Tofiq Əzizov (Əzizbəyli),
tarixçi, arxeoloq
XIX əsrin 80-cı illərində Lənkəran qəzasında olmuş D.A.Kistenyev qəzada yaşayan talışları etnoqrafik xüsusiyyətlərinə görə, talışlara, pornaimlərə, alarlara, orandlılara (oratlılara) və zuvandlılara bölmüşdü (Bax: Qəmərşah Cavadov. Talışlar. Bakı – 2004, s. 43). İndiyədək aparılmış tədqiqatlar göstərir ki, D. A. Kistenyevin bu bölgüsündə müəyyən çatışmamazlıqlar olmuşdur. Belə ki, alarlar əslində qonşu olduqları oratlıların dilini bilən türklərdir (Bax: Tofiq Əzizov. Alarların mənşəyi haqqında. avrasiya.info saytı). Üstəlik də, D.A.Kistenyev həmin vaxt qəzada yaşayan və etnoqrafik xüsusiyyətlərinə görə, adları sadalanan bu tayfalardan fərqlənən irandilli qaleşlərin (qolışların), xələclərin, təngərudluların, çərojinlərin varlığından bəhs etməmişdir.
Azərbaycan Respublikasının əsasən Tüli, Coni, Hamarat, Siov, Bradi, Veri, Çayrud, Anzoli, Rvarud, Bırsılım, Biləsər, Daştatük, Razano, Rvo, Miyanku kəndlərində yaşayan qolışlar buraya on-on bir nəsil əvvəl İran Talışından gəlmiş qaleşlərdir (Bax: Vüqar Mirzazodə. Qalışlar (Qolışon). "Tolışon Sədo" qəzeti, 01 iyul 2015 – ci il). Bəzi alimlərin fikrincə, qaleşlər ayrıca irandilli xalqdır (Bax: Musarza Mirzəyev. Talış toponimlərinin qısa izahlı lüğəti. Bakı – 1993, s. 11) və etnik mənsubiyyətcə talışlardan çox giləklərə yaxındırlar (Bax: В. И. Савина. Этнонимы в топонимии Ирана. Сб: Ономастика Востока. М,. 1980, с. 143). Anlaşılmazlıq olmasın deyə, qeyd etməliyəm ki, qaleşlər əslində skif tayfalarından olan gellərin bir hissəsi olmuş və Gilana e. ə. I əsrın ikinci yarısında Dərbənd keçidi vasitəsilə Şimali Qafqazdan gəlmişlər. Sarmat tayfalarından olan Oran tayfası (oratlıların əcdadı) da Talışa güman ki, onlarla birlikdə eyni yerdən gəlmişdir (Bax: Tofiq Əzizov. Azərbaycanın etnik tarixindən. Bakı – 1997, s. 29 – 33). Talış dilində Qafqaz dillərinə məxsus çoxlu sözlərin olması da onların eramızdan əvvəl uzun müddət qafqazdillilərlə birlikdə yaşaması ilə bağlıdır. Bu faktı əsas götürən akademik N.Y.Marr talışların Qafqazmənşəli olması haqqında mülahizə də irəli sürmüşdü (Bax: А. Г. Балаев. К проблеме происхождения талышей. Археологическое и Етнографические изыскания в Азербайджане (1985). Баку – 1986, с. 115).
Cərojeylər Astara rayonunun Sərək kəndində yaşayırlar. İshaq Axundzadə yazır ki, onlar buraya 250 il əvvəl Talış-Dolabdan gəlmişlər. O, Cərojey dilindəki 170 sözün Talış dilindəki qarşılığını da vermişdir (Bax: İshaq Axundzadə. Azərbaycan incisi. Bakı – 1992, səh. 154 – 158).
