Çingizxanın nəvəsi, Qızıl Orda hökmdarı Batı xan qədim əlyazma illüstrasiyalarının çoxunda monqoloid kimi yox, slavyan kimi təsvir olunub. 16-cı əsrə aid “Batının 1238-ci ildə Suzdalı alması” miniatüründə onun, eləcə də əsgərlərinin sifəti monqoloid görünüşlü yox, slavyan görünüşlüdür. Batı xanın Türkiyədə qoyulmuş heykəlində belə o avropoid görünüşlüdür. Marko Polo Çingizxanın nəvəsi, “monqol” xanı Xubilayı avropoid görünüşlü rəsm edib. Polonun illüstrasiyalarında Xubilayın 4 zövcəsinin rəsmi də slavyan qadınlarını xatırladır. 13-cü əsrə aid yapon rəsmində Xubilay və əsgərləri slavyan görkəmli, qədim rus paltarında və çəkməsində əks olunub. İvan Qroznının “Çar-kniqa”sında Qızıl Orda hökmdarları Tinibəy, Canıbəy, Berdibəy xanlar monqoloid gözlü yox, slavyan sifətli və geyimli təsvir edilmişlər. 1375-ci ildə hazırlanmış Katalan atlasındakı rəsmdə də Canıbəy xan avropoid görünüşlü göstərilmişdir. 15-ci əsrdə yaşamış məşhur riyaziyyatçı, astronom, böyük alim və hökmdar Uluqbəy də babası Teymurləng, eləcə də atası Şahrux kimi özbək yox, rus görünüşünə malik idi. Mixail Gerasimov özünün “Kəllə sümüyünə əsasən üzün bərpa edilməsi” metodik əsərində Uluqbəyin üz cizgilərinin və antropoloji quruluşunun geniş təsvirini vermişdir. Termurləngin digər nəvəsi, Böyük Moğol İmperatoru Bahadur şah və onun həyat yoldaşı da qədim rəsmlərdə sarı və göygöz təsvir olunurlar.
İbrahim Sel, "Avrasiya tarixi"
Комментариев нет:
Отправить комментарий