“Rus xalqı başqa xalqlar içərisində seçilən xaqdır. Xalqlar arasında dostluğu möhkəmləndirən qüvvə də məhz Rus xalqıdır. Rus xalqı Yer kürəsinin altıda bir hissəsində istismara son qoydu. Şübhə yoxdur ki. Rus xalqı olmasaydı, digər xalqlar xarici təcavüzkarlardan özlərini qoruya bilməyəcəkdilər və zülm altında inildəyəcəkdilər. Hətta hələ də ibtidai icma quruluşunda yaşayan bir çox xalqlar vardı ki, Rus xalqının sayəsində kapitalizm üzü görmədən birbaşa sosializmə qədəm qoydular. Böyük Vətən Müharibəsində Rus xalqının aydın təfəkkürü, mətin xarakteri və səbri xüsusi qüvvə ilə üzə çıxdı. Rus xalqı öz şücaəti, mərdliyi və kişiliyi ilə aparıcı qüvvə olduğunu bir daha ortaya qoydu. Rus xalqından nümunə götürən başqa xalqlar da onunla çiyin-çiyinə düşmənə qarşı fədakarlıqla vuruşdular. Rus xalqı onları zəfərə doğru apardı. Dünya bir daha birliyimizin sarsılmaz və qüdrətli gücünü gördü”.
Lavrenti Beriya, SSRİ dövlət xadimi.
***
“Biz Rus xarakterinin səbrlilik, qayğıkeşlik, qonşularla yola getmək, müştərək dövlət qurmaq, özünəinam kimi cəhətlərini inkişaf etdirməyə çalışmalıyıq. Məhz bu cəhətlər ölkəmizin təşəkkül tapmasında və güclənməsində mühüm rol oynamışdır. Həmin cəhətlərin nəticəsi- hamıya məlum olan alicənablıq, məsələlərə, tariximizə və başqalarının tarixinə geniş baxışımızdır. Yəqin ki Rus ənənəsi və Rus xarakteri özünü məhz bunda büruzə verir”.
Dmitri Medvedyev, Rusiya dövlət və siyasi xadimi.
***
“Aleksandr Nevski köpəkləri Çud gölünün buzlu suyunda boğanda Danilo Qalitski onları Volın bataqlıqlarına doğru qovub boğdu. Rus və ukrain xalqı hələ onda, 13-cü əsrdə qardaş kimi birləşərək acgöz və murdar alman qəSbkarlarına zərbələr endirdi. Biz tarixi unutmamışıq. Biz Pojarskinin Rus müqavimətini də, Kremlin 1612-ci ildə polyaklardan azad olunmasını da, ondan 30 il sonra ukrain xalqının polyak qəsbkarlarına zərbə endirmək üçün qalxmasını da yaxşı xatırlayırıq. Biz Kiyevin şlyaxtadan azad olunmasını, Boqdan Xmelnitskinin qədim paytaxtımızı pan və yezuitlərdən təmizləməsini də unutmamışıq. Beləliklə, hələ yaxın keçmişdə rus və ukrain xalqları torpaqlarımıza girən hər kəsə qarşı birgə vuruşurdular. Artıq çoxdan təsdiq olunub ki, yalnız rus xalqı ilə birgə olarkən Ukraynanın tam azadlığı mümkündür, belə birlik olmadan heç bir müstəqillikdən söhbət gedə bilməz! Bəli, belə birlik olmasa, ukrain xalqı nəinki qul olar və mənəvi cəhətdən alçalar, həm də fiziki cəhətdən məhv olar”.
Nikolay Bajan, Ukrayna şairi və publisisti.
***
“Şərqi Avropadan tutmuş Çinə kimi bütün xalqlar dərin hörmət və sevgi ilə Rus xalqını öz böyük qardaşları adlandırırlar. Rus xalqı onlara azadlıq verdi və öz nümunəsi ilə mübarizəyə təşviq etdi. Dünya xalqlarının səadəti Rus xalqından asılıdır. Ukraynanın Rusiya ilə birləşməsi bizim xalqımız üçün ən əlamətdar tarixi hadisələrdən biridir. İki qardaş xalqın bir dövlətdə birləşməsi yeni üfüqlər açdı. Tarixə diqqətlə nəzər salarkən biz böyük qardaşımız olan Rus xalqının taleyimizdə oynadığı böyük və alicənab rolu aydın görürük. Ukrayna xalqının azadlığı böyük Rus xalqı olmadan mümkün deyil. Rus xalqı əsrlər boyu öz doğma bacısı olan Ukraynaya dəstək vermişdir. Ukrayna xalqı öz qəhrəman keçmişindən ilhamlanaraq, Rus xalqı ilə bir yerdə olmağı özünün ən böyük milli fəxarəti sayır”.
