05.06.2017

“40-cı illərdə Orta Asiya və Qafqazda kənd təsərrüfatı məhsullarının dövlət tərəfindən alış qiyməti digər regionalara nisbətən bir neçə dəfə baha idi. Buna müvafiq olaraq Orta Asiya və Qafqaz zəhmətkeşləri də digər regionlara nisbətən daha yaxşı maaş alırdılar. Rusiyanın mərkəzi faşist təcavüzünə məruz qaldığı və çətin vəziyyətdə olduğu halda belə hökumət əsas diqqəti ucqarlara yönəltmişdi. Rus xalqı öz boğazından kəsmək hesabına milli respublikaları dirçəldirdi. Biz bunu unutmayacayıq. Bu gün qardaş xalqlar Rus xalqının rifahının yaxşılaşması arzusundadırlar”.
Arkadiy Aydak, çuvaş ictimai-siyasi xadimi.
***
“Qüdrətli birliyimizin möhkəmlənməsində və inkişafında əsas rolu böyük Rus xalqı oynamışdır. Rus xalqının enerjisi, fədakarlığı və çalışqanlığı ona Vətənimizin bütün xalqlarının dərin hörmətini qazandırmışdır. Sovet hakimiyyətinin ilk illərindən bizim iqtisadi və sosial siyasətimiz elə qurulmuşdu ki, ölkənin ucqarlarını tez bir zamanda onun mərkəzi səviyyəsinə inkişaf etdirmək mümkün olsun. Və bu məqsəd uğurla həyata keçirildi. Həmin məsələdə əsas rolu Rus xalqının təmənnasız köməyi oynadı”.
Leonid Brejnev, Sov.İKP MK-nın baş katibi.
***
“Bütün ağırlıq Rus xalqının çiyinlərinə düşür. Rus xalqı- böyük xalqdır. Rus xalqı- xeyirxah xalqdır. Rus xalqının aydın təfəkkürü var. O başqa millətlərə kömək etmək üçün doğulub. Rus xalqına böyük mətinlik xasdır, xüsusən çətin zamanlarda, təhlükəli vaxtlarda. Rus xalqı inisiativlidir. Onun dayanlıqlı xarakteri var. O arzularla yaşayan xalqdır. Onun öz məqsədi var. Odur ki, başqa millətlərə nisbətən ona çətindir. Hər bir fəlakətdə ona güvənmək olar. Rus xalqı- yenilməz və tükənməzdir”.
İosif Stalin, Sovet lideri.

Комментариев нет:

Отправить комментарий