rzaya qarşı qoyur. Şamo Arif bəy bilməlidir, birincisi, qarşıqoymalar qarşıdurma yaradır, ədəbiyyatda heç kəs heç kəsin yerini dar eləmir…
Ikincisi də Rəsul Rzanın yeni orijinal deyimləri, avanqard sözü özündən sonra gələn neçə yaradıcı nəsli tərbiyə edib. Süleyman Rəhimovun “Alo-Safo”dan danışan arxiv materialı əsərləri- epopeyası, romanları, povestləri özündən sonra gələnlərin bəlkə heç tükünü də tərpədə bilməyib. Başqası o yana, doğmaca oğlunu necə tərbiyə edib, yetirib, hamı şahiddir.  
Mərhum şairimiz Bəxtiyar Vahabzadə Azərbaycan Sovet ədəbiyyatından bizə dərs deyib. Bəxtiyar müəllimin çox sevdiyi şair Mikayıl Müşfiqlə Səməd Vurğun idi! Rəsul Rza, bir də Əli Kərim idi! Çox sevdiyi yazıçılarsa C.Cabbarlıyla Ordubadi idi. Bir də I.Əfəndiyevlə Ə.Məmmədxanlı! Əli Vəliyevə, Əbülhəsənə, Süleyman Rəhimova, Yusif Şirvana, Süleyman Vəliyevə hörmətlə yanaşsa da, çalışırdı onlardan söz açmasın. Özü də söhbətlərini polemika şəklində qurardı. Tələbələrinin fikri əsas idi. Auditoriyada ən çox da mübahisə obyekti Rəsul Rza ilə Əli Kərim olardı!
Bəxtiyar müəllim Rəsul Rzanın “Rənglər” silsiləsini həzm edə bilməsə də, onu həmişə çox sevdiyi Səməd Vurğunla yanaşı tutardı. Çünki Səməd Vurğunun şeirləri də el şeirinin avanqardıydı.
Əli Kərimə gəlincə, haqqında deyirdi: “Bu şair vallah, ya dahidi, ya da heç kim!”. Süleyman Rüstəm haqqında deyirdi: “Süleyman Əlabbas oğlu Rüstəmzadə 1906-cı ildə Bakı şəhərində doğulmağa başlamışdır!”. Uşaqlar gülüşərdi. 
Süleyman Rəhimov haqqında da eyni fikirdəydi. Yəni, “Süleyman filankəs oğlu Rəhimov 1900-cü ildə Qubadlı rayonunun Əyin kəndində doğulmağa başlamışdır!”. Vəssalam! Deyirdi gedib özünüz oxuyarsınız. Söhbətimiz qayıdırdı yenə C.Cabbarlıya, Ordubadiyə, Ə.Məmmədxanlıya və I.Əfəndiyevə… Yenə Rəsul Rzadan, Səməd Vurğundan, Əli Kərimdən söhbət açardı. 
Bəxtiyar müəllimin tələbələri bilir, onda belə xüsusiyyət də vardı. Imtahan vaxtı soruşardı: – kim neçə istəyir? Yəni, əvvəlki imtahanlardan kim “beş” alıbsa “beş” yazırdı. Qalan uşaqların qiyməti “dörd” olurdu. Heç kimi də incik salmazdı.  
Mən indi başa düşürəm Öcalan kimdi. Kəlbəcərli Şamil müəllim ölkədə niyə at oynadırmış?! Firudin Şuşinskinin “Azərbaycan xalq musiqiçiləri” kitabında niyə görə ermənilərə gen-bol yer verilirmiş (48 nəfər musiqiçinin 24-ü ermənidi!). İslam Səfərliylə “Kür-Araz-Ararat, Gözəldi bu həyat, Qardaş olub Hayastan-Azərbaycan…” mahnısını yazdırmağa nə vadar edib?! Süleyman Rəhimovun qəhrəmanları niyə görə Alo, Safo, İbo, Həpo, Şamo imiş. Ermənilərə aid orda bir kəlmə də “güldən ağır” söz yoxdu. Siz bu adamların antropologiyasına hələ fikir verin… Ona görə Turqut Ər deyir: Bakıda Apo (Abdulla Öcalan!) ilə bağlı olan adamlar var. 
Həmin fikrə mən bunları da əlavə edərdim: Bu adamlar ədəbiyyatda, incəsənətdə və hökumət strukturlarında (banklarda, neft sənayesində!) bütün sənaye sahələrində təmsil olunur. 
Kürdlərin əleyhinə deyiləm. Onlar da insandı, qaynayıb-qarışıb. Kürd əsilli prezident vardı, Turqut Özal (Allah ona qəni-qəni rəhmət eləsin!) Türkiyə üçün nələri etmədi?! Amma burdakılar öz mənafeyini üstün tutur. Ocağın odunu özünə çəkir. Sapma əməllərlə məşğuldu. Ehtiyatlı tərpənməliyik!…
***
Azərbaycan Sovet ədəbiyyatı həyatdan uzaq, yapma-qurama əsərlərlə dolub-daşıb. O əsərlər dəfn olunub müəllifləriylə. Heç biri oxunmur. Cabbarlı oxunur! Ordubadi oxunur! Səməd Vurğun oxunur! Rəsul Rza oxunur! Süleyman Rəhimov uzun müddət görkəmli partiya xadimi olub. Ədəbiyyata hobbi kimi baxıb. Ona görə də yazdıqlarını quraşdırıb yazıb.
Baxmayaraq bu “əsərlər” barədə tonlarla resenziyalar yazılıb. Əsərləri də maklaturadı, haqqında yazılan yazılar da! Adamlar orda gülüş güzgüsündəki kimi təhrif olunmuş şəkildə görür özünü. C.Cabbarlı, S.Vurğun, Rəsul Rza, Ordubadi, I.Əfəndiyev və b. böyük talantın və amalın hesabına dəyərli əsərlər yarada biliblər.