B.Millerin verdiyi məlumata görə, 30 ailədən ibarət olan derijeylər Lənkəranın rayonu ərazisinə İranın Kerqanrud vilayətinin Lisar bölgəsindən gəlmişlər və Talış dilinin xüsusi ləhcəsində danışırlar (Bax: Qəmərşah Cavadov. Talışlar... s. 62).
Xələclər Astara rayonunun Şahağac kəndində yaşayırlar. Xələclər haqqında ilk dəfə V. F. Minorski məlumat vermiş, sonralar Məsud Məmmədov namizədlik dissertasiyasını Xələc dilinə həsr etmişdir (Bax: "Azərbaycan gəncləri" qəz., 12. XII. 1989). Kənd sakini Nəzər kişinin verdiyi məlumata görə, xələclər buraya Şandermandan gəlmişlər (Bax: İshaq Axundzadə. Azərbaycan... s. 133 – 134).
Filologiya elmləri doktoru Əbülfəz Rəcəbov yazır ki, Astara rayonunun Təngərud kənd sakinlərinin dili istər leksik, istərsə də qrammatik cəhətdən Talış dilinin digər şivələrindən müəyyən qədər fərqlənir (Talışlar. "Tolışİ Sədo" qəz., 7. III. 1992).
Hazırda İran ərazisinin əsasən Xəzər dənizindən cənub-qərb tərəfindəki hissəsində dilləri Talış və Tat dillərinə yaxın olan, bəzilərinin Talış, digərlərinin Tat hesab etdikləri Qozarxanlı, İştehradi, Alviri, Vidari, Xuruş Rüstəmi, Razacerdi, Rudbari, Şahrudi, Tarmi, Takestani, Kerinqani və Kajali adlı etnik qruplar da yaşayır (Bax: Talışlar – Vikipediya).
Göründüyü kimi, Talış adı altında tanınan bu tayfalar min illər boyu qarışıq şəkildə yaşasalar da, hətta öz aralarında belə qaynayıb-qarışmamış, öz etnik xüsusiyyətlərini bugünədək qoruyub saxlamışlar. Məhz bu fakt Əhməd Kəsrəvinin və onu müdafiə edənlərin Cənubi Azərbaycanda yaşamış azərilərin irandilli olması və Səlcuq türklərinin gəlişindən sonra türkləşməsi haqqındakı fikirlərinin nə qədər əsassız olduğunu bir daha təsdiq edir.
İndiyədək aparılmış tədqiqatların nəticələri göstərir ki, X əsr Ərəb müəlliflərinin (ibn Havqəl (977), Məsudi (943), Maqdisi və b.) haqqında bəhs etdikləri Azəri dili əslində XI əsrdə Səlcuq türklərnin gəlişinə qədərki dövrdə Azərbaycanda yaşamış türklərin dilidir. Cənubi Azərbaycan ərazisində Azəri Türk dilində danışmış ən böyük tayfalar antik dövrdə (e. ə. IV – b. e.-nın III əsrləri) Kaspi və Kadusı adı ilə məlum olan, Erkən Orta əsrlərdəki Xəzər və Suvar türk tayfaları olmuşdur. Onların daha qədimdə Şərqi Anadoluda və Cənuubi Azərbaycanın qərbində yaşamış əcdadları assurlarla sıx ünsiyyətdə olmuş Kassi və Subar tayfalarıdır. Mövcud faktlar göstərir ki, Kaspi və Kadusi tayfaları təxminən e. ə. VI əsrin əvvəllərindən Talikanda (Talakan, Taleqan) və Gılanda da yaşamağa başlamış yəhudilərlərin (Bax: Tofiq Əzizov. Kadusilər kimdir: Yəhudi Gil, Skif Gel, yoxsa Türk Suvar tayfası. avrasiya.info saytı) də təsirinə məruz qalmışdır. Tədqiqatçılardan bəziləri belə bir nəticəyə gəlmişdir ki, Kaspi və Kadusi tayfalarının daha sonrakı nəsilləri Dış (kənar) oğuzlardır (Bax: Əjdər Fərzəli. Dədə Qorqud yurdu. Bakı – 1989, s. 79, 147).