Aleksandr Korneyçuk, Ukrayna SSR siyasi xadimi.
***
“Xarici düşmənlərlə mübarizədə Ukrayna xalqı çətin vəziyyətlərdə ona dəfələrlə köməyə gəlmiş Rus xalqı ilə birgə, çiyin-çiyinə vuruşacaq. Ukrayna xalqının böyük Rus xalqı ilə birliyi sarsılmazdır”.
Nikita Xruşşov, Sov.İKP MK-nın baş katibi.
***
“Nə qədər ki, düşmənlərlə mübarizəsini böyük Rus xalqı ilə birgə aparır, Ukrayna xalqı qüdrətli və sarsılmazdır”.
Xomenko, Kompartiyanın 18-ci qurultayının iştirakçısı.
***
“Litvanın xalq təsərrüfatı və mədəniyyətinin inkişafında Rus xalqının yeri aydın görünür. Rus xalqının sayəsində Litva əsarətdən azad oldu. Böyük Rus xalqı Litva xalqına kapitalizmin mənfur caynaqlarından qurtulmaqda kömək etdi. Böyük Rus xalqı Litva xalqını faşizm təhlükəsindən qurtardı. Rus xalqı səxavətli əli ilə Litvada xalq təsərrüfatı və mədəniyyətin inkişafına töhfələr verdi. Litva mədəniyyəti məhz Rus klassik mədəniyyətinə söykənərək, qabaqcıl təcrübəni yaradıcı şəkildə canına hopduraraq mükəməlləşir və inkişaf edir. Bu səbəbdən Litva xalqı qardaş Rus xalqına məhəbbət və minnətdarlıqla yanaşır. Litva xalqı heç vaxt Rus xalqı ilə onun arasına girmək istəyən xarici düşmənlərin ardınca getməyəcək. Litva xalqı öz praktiki təcrübəsində əmin oldu və gözəl bilir ki, onun iqtisadiyyat və mədəniyyətinin inkişafının yeganə qarantı Rus xalqı ilə dostluğudur. Litva xalqı Rus xalqı ilə daha sıx dostluq və qardaşlıq münasibətləri quracaqdır”.
Antanas Sneçkus, Litva siyasi xadimi, 1940-1974-cü illərdə Litvanın birinci katibi.
***
“Rus xalqının qonşu respublikaların təşəkkülündə və inkişafında mühüm rolu vardır. Ruslar xalqlarımıza təmənnasız yardımlar etmişlər. Latış xalqının qəlbi Rus xalqına minnətdarlıq və təşəkkür hissi ilə doludur. Rus xalqı qardaş xalqlar arasında daimi köməyi, qiymətsiz dəstəyi, qərəzsizliyi, genişqəlbliliyi və xeyirxahlığı ilə böyük hörmət qazanmışdır”.
Avqust Voss, latış siyasi xadimi, 1966-1984-cü illərdə Latviya respublikasının birinci katibi.
***
“Qeyri-rus xalqların Rusiya ilə birləşməsi onların taleyində müstəsna əhəmiyyət daşıyır. Heç bir şişirtmə olmadan deməliyik ki, həmin konkret tarixi şəraitdə bir çox xalqların varlığı təhlükə altına düşmüşdü. Qafqaz xalqları arxalarında ingilis-fransız kolonizatorları duran cahil osmanlılar və qacarlar tərəfindən ya qul, ya da məhv ediləcəkdilər. Rusiya ilə birləşmə onlar üçün yeganə çıxış yolu idi və bu xalqların gələcək taleyində faydalı rol oynadı. Rus xalqı böyük qardaş kimi digər xalqlara heç bir ölçüyə gəlməyən köməkliklər göstərdi”.
Mircəfər Bağırov, 1933-1953-cü illərdə Azərbaycanın birinci katibi.
***
“Azərbaycan xalqı gözəl bilir ki, öz bütün uğurlarına görə, xoşbəxt yaşayışına və müjdəli gələcəyinə görə böyük Rus xalqının qardaş köməyinə borcludur. Əgər Rus ilə yoldaşsansa, demək böyük və düz yoldasan”.
Vəli Axundov, görkəmli ictimai-siyasi xadim, akademik, 1959-1969-cu illərdə Azərbaycanın birinci katibi.