Bir çoxları yaradıcılıqdan çox dedi-qoduyla məşğul olub. Paxıllıq çəkib. “Niyə filankəs ”xalq yazıçısı”dı, niyə mən olmadım?”, “Niyə filankəsə filan ordeni verdilər, mənə vermədilər?!”. Bunların maraq dairəsində ədəbi proses yox, ev, mənzil, bağ, müxtəlif təmtəraq, fəxri adlar, orden-medallar olub. Ona görə də yazıçı kimi iflasa uğrayıblar.
***
Dostumuz Şamo Arif də, deyəsən, təmtəraq sevəndi. Ciddi sənət əsəri yarada bilməyib. Bu dəqiqə də ciddi şəkildə “öcalançılıqla” məşğuldu. O yanı qurdalayır, bu yanı qurdalayır. Macəra gəzir, sərgüzəşt axtarır. 
Bu adamın yazısını ara-sıra oxumağa cəhd etmişəm. Eynən də dədəsinin cümlələridi: “…hətta ”Qınamayın məni…” romanını (?!) təqdim edib üzərində də bu sözləri yazdım: “Dağ Məhəmmədin yanına gəlməsə də, Məhəmməd dağın yanına gəlir!” (Yəni, sən məni saymadın, amma mən səni saydım! Saymasan məni, sancaram səni! və s. və i.a.).
Bu tipli adamların cümləsinin sonunda bayaq dediyim məkr dayanır! Xəyanət var! Hiylə gizlənir! Yapışandasa qopmaq bilmir.
***
Biz mərhum Mehdi Hüseynin ölümünün əsl səbəbini soruşanda o susub cavab verməmişdi. Sonra sözarası uşaqlara söyləmişdi: “Həmin hadisəni Nəbi Xəzri yaxşı bilir…”
Ədəbi ictimaiyyətsə danışırdı: Süleyman Rəhimov Mehdi Hüseynin yanına gedib, orden-medal söhbəti salıb, mükafat istəyib. Mehdi Hüseynsə əsəbiləşib. Və elə oradaca, kreslosunda, əyləşdiyi yerdə huşunu itirib, dünyasını dəyişib… Nəbi Xəzri içəri girəndə görüb əhvalat nə yerdədi. Süleyman Rəhimovu söyüb, təhqir edib. Deyirlər üstəlik, bir sillə də yapışdırıb qulağının dibinə…
***
60-cı illərdə səhv etmirəmsə, Rəsul Rzanın “Ya zemlya” (“Mən torpağam”) kitabı Lenin mükafatına təqdim olunmuşdu. Şeirlər barədə Kanadadan üzü bu yana rəylər gəlirdi, “otklik”lər çap olunurdu. Birdən gözüm “Kommunist”də çap olunan naqolay bir yazıya sataşdı. Rəsul Rzaya yenə də haqsız hücum vardı. “Ya zemlya” kitabı “şeirbəşeir sökülüb təzədən yığılırdı”. Əlbəttə, bilikləri səviyyəsində! Ağılları nə qədər kəsir, o qədər! “Qış sarayı”na hücum çəkən fəhlələr kimi “bu saraydakı” əntiq əşyaları, güldanları, vazaları “hörmətdən salırdılar”. Yazının altında qoşa imza vardı: “Baxış Əliyev və İslam Səfərli!”. Baxış Əliyevlə Islam Səfərlini birləşdirən, görəsən, nə imiş?
***
İslam Səfərli rəhmətliyi tanıyırsız: “Kür, Araz, Ararat, Gözəldir bu həyat, Qardaş olub Hayastan, Azərbaycan!” mahnısını yazıb Andrey Babayanla.
Kürd əsilli Baxış müəllimsə Şamaxıdakı Pedaqoji məktəbin müəllimiydi. Şamaxı KQB-sində çalışan Məmmədyarovun yaxın qohumuydu (?!). Günahsız yazıçı Çingiz Ələkbərzadəni çörək yediyi yerdə həmin əqrəba tutdurub. 
Baxış müəllimlə Məmmədyarov Nazirlər Sovetində müavin işləyən Kamran Hüseynovun qohumudu. Kamran Hüseynovla Süleyman Rəhimovun əlaqələrinə gəlincə, gərək bunu saz üstündə deyəsən. Çünki bu iş hələ-hələ bitib-tükənən deyil… Onlar Kəlbəcərdə Şamil Əsgərovun təşkil etdiyi separatçı hərəkatın havadarlarıydı.
Şamilin oğlu (Rəvan bəydi gərək!) tez-tələsik Moskvaya qaçırıldı. Rusiyadakı PKK-çıların yanında təlim keçdi, hazırlaşdı. Fəal üzvlərdən birinə çevrildi. Oradan sonra Suriyaya ötürüldü. Suriyadakı PKK-çılara qoşulub türklərə qarşı vuruşmağa başladı.
***
İndi dünya bir az da dönüb dəyişib, başqalaşıb. “Ədəbi masajist” Şamo Arif bəy “metodist” kimi danışır. Çəkisizlik şəraitində ağır-yüngüllüyünün fərqinə varmır. Bəlkə o bilmir, belə baxanda eynən dədəsi Süleman Rəhimovdu, elə baxanda ekrandakı Əli Mirəliyev!
Şamo Arif bəyin dədəsi o zaman Mehdi Hüseyn rəhmətliyi əsəbiləşdirib öldürüb, amma özü Əli Mirəliyev kimi manejdədi, xalqı güldürür.

Oktay Şamil                          azadliq.info

Комментариев нет:

Отправить комментарий