Ə. Kəsrəvinin Azəri dilinin nümunələri kimi təqdim etdiyi materiallar əslində hazırda Cənubi Azərbaycanın Qaradağ adlanan hissəsində yaşayan kerinqanilərin dilindədir. Kerinqanilər Qaradağa güman ki XIV-XVI əsrlərdə Xəzərin sahillərindən- indiki Astara şəhərinin də yerləşdiyi Kerqanruddan Səfəvilər sülaləsinin əli (dəstəyi) ilə getmişlər. Lənkəranlı tədqiqatçı K. A. Əhmədov yazır ki, Kerqanrud əslində Qorqanruddur (Bax: Kərbəlayi Ayaz Əhmədov. Qədim Azərbaycan və onun cənub bölgəsi. Bakı – 2011, s. 116). Qorqan fars dilində canavarlar yaşayan yer deməkdir. Kerinqanilərin dili təbii ki, X əsrdə digər farsdilli tayfalar üçün də asanlıqla anlaşılan dil olmuşdur.
SKİFLƏR, SAKLAR VƏ MASSAGETLƏR. E.ə. II minilliyin ortalarında Dunay çayını keçərək Qara və Xəzər dənizlərinin şimal sahilləri ilə şərqə doğru hərəkət edən irandilli tayfalara Qara dənizdən şimalda yaşayan Skif tayfaları də qoşuldular. Q. Qeybullayev yazır ki, Biruninin verdiyi məlumata görə, e. ə. 1200-cü ildə Xəzər dənizindən şərqdəki əraziyə gələn irandillilər burada yaşayan turanlılara- massagetlərə qalib gəldilər (Bax: Qiyasəddin Qeybullayev. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı – 1994, s. 38). Skif adı daşıyanların yalnız irandillilərdən ibarət olduğunu iddia edən iranşünaslara maksimum dərəcədə güzəştə gedərək bunu həqiqət kimi qəbul etsək, məhz bu hadisədən sonra, artıq Skif adını onlarla oxşar həyat tərzi keçirən və qarışıq şəkildə yaşayan türkdilli tayfalar da daşımağa başlamışdır. Bunu Herodotun massagetlərin etnik mənsubiyyəti ilə bağlı verdiyi aşağıdakı məlumatlar da təsdiq edir: "...massagetlər çoxsaylı və igid tayfadır. Bəziləri onları da Skif qəbiləsi hesab edirlər" (Tarix. I. 201). "Massagetlər də skiflər kimi geyinirlər və skiflərə oxşar həyat sürürlər" (Tarix. I. 215). Göründüyü kimi, Herodot da çoxları kimi aydın şəkildə bildirir ki, massagetlər mənşəcə skif deyildir.
Herodotun verdiyi məlumatlara (Tarix. I. 201; I. 204) görə, massagetlər eyni vaxtda Kaspi dənizindən həm qərb, həm də, şərq tərəfdəki ərazilərdə yaşamışdır. Roma tarixçisi Dion Kassi II əsrin ortalarında baş vermiş hadisələrdən bəhs edərkən göstərirdi ki, albanların ölkəsi onlarla eyni mənşəli olan massagetlərin hücumuna məruz qaldı (Roma tarixi. 69, 15). Ammian Marsellin yazır ki, Pompey indi Alan adlandırdığımız Alban və massagetləri əzərək onların ölkəsindən keçib Kaspi gölünü gördü (Bax: Кемал Алиев. Античная Кавказская Албания. Баку – 1992, с. 73).
Bəxtiyar Tuncay apardığı tədqiqatlar əsasında belə bir düzgün nəticəyə gəlmişdir ki, mənşəcə Massaget olan Alban tayfasının dili elmdə səhvən !erməni qıpçaqcası" adlandırılan Qıpçaq türkcəsidir (Bax: Bəxtiyar Tuncay. Azərbaycan türklərinin İslamaqədərki dili və ədəbiyyatı. Bakı – 2015, səh. 208 – 216).