***
“Milli respublikaların iqtisadiyyat və mədəniyyətlərinin dirçəlməsi Rus xalqının sayəsində baş vermişdir. Böyük Rus xalqı xalqlarımızı nəinki kapitalistlərin istismarından, bəy, xan və mülkədar zülmündən xilas etdi, həm də mütəmadi qardaş dəstəyi verərək iqtisadi və mədəni inkişafımıza səbəb oldu. Biz buna görə böyük Rus xalqını yüksək qiymətləndiririk. Rus xalqı dünyanın bütün zəhmət adamlarının sevgisini qazanmışdır”.
İmam Mustafayev, ictimai-siyasi xadim, akademik, 1954-1959-cu illərdə Azərbaycanın birinci katibi.
***
“Erməni xalqı onun milli və sosial dirçəlişində həlledici, qiymətsiz rol oynamış Rus xalqına hədsiz dərəcədə minnətdardır. Rusiya ilə birləşməklə erməni xalqının çoxəsrlik arzusu həyata keçmişdir. Rus xalqının enerjisi, istedadı, fədakarlığı, zəhmətsevərliyi, səmimi əliaçıqlığı ona digər xalqlar, eləcə də erməni xalqı arasında böyük sevgi və hörmət qazandırmışdır. Rus insanının erməni torpağına ayaq basdığı o müqəddəs günə eşq olsun! Həmin günü biz daim parlaq ümumxalq bayramı kimi qeyd edəcəyik. Erməni xalqının faciəli durumunda məhz Rus xalqı ona əl uzatdı, xilas etdi və işıqlı gələcəyə doğru apardı. Bizə etdiyi təmənnasız yardımlara görə böyük qardaşımız olan Rus xalqına öz təşəkkürümüzü bildiririk. Rusiya Şərqin taleyində proqressiv rol oynayır və bunu dəfələrlə sübut etmişdir. Rus xalqının alicənab və xeyirxah əməlləri başqa xalqlar üçün ruhlandırıcı nümunədir. Rus xalqı ilə qardaşyana dostluq hər bir xalq üçün qiymətsiz mənəvi-siyasi və sosial nailiyyətdir. Rus xalqı ilə müqəddəs dostluq qüdrətli hərəkətverici qüvvə və bütün müvəffəqiyyətlərin təməlidir. Biz bu dostluğu daim qiymətləndirəcəyik”.
Karen Dəmirçyan, erməni siyasi xadimi, 1974-1988-ci illərdə Ermənistanın birinci katibi.
***
“Sovet hökuməti olmasaydı, böyük Rus xalqının qardaş köməyi olmasaydı, Ermənistanda, eləcə də digər respublikalarda nəinki iqtisadiyyat və kənd təsərrüfatının inkişafından söhbət gedə bilməzdi, xalqlar bədbəxt və səfil hala düşərdi”.
Suren Tovmasyan, erməni ictimai-siyasi xadimi, diplomat.
***
“Gürcüstanı günəşli ölkə adlandırırlar. Lakin onun əsl günəşi Şimaldan çıxmışdır. Gürcüstan isti cənub ölkəsidir. Lakin ona əsl istilik Rusiyadan gəlmişdir. Rusiyadan gələn yol biz gürcülər üçün çox əzizdir. Gürcü xalqının böyük, qüdrətli və müdrik Rus xalqı ilə dostluğu sarsılmazdır. Bizim müdrik babamız Akakiy Çereteli öz xalqının taleyini düşünərək gələcək nəsillərə işığa doğru can atan Rusiya ilə birgə olmağı vəsiyyət etmişdir. Rusiya dumanı dağıtdı və özü sönməz ulduza çevrildi. Rusiyanın irəli apardığı xalqlar da onunla birgə qaranlığın bağrını dəldilər”.
Eduard Şevardnadze, Sovet və gürcü siyasi və dövlət xadimi.
***
“Gürcüstanın Rusiyaya birləşdirilməsi bizimçün ən əlamətdar hadisələrdən biridir. Həmin günlər bizim yaddaşımızda və qəlbimizdə əbədiyyən qalacaqdır. Gürcü ədəbiyyatının klassiki İlya Çavçavadze demişdir ki, Rus xalqı ilə dostluq və qardaşlıq elə bir böyük nailiyyətdir ki, onun üstündə əsim-əsim əsərək qəlbimizin bütün gücü ilə qorumalıyıq. Bu gün həmin dostluğu və qardaşlığı möhkəmləndirmək, qədrini bilmək və göz bəbəyi kimi qorumaq lazımdır”.
Cumber Patiaşvili, Gürcüstan ictimai-siyasi xadimi.
