Egey və Aralıq dənizi sahillərində 1,3 minə yaxın mehmanxana rentabelliyini itirdiyinə görə satışa çıxarılmışdır. Today’s Zaman qəzetinin verdiyi xəbərə görə, mehmanxanaların rentabelliyini itirməsinə Rusiya-Türkiyə münasibətlərinin kəskinləşməsi səbəb olmuşdur.
Qəzetin araşdırmasında göstərilir ki, rus turistlərinin axını dayandığına görə ölkə turizm sektoru çökmə həddinə gəlib çıxmışdır. Ən böyük zərbə Antalya kurort zonasına dəymişdir. Bu ərazidəki otellərin qapısı üstünə "For Sale" - "Satılır" lövhələri vurulmuşdur. Russian.rt.com saytı İstanbulun Today’s Zaman qəzetinə istinadən xəbər verir ki, Antalyada 410 turist obyekti satışa çıxarılmışdır.
Türkiyənin digər kurortlarında da vəziyyət ürəkaçan deyildir. Muqlada 349, İzmirdə 203, Aydında 162, Balıkesirdə 139, Çanaqqalada 35, Dənizlidə isə 20 obyekt satışa çıxarılmışdır.
Türkiyə turizm sektoru öz rentabelliyini ilk növbədə rusiyalı turistlərin axınının dayandığına görə itirmişdir. İqtisadiyyatın bu sahəsi hər il ölkəyə 24 milyard dollar gəlir gətirirdi. Türkiyəyə hər il 5 milyona yaxın rusiyalı turist gəlirdi. Ölkə turizm biznesinə xərclənən vəsaitin 85 faizi rusiyalı turistlərin payına düşürdü. Türkiyəli ekspertlərin fikrincə, rusiyalı turistlər kurortlarda ən çox pul xərcləyirdilər, ən bahalı malları alırdılar və ən prestijli ekskursion turları bron edirdilər. Aralarında pensionerlərin üstünlük təşkil etdiyi avropalı turistlər isə, əksinə aktiv deyildilər və otel nömrələrində kənara çıxmırdılar.
Today’s Zaman qəzetinin araşdırmasına görə, Türkiyənin kurort zonalarındakı otellərin əksəriyyəti bank krediti nəticəsində açılmışdır. Turist axının dayanmasından sonra yaranan iqtisadi çətinliklər otel sahiblərini banklar qarşısında ağır duruma salmışdır. Banka olan borclarını ödəyə bilməyən sahibkarlar çıxılmaz vəziyyətə düşmüşlər. Beləliklə, Rusiya ilə yaşanan gərginlik səbəbindən türkiyəli sahibkarlar otellərini satmaq məcburiyyətində qalmışlar.

Комментариев нет:
Отправить комментарий