Bəs massagetlər kimdir? Tədqiqatlar göstərir ki, massagetlər (maskutlar) yazılı mənbələrdə Cənubi Azərbaycan ərazisində də e.ə. III minillikdən yaşaması haqqında məlumatlar olan Kuti tayfalarının bir hissəsidir. E.ə. I minilliyin əvvəllərindən başlayaraq irandilli tayfaların Turandan müasir İran ərazisinə köçü kutilərin və digər türkdilli tayfaların müəyyən hissəsinin Turanda yaşayan soydaşlarının yanına sürgünü ilə nəticələndi (Bax: Tofiq Əzizov. Assimilyasiya, yoxsa sürgün? "Ekspress" qəz., 11. IX. 2001). Bu qüvvələr nisbətini tədricən massagetlərin xeyrinə dəyişdi. Yaranmış vəziyyətdən istifadə edən massagetlər irandilli tayfaları, o cümlədən skifləri Xəzər dənizindən şərq tərəfdəki yaşadıqları ərazidən sıxışdırıb çıxardılar (Bax: Herodot. Tarix. IV, 11 ). Bu hadisə təxminən e.ə. VII əsrin başlanğıcında baş vermişdir (Bax: Herodot. Tarix. Bakı – 1998, s. 323).
Yazılı mənbələrdə verilmiş məlumatlara görə, Kuti – Massaget – Qıpçaq – Alban tayfalarının üzvləri xarici görünüşcə ucaboylu, ağbəniz (sarıbəniz), sarışışın (boz) saçlı, mavi (boz) gözlü insanlar olmuşdur (Bax: Azərbaycan tarixi. Bakı – 1994, s. 82 ; Strabon. XI. 4, 4; Q. Y. Solin. Diqqətəlayiq hadisələr toplusu. XV. 5). Müasir Azərbaycan türkləri arasında bu fiziki görünüşün ən məşhur nümayəndəsi Azərbaycanın sabiq prezidenti, mərhum Heydər Əliyevdir. Antropoloji tədqiqatlara görə, massagetlər də Azərbaycan türkləri kimi Kaspi tipinə mənsub olmuşdur (Bax: Xəliyəddin Xəlilli. Azərbaycan türklərinin etnogenezi və milli inkişaf tarixi. Bakı – 2007, s.53). Vaxtilə R. Q. Latam da massagetlərin Koman (Kuman – Kuti) skifləri olması nəticəsinə gəlmişdi (Bax: Mahmud İsmayıl. Azərbaycan xalqının yaranması. Bakı – 1995, s. 15).
Şimal-qərbə doğru qovulan irandilli skiflərin (onlar artıq türklərin ciddi təsirinə məruz qalmışdılar və aralarında təbii ki, türk tayfaları da vardı) əsas hissəsi Xəzər dənizinin şimal sahili ilə Qara dənizdən şimalda yaşayan Kimmer tayfalarının üzərinə getdilər və sonra da onları təqib edə-edə Ön Asiyaya gəldilər (Bax: Tofiq Əzizov. Kadusilər kimdir: Yəhudi Gil, Skif Gel, yoxsa Suvar Türk tayfası. avrasiya.info saytı).
Farslar skifləri Sak adlandırırdılar (Herodot. Tarix. VII, 64; Qay Yuli Solin. "Diqqətəlayiq hadisələr toplusu". XLIX, 6). F. e. d. Kamil Hüseynoğlu yazır ki, farslar bu adı onlara göndərdikləri Bratarvahşa adlı casusun Bəlxdə yaşayan Zərdüşt peyğəmbəri öldürdükdən sonra təhqir mənasında vermişlər (Bax: Kərbəlayi Ayaz Əhmədov. Qədim... s. 134).