***
“Xalqlarımız mülkədar-burjuaziya quruluşunu kökündən dağıtmış və əsrlər boyu davam edən biabırçı milli boyunduruğu məhv etmiş böyük Rus xalqına hədsiz minnətdardır”.
Kandid Çarkviani, gürcü siyasi xadimi.
***
“Böyük Rus xalqı xalqlarımızı vahid qardaşlıq ailəsində birləşdirmişdir. Onun səxavətli qəlbi vardır və fədakardır. Dağıstan xalqları Rus xalqına xüsusi sevgi və minnətdarlıqlarını izhar edirlər”.
Maqomed-Salam Umaxanov, Dağıstan ictimai-siyasi xadimi.
***
“Həssas və qayğıkeş böyük qardaşımız olan Rus xalqına bizim xüsusi məhəbbətimiz və sonsuz minnətdarlığımız var. Əsrlər öncə ulu babalarımız könüllü surətdə Rusiya dövlətinə birləşməklə müdriklik nümayiş etdirdilər. Əsrlər boyu xalqımız böyük Rus xalqı ilə çiyin-çiyinə addımladı. Rus xalqı bizə qarşılıqlı yardım göstərdi və dostluq nümayiş etdirdi. Başqırd xalqı iqtisadiyyat və mədəniyyətindəki nailiyyətlərinə görə ilk növbədə böyük Rus xalqına minnətdardır”.
Midhət Şakirov, başqırd siyasi xadimi, 1969-1987-ci illərdə Başqırdıstanın birinci katibi.
***
“Yakut xalqı qardaş Rus xalqının köməyi sayəsində zülmdən və toyonların əsarətindən azad oldu. Zəhmətkeşlərin hakimiyyəti möhkəmləndi və Yakutiya çiçəklənən respublikaya çevrildi”.
Semyon Borisov, 1951-1965-ci illərdə Yaktiyanın birinci katibi.
***
“Bəli, biz etiraf etməliyik ki, Rus xalqının səmərəli, uzunmüddətli və təmənnasız köməyi sayəsində geridəqalmış respublikalar iqtisadi və sosial inkişaf yoluna qədəm qoydular. Biz o dövrü yaxşı xatırlayırıq ki, aclıq illərində Rusiya Orta Asiya respublikalarını nəinki resurs və avadanlıqlarla təchiz etdi, həm də mütəxəssislər və idarəçi kadrlar göndərdi. Həmin xeyirxahlıqları unutmaq mümkün deyil”.
Rafiq Nişanov, özbək ictimai-siyasi xadimi, diplomat.
***
“Moldava xalqı ta qədim dövrlərdən Rusiyaya can atır, Rus xalqı ilə yaxınlaşmaq istəyir. Uzun müddət ayrı qalmağımıza baxmayaraq, moldava xalqı Rus dilini unutmadı, Rus xalqı ilə ümumi ənələrini qoruyub saxladı. Hal-hazırda moldovalar uşaqdan böyüyə kimi Rus dilini gözəl bilirlər. Rus dilini bilmək moldava gənclərinə Moskva, Leninqrad, Kiyev və başqa şəhərlərin ali məktəblərində təhsil almağa yol açır”.
İvan Bodyul, moldav siyasi xadimi, 1961-1980-ci illərdə Moldaviyanın birinci katibi.
***
“Bu gün uşaqlarımız məktəblərdə Rus dilini öz doğma dilləri ilə yanaşı keçirlər, o cümlədən onlara xarici dillərdən biri tədris olunur. Rus dilinin tədrisi saatlarını artırmaq, xarici dili isə 5-ci sinifdən yox, 8-ci sinifdən keçmək lazımdır”.
Semyon Borisov, 1951-1965-ci illərdə Yakutiyanın birinci katibi.
***
“Get gedə Dağıstanın daha çox əhalisi Rus dilini mənimsəyir. Rus dili Dağıstanın çoxsaylı xalqları arasında ünsiyyət dili olmuşdur. Dağıstanlılar Rus dili vasitəsilə həm də qabaqcıl Rus və Dünya mədəniyyəti ilə tanış olurlar. Bu gün Dağıstanın təsərrüfat və mədəniyyət quruculuğunda əldə etdiyi uğurlar Rus xalqının köməyinin bəhrəsidir. Dağıstan xalqı böyük Rus xalqına verdiyi dəstəyə görə minnətdardır”.
Əbdürrəhman Daniyalov, Sovet siyasi xadimi, 1948-1967-ci illərdə Dağıstanın birinci katibi.
