El ağsaqqalı, Azərbaycanın tanınmış riyaziyyatçılarından biri, ali məktəb auditoriyasının 50 illik müəllimi professor Əlif Məmmədovun 83 yaşı tamam olur. O, özünün savadı, əxlaqı, ən başlıcası isə Azərbaycan təhsilində uzun illərdir hökmranlıq edən "tələbə və rüşvət" kombinasiyasini heç bir vaxt yaxına buraxmayan, Azərbaycan müəllimi adını şərəflə daşıyan nadir insanlardan biridir. Mən Əlif müəllimin tələbələrinin onun haqqında ağız dolusu danışmaqlarının şahidiyəm...
Əlif müəllimin bu ilki təvəllüd gününü iki qat sevinclə qeyd edir. Onun şərlənərək həbs olunan alim övladlarından biri Hilal Məmmədov bu gün onun yanındadır. Son dörd ildə Əlif müəllim hansı mənəvi sarsıntılardan, əzab və əziyyətlərdən keçməsini sözlə ifadə etmək mümkün deyil. Onu bir Allah bilir, bir də özü. Amma hamımız üçün bir şey məlumdur ki, Əlif müəllim yaşının bu vaxtında bütün bu məhrumiyyətlərdən üzü ağ çıxmağı bacardı...
Xalqımız üçün əziz olan bu gündə Əlif müəllimə ilk növbədə can sağlığı, uzun ömür və bir də son dörd ilin acılarını heç bir vaxt yaşamamasını arzu edirəm.
Ataxan Əbilov
Комментариев нет:
Отправить комментарий