ŞİŞPAPAQ SAKLAR VƏ AMARDLAR. E. ə. 522-ci ildə midiyalı maq Qaumata hakimiyyəti ələ keçirib Əhəmənilər imperiyasında yaşayan xalqların xeyrinə bir sıra işlər görərək onların rəğbətini qazanmışdı. Buna görə də, I Daranın başçılığı ilə farslar sui-qəsd təşkil edərək Qaumatanı öldürüb hakimiyyəti yenidən ələ keçirəndə digər xalqlar kimi, Şişpapaq saklar da üsyan qaldırdılar. Şişpapaq sakların üsyanını yatırmaq üçün I Dara onların üzərinə hərbi yürüş etdi və bu yürüşü haqqında Bisütun kitabəsinə aşağıdakı məlumatı yazdırdı: "Bundan sonra mən ordu ilə sak ölkəsinə, ucu şiş papaq qoyan saklara qarşı getdim. Çaya çatdım, onu ordu ilə keçdim. Bundan sonra sakları darmadağın etdim, qalanlarını əsir tutdum. Skunxa adlı başçılarını tutub mənim yanıma gətirdilər. Mən başqasını onlara başçı təyin etdim, öz bildiyim kimi. Bundan sonra ölkə mənim oldu" (Azərbaycan tarixi. Bakı – 1994, s. 127). Onlar bəlkə də, qaldırdıqları məhz bu üsyana görə, sonralar farslar tərəfindən Amard adlandırılmış, orta əsrlərdə isə tarix səhnəsinə Talış tayfası adı altında çıxmışlar. Təsadüfi deyil ki, Amard adı "ziyan gətirən", "xarab edən" kimi mənalandırılır (Bax: Əli Əbdoli. Kadusların tarixi. Tehran – 2002, s. 41).
MARDLAR VƏ AMARDLAR. Bəzi tarixçilər kimi İrar Əliyev də heç bir əsas olmadan amardları Mard adlı fars tayfası (Herodot. Tarix. I. 125) ilə eyniləşdirmişdir (Bax: Azərbaycan tarixi. Bakı – 2007, s. 285). Halbuki Strabon aydın şəkildə mardların və amardların tamamilə başqa-başqa tayfalar olduğunu göstərmişdir (Strabon. XI. 13. 3). İran tədiqatçısı Əli Əbdoli bununla əlaqədar yazmışdır: "Mard adının amard sözünə oxşar olması nəticəsində Həxamənişi (Əhəməni- T. Ə.) ordusunda müxtəlif müharibələrdə iştirak etmiş, Makedoniya hücumları qarşısında igidliklər göstərmiş, Pars qəbilələrindən olan bu tayfanın adı indiki Gilan və Mazandaranda yaşamış, Həxamənişilərə tabeçiliyi isbat edilməmiş amardlar adı ilə səhv və qarışıq salınmış, birincinin nailiyyətləri digərinə aid edilmişdir". (Əli. Əbdoli. Kadusların tarixi. Tehran – 2002, s. 43).
Bütün bunlardan belə bir nəticə çıxır ki, mardlardan fərqli olaraq amardlar farsların Sak adlandırdığı Skiflərin irandilli hissəsindən olan tayfalardandir.