***
“Rus xalqının köməyi sayəsində qırğız xalqı dirçəlmiş, mədəniyyəti inkişaf etmişdir. Böyük Rus xalqı respublikamızın iqtisadi və mədəni inkişafı üçün əsl atalıq qayğısı göstərmişdir. Buna görə Rus xalqına biz öz dərin minnətdarlığımızı bildiririk. Böyük istedad, aydın təfəkkür, geniş ürək, təmənnasızlıq, özünü fəda etməyə hər an hazır olmaq Rus xalqının xarakterik cəhətləridir ki, ona digər xalqlar arasında böyük hörmət qazandırmışdır. Hamı Rus xalqı ilə dostluq etməyə çalışır. Qırğız xalqı da Rus xalqı ilə dostluq və qardaşlıq tellərini möhkəmləndirməyi, iqtisadi və mədəni əlaqələri genişləndirməyi öz müqəddəs borcu hesab edir. Qırğız xalqı özünü Rus sivilizasiyasından kənarda təsəvvür etmir. Qırğız xalqının bütün nailiyyətləri onun Rus mədəniyyətinə həvəsi ilə bağlıdır. Rus mədəniyyəti kimi nəhəng mənbəyə mütəmadi müraciət etməklə biz öz mədəniyyətimizi zənginləşdiririk. Qırğız xalqı könüllü şəkildə Rus dilini öyrənməyə meyl göstərir. Rus dilini bilmək qırğız xalqı üçün Rus və Dünya mədəniyyətlərinə yol açır. Rus mədəniyyəti- inkişaf amilidir. Rus dili- proqress dilidir, müdriklik dilidir, dostluq və əməkdaşlıq dilidir. Qırğızlar üçün Rus dili artıq ikinci ana dilinə çevrilməkdədir. Və biz qırğızlar bununla fəxr edirik. Rus dilini öyrənmək böyük xoşbəxtlikdir”.
Turdakun Usubaliev, qırğız siyasi xadimi, 1961-1985-ci illərdə Qırğızıstanın birinci katibi.
***
“Özbək xalqının xoşbəxtliyidir ki, ölkəmizin digər xalqları kimi Rus xalqı ilə, Rusiya ilə bir yerdə oldu. Diyarımızdakı böyük dəyişikliklərə görə Rus xalqına borcluyuq. Rus xalqı bizi əsrlərlə davam edən əsarətdən qurtardı və tarixi yaradıcılıq yoluna çıxardı. Özbək xalqının qəlbi misilsiz köməyə və yeni həyatın qurulmasında dəstəyə görə qəhrəman Rus xalqına minnətdarlıq hissi doludur. Rus xalqı- qonşu xalqların böyük qardaşı və sadiq dostudur. Rus xalqı bu xalqların hərarətli sevgisini və dərin hörmətini qazanmışdır. Xalqlarımız Rus xalqı ilə bir müqəddəs birlikdə olmaqdan məmnunluq duyurlar. Digər xalqlar böyük həvəslə Rusiyaya can atırlar. Hər yerdə könüllü şəkildə Rus dili öyrənməyə başlayıblar. Rus dili- proseslərin nəhəng sürətləndiricisidir. Rus dili- dostluq və qardaşlıq dilidir”.
Şərəf Rəşidov, özbək siyasi xadimi, 1959-1983-cü illərdə Özbəkistanın birinci katibi.
***
“Böyük nailiyyətlər əldə etmək üçün əsas şərt Rus dilini bilməkdir. Özbək xalqı üçün Rus dili ikinci ana dili olmaqla yanaşı, həm də Rus mədəniyyəti və Dünya sivilizasiyası ilə tanış olmaq üçün əsas faktordur. Şəxsən mən fəxr edirəm ki, ailə üzvlərim Rus dilində danışır. Özbəkistan əhalisinin yarısı Rus dilini öz doğma dili hesab edir. Amma məktəblərdə Rus dilinin tədrisi daha da genişləndirilməlidir, belə ki uşaqlar və valideynlər tərəfindən buna tələbat vardır. Əvvəllər gözəl ənənə var idi ki, Rusiyadan respublikalara dərs deməyə müəllimlər göndərilirdi. Həmin ənənəni dirçəltmək lazımdır. Bu vacib problem tez bir zamanda həll edilməlidir”.
M.Yaqubova, özbək ictimai-siyasi xadimi.
***
“İş təcrübəsi göstərir ki, mədəniyyətin inkişafında və yüksək kvalifikasiyalı kadrların hazırlanmasında Rus dilini bilmək xüsusi rol oynayır”.
Mircəfər Bağırov, 1933-1953-cü illərdə Azərbaycanın birinci katibi.
