22.06.2017

“Səudiyyə Ərəbistanı Allah yolu ilə getmir, münafiq mövqe tutub”

İmam Hüseyn məscidinin axundu, “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül moderator.az -a açıqlamasında müsəlman dünyasında baş verən son proseslərə münasibət bildirib:
-Hadisələrə ayıq gözlə baxanda İrandakı son terror olayları, Qətər ətrafındakı böhranın çox sadə bir səbəbi var: İslam düşmənləri müsəlman dünyasını tamamilə qarşı-qarşıya qoyub parçalamaq, İran, Türkiyə, Pakistan kimi güclü İslam dövlətlərini də Suriyanın, İraqın gününə salmaq niyyəti və planlı məqsədi ABŞ prezidenti Trampın Yaxın Şərqə son səfəri, Səudiyyə Ərəbistanında guya “müsəlman dövlətlərini beynəlxalq terrorizmə qarşı mübarizədə birləşdirmək” üçün keçirdiyi tədbir bunu bir daha sübut etdi. Bu işin başında da ABŞ, Britaniya, İsrail və Səudiyyə Ərəbistanı durur. Səudiyyə Ərəbistanı, təəssüf ki, İslam dövləti kimi tanınsa da, Allah yolunda deyil, münafiq bir mövqe tutub. İslam dünyasının, müsəlmanların nicatı Türkiyə və İran kimi iki güclü müsəlman dövlətinin öz güclərini bütün mənalarda birləşdirməsindədir. Yalnız o halda İslam düşmənləri öz məkrli planlarını həyata keçirə bilməz, regionda sabitlik yaranar. Düzdü, son vaxtlar Suriya, eləcə də Qətər məsələsində Türkiyə və İranın strateji yaxınlığı hiss olunur. Ancaq bu yaxınlığı digər iqtisadi, siyası bağlarla daha da dərinləşdirmək və əsl, səmimi birliyə çevirmək gərəkdir...

Комментариев нет:

Отправить комментарий