Ə.KƏSRƏVİNİN VƏ B.V.MİLLERİN "AZƏRİ DİLİ"NİN AÇARI. Tədqiqatlar göstərir ki, Talış tayfasının əcdadı antik dövrdə Talikanda da məskunlaşmış Şişpapaq sakların bir hissəsi olan amardlardır. Talış sözünün yozumları da bunu bir daha təsdiq edir (Bax: Tofiq Əzizov. Talış sözünün mənası haqqında yeni yozumlar. avrasiya.info saytı). Buradaca qeyd etmək lazımdır ki, Talış tayfasının istifadə etdiyi şiş papaqlardan talışlarla bərabər onlarla qarışıq şəkildə yaşayan və qonşu olan Azərbaycan türkləri də istifadə etmişdir. Mən hətta XX əsrin 60-cı illərinin əvvəllərində belə bu hadisənin şahidi olmuşam. 1886-cı ildə aparılmış siyahıyaalmaya görə, Lənkəran qəzasında 47 min talış yaşadığı halda, 1897-ci ildə siyahıyaalma ana dili əsasında aparıldıqda onların sayının 35 minə enməsinin (Bax: Qəmərşah Cavadov. Talışlar... s. 25) səbəblərindən biri də görünür eyni formalı paltarlardan istifadə edilməsi olmuşdur. Bu, həm də o deməkdir ki, iranşünasların sakların yalnız irandillilərdən ibarət olması haqqındakı iddiası tarixi həqiqətdən çox-çox uzaqdır.
Talış sözünün Talış dilindəki mənası Tallı (Bax: Musarza Mirzəyev. Talış ... s. 10 ), yəni Talikandan olanlar deməkdir. İran alımlərindən Ə. Rəzmara da talışların vaxtilə Talikana daxil olmuş Marağa ilə Mahabad arasındakı ərazidə yaşadığını yazmışdır (Bax: Abdulla Fazili. Azərbaycanın qədim və ilk orta əsrlər tarixi İran tarixşünaslığında. Bakı – 1984, s. 130). Astaralı Əsgərov Ağakişi Kərbəlayi Bəyiş oğlunun verdiyi məlumata görə, Talış tayfası Xəxami və Mahabadi (mahabadlı) adlı iki hissəyə bölünür (Bax: İshaq Axundzadə. Azərbaycan incisi. Bakı – 1992, s. 131, 135, 136). Mahabadilər Amard tayfasından olanlardır (Bax: Tofiq Əzizov. Talış sözünün mənası haqqında yeni yozumlar. avrasiya.info). Xəxamilərə gəldikdə isə, onlar Hirkaniyada (sonrakı Qorqan, Gürgan) yaşayarkən tatlaşmış, Gilanda və Talışda yaşayarkən, həm də, talışlaşmış türklər- xərzanilərdir. Xərzani və kerinqanilər Massaget tayfalarından olan hirlərin – sonrakı Xorasan türklərinin Dax (Day) tayfalarının təsiri altında tatlaşmış və Gilanda yaşayarkən müəyyən qədər də talışlaşmış, lakin türk dilini də unutmamış hissəsidir. İran tarixçisi Səid Nəfisi məhz buna görə yazırdı ki, talışlar türk tayfasıdır (Bax: Musarza Mirzəyev. Talış... s. 9; "Azərbaycan müəllimi" qəzeti, 13 iyun 1990). B. V. Miller də güman edirdi ki, talışlaşmış türklər sünni talışlardır (Bax: Qəmərşah Cavadov. Talışlar... s. 29 – 30). Dinşünas tədqiqatçı Firudin Gilar bəg bu sıradan olan insanlarlara Azəri Türk Seyid Bəgləri deyir. Maraqlı burasıdır ki, Qaradağdakı Kirinqani (Kerinqani) kəndində olmuş Urmiyalı tədqiqatçı Fərhad Cavadi də yazır ki, kəndin bu tayfadan olan sakinləri öz aralarında Talış dilinə oxşayan dildə danışır, seyid olduqlarını iddia edirlər.
Beləliklə, Ə.Kəsrəvinin azəriləri türkləşləşmiş irandillilər deyil, irandilliləşmiş, lakin ana dilini də heç vaxt unutmamış türklərdir. Azərilərlə bağlı bəzi sirlərin açarı, həm də hazırda Cənubi Azərbaycanın Muğan hissəsində və Yardımlının Perimbel kəndində yaşayan Perimbel seyidlərinin kimliyi ilə bağlı sualın cavabındadır.

Комментариев нет:
Отправить комментарий