***
“Mədəniyyətimizin inkişafında böyük Rus xalqının mədəniyyətinin- onun dilinin, incəsənətinin və ədəbiyyatının rolu misilsizdir”.
Anton Koçinyan, erməni ictimai-siyasi xadimi.
***
“Geridəqalmış xalqlar böyük Rus xalqının sayəsində kapitalizmi adlayaraq öncüllər cərgəsində yer almışlar. SSRİ-də müxtəlif xalqları birləşdirən, ümumi xarakterik cəhətlərə malik yeni tarixi insan toplusu- Sovet xalqı meydana çıxmışdır. Digər xalqların Rus dilini öyrənməyə marağı artmışdır. Rus dili SSRİ xalqları üçün ikinci ana dili olmuşdur. Rus dili millətlərarası danışıq dilinə və SSRİ xalqlarının hər birinin böyük mədəni nailiyyətinə çevrilmişdir”.
Nikita Xruşşov, Sov.İKP MK-nın baş katibi.
***
“Yakut xalqı böyük Rus xalqının köməyi sayəsində ibtidai icma quruluşundan kapitalizmi adlayaraq birbaşa sosializmə keçid etdi”.
Semyon Borisov, 1951-1965-ci illərdə Yaktuyanın birinci katibi.
***
“Böyük Rus xalqının hesabına Özbəkistan geridəqalmış ucqar ölkədən çiçəklənən industrial-kolxoz respublikasına çevrildi, qabaqcıl ölkələr sırasında yer aldı. Bizə verdiyi dəstəyə görə qardaş Rus xalqına təşəkkür və sevgilərimizi bildiririk”.
Arif Alimov, Sovet və özbək ictimai-siyasi xadimi.
***
“Böyük Rus xalqının köməyi sayəsində Tacikistan geridəqalmış, dilənçi və savadsız ölkədən çiçəklənən resublikaya çevrildi”.
Dmitri Protopopov, Sovet siyasi xadimi, Tacikistanın birinci katibi.
***
“Qırğızlar həyatda nə qazanıblarsa, Rus xalqının hesabına qazanıblar. Qəhrəman Rus xalqının hesabına biz böyük nailiyyətlər əldə etmişik. Şərq xalqları Rus xalqının köməyi ilə qısa bir müddət ərzində patriarxal dönəmdən sivilizasiya dönəminə adlayıblar”.
Absamat Masaliyev, qırğız ictimai-siyasi xadimi, Qırğızıstan Respublikası Qəhrəmanı.
***
“Gürcü xalqı öz azadlığı, iqtisadiyyatı, kənd təsərrüfatı və mədəniyyətinin inkişafına görə böyük Rus xalqına borclu olduğunu heç vaxt unutmayacaq. Ucqarların geridəqalmış xalqları Rus xalqının hesabına dirçəldilər”.
Vladimir Çxovrebaşvili, Gürcüstan SSR siyasi xadimi.
***
“Böyük Rus xalqının mütəmadi dəstəyi sayəsində Qazaxıstan nəhəng industriya və mexanikləşdirilmiş kənd təsərrüfatı ölkəsinə çevrildi. Qazax xalqı gözəl başa düşür ki, bütün bu nailiyyətlər, xalq təsərrüfatının və mədəniyyətin əsaslı inkişafı Rus xalqının nəhəng, hərtərəfli köməyi olmadan mümkün deyildi. Rus xalqı öz əzmi ilə bütün dünyaya nümunə göstərdi. Qazax xalqı əldə etdiyi uğurlara görə Rus xalqına minnətdardır”.
Dinmuxamed Kunaev, qazax siyasi xadimi, 1960-1986-cı illərdə Qazaxıstanın birinci katibi.
***
“Azərbaycanın Rusiya ilə bir ittifaqa daxil olması Azərbaycan və Rus xalqları arasındakı uzunmüddətli dostluğun parlaq nəticəsidir”.
Vəli Axundov, görkəmli ictimai-siyasi xadim, akademik, 1959-1969-cu illərdə Azərbaycanın birinci katibi.
***
“Rus xalqının iradəsi və əqli sayəsində xalqlarımız arasında dostluq telləri möhkəmlənib, dünya sosial proqress yoluna qədəm qoyub. Rus xalqı qardaş xalqlara böyük diqqət yetirir və təmənnasız yardımlar edir. Xalqlarımız ona minnətdardırlar”.
Fikrət Tabeev, Tatar ictimai-siyasi xadimi.
***
“Böyük Rus xalqı qardaş xalqlara təmənnasız və səxavətli kökməkliklər etmişdir”.
Arvid Pelşe, Latviya ictimai-siyasi xadimi və alimi, iki dəfə Sosialist Əməyi Qəhrəmanı.
***
“Böyük Rus xalqının köməyi sayəsində Qırğızıstan ildən ilə çiçəkləndi, iqtisadi və mədəni cəhətdən inkişaf etdi”.
Aleksey Vaqov, 1938-1945-ci illərdə Qırğızıstanın birinci katibi.
***
“Qaraqum kanalını bizə Rus xalqı tikdi. Türkman xalqı təmənnasız köməyinə görə Rus xalqına daim minnətdar olacaqdır”.
Cuma Qarayev, türkmən ictimai-siyasi xadimi.
***
“Böyük Rusiya qardaş millətləri öz ətrafına toplayaraq onlara hərtərəfli köməklik etmişdir”
Tixon Kiselyov, Belorusiya ictimai-siyasi xadimi.
***
“Türkmən xalqı Rus xalqının səmimi qardaş münasibətinə, təmənnasızlığına, qəlb genişliyinə
dəfələrlə şahid olmuşdur”.
Saparmurat Niyazov, 1991-2006-cı illərdə Türkmənistan prezidenti.
***
“Sovet hakimiyyəti illərində Rus xalqının köməyi sayəsində özbək xalqı iqtisadi və mədəni geriliyi aradan qaldırdı. Böyük Rus xalqının elm və mədəniyyəti Özbəkistan elm və mədəniyyətinin inkişafına nəhəng təsir göstərdi”.
Amin Niyazov, özbək ictimai-siyasi xadimi.
***
“Qardaş Rus xalqının bizə etdiyi köməyin misli yoxdur. Rus xalqı öz fədakarlığı, qəlbinin səxavəti ilə başqa xalqlar arsında böyük sevgi və hörmət qazanmışdır. Bizə etdiyi xeyirxahlıqlara görə Rus xalqına minnətdarıq”.
Pyatras Qrişkyaviçus, 1974-1987-ci illərdə Litvanın birinci katibi.
***
“Məhz Rus xalqının gündəlik köməyi qırğız xalqını dirçəltdi. Rus xalqı bizə və digər xalqlara daim təmənnasız yardımlar etdi”.
İsxak Razzakov, qırğız siyasi xadimi, 1950-1961-ci illərdə Qırğızıstanın birinci katibi.
***
Bizə təmənnasız şəkildə kömək etdiyinə görə Rus xalqına minnətdarıq”.
İnamjon Usmanxocayev, 1983-1988-ci illərdə Özbəkistanın birinci katibi.
***
“Özbək xalqı Rus xalqının gündəlik köməyi sayəsində tez bir zamanda öz iqtisadi və mədəni geriliyini adlaya bildi”.
Muxamedjan Yuldaşev, özbək alimi və siyasi xadimi.
***
“Yakut xalqı səxavətli köməyinə və qardaşyana dostluğa görə Rus xalqına hədsiz minnətdardır”.
Qavriil Çiryaev, 1965-1982-ci illərdə Yakutiyanın birinci katibi.
***
“Rus xalqının nəhəng köməyini hər gün hiss edirik”.
Leonid Fomenko, 1949-1953-cü illərdə Ukraynanın birinci katibi.
***
“Böyük Rus xalqı Latviya xalqına azadlıq qazanmaqa kömək etmişdir”
Yan Kalnberzin, 1940-1959-cu illərdə Latviyanın birinci katibi.
***
“Gürcü xalqı bütün nailiyyətlərə böyük qardaşı Rus xalqının sayəsində nail olub”.
Akakiy Mqeladze, gürcü siyasi və dövlət xadimi.
***
“Eston xalqı faşizm əsarətindən böyük Rus xalqının köməyi sayəsində azad oldu. Rus xalqı bizə hər zaman qardaş köməyi etmişdir”.
Yoxannes Kebin, 1950-1978-ci illərdə Estoniya respublikasının birinci katibi.
***
“Böyük Vətən Müharibəsində kazax və rus xalqları arasında dostluq daha da möhkəmləndi”.
Jumabay Şayaxmetov, 1946-1954-cü illərdə Qazaxıstanın birinci katibi.
***
“Rus xalqının ölkəmizin digər xalqlarına böyük köməyi olmuşdur”.
Zinnat Muratov, 1944-1957-ci illərdə Tatarıstanın birinci katibi.
***
“Rus xalqı digər xalqlara daim öz dostluq əllərini uzatmışdır”.
Nikolay Belyayev, 1957-1960-cı illərdə Qazaxıstanın birinci katibi.
***
“Rus xalqının buryat-monqol xalqına köməyi böyükdür”.
Aleksandr Xaxalov, 1951-1960-cı illərdə Buryat-Monqoliyanın birinci katibi.
***
“Rus xalqının bizə köməyi danılmazdır. Tacikistan məhz Rus xalqının köməyi sayəsində çiçəklənmişdir”.
Cabbar Rəsulov, 1961-1982-ci illərdə Tacikistanın birinci katibi.
***
“Türkmən xalqı gözəl bilir ki, bütün nailiyyətlərə görə böyük Rus xalqına borcludur”.
Balış Ovezov, 1960-1969-cu illərdə Türkmənistanın birinci katibi.
***
“Özbək xalqı özünün indiki xoşbəxt durumuna böyük Rus xalqının atalıq qayğısı sayəsində nail olmuşdur”.
Sabir Kamalov, Qazaxıstan SSR siyasi xadimi.
***
“Rus xalqı bizə təmənnasız qardaş köməyi etmişdir. Başqırd xalqı iqtisadi və mədəni inkişafa görə Rus xalqına öz səmimi minnətdarlığını bildirir”.
Ziya Nuriyev, Sovet ictimai-siyasi xadimi.
***
“Rus xalqı bizə hərtərəfli yardımlar etmişdir”.
Muxamednazar Qapurov, 1969-1985-ci illərdə Türkmənistanın birinci katibi.
***
“Böyük Rus xalqının misilsiz köməyini heç vaxt unutmayacayıq”.
Yakov Zarobyan, Ermənistan SSR ictimai-siyasi xadimi.
***
“Rus xalqı milli respublikaların və vilayətlərin çiçəklənməsində mühüm rol oynamışdır. Xalqlarımız təsərrüfat və mədəniyyətlərinin dirçəlməsinə edilən nəhəng köməyə görə böyük Rus xalqına daim minnətdar olacaqlar”.
Bobocan Qafurov, Sovet alimi və siyasi xadimi, 1946-1956-cı illərdə Tacikistanın birinci katibi.
***
“40-cı illərdə Orta Asiya və Qafqazda kənd təsərrüfatı məhsullarının dövlət tərəfindən alış qiyməti digər regionalara nisbətən bir neçə dəfə baha idi. Buna müvafiq olaraq Orta Asiya və Qafqaz zəhmətkeşləri də digər regionlara nisbətən daha yaxşı maaş alırdılar. Rusiyanın mərkəzi faşist təcavüzünə məruz qaldığı və çətin vəziyyətdə olduğu halda belə hökumət əsas diqqəti ucqarlara yönəltmişdi. Rus xalqı öz boğazından kəsmək hesabına milli respublikaları dirçəldirdi. Biz bunu unutmayacayıq. Bu gün qardaş xalqlar Rus xalqının rifahının yaxşılaşması arzusundadırlar”.
Arkadiy Aydak, çuvaş ictimai-siyasi xadimi.
***
“Qüdrətli birliyimizin möhkəmlənməsində və inkişafında əsas rolu böyük Rus xalqı oynamışdır. Rus xalqının enerjisi, fədakarlığı və çalışqanlığı ona Vətənimizin bütün xalqlarının dərin hörmətini qazandırmışdır. Sovet hakimiyyətinin ilk illərindən bizim iqtisadi və sosial siyasətimiz elə qurulmuşdu ki, ölkənin ucqarlarını tez bir zamanda onun mərkəzi səviyyəsinə inkişaf etdirmək mümkün olsun. Və bu məqsəd uğurla həyata keçirildi. Həmin məsələdə əsas rolu Rus xalqının təmənnasız köməyi oynadı”.
Leonid Brejnev, Sov.İKP MK-nın baş katibi.
***
“Bütün ağırlıq Rus xalqının çiyinlərinə düşür. Rus xalqı- böyük xalqdır. Rus xalqı- xeyirxah xalqdır. Rus xalqının aydın təfəkkürü var. O başqa millətlərə kömək etmək üçün doğulub. Rus xalqına böyük mətinlik xasdır, xüsusən çətin zamanlarda, təhlükəli vaxtlarda. Rus xalqı inisiativlidir. Onun dayanlıqlı xarakteri var. O arzularla yaşayan xalqdır. Onun öz məqsədi var. Odur ki, başqa millətlərə nisbətən ona çətindir. Hər bir fəlakətdə ona güvənmək olar. Rus xalqı- yenilməz və tükənməzdir”.
İosif Stalin, Sovet lideri.
Hazırlardı: Avrasiya Hərəkatı - Azərbaycan
Комментариев нет:
Отправить комментарий