“Aleksandr Nevski köpəkləri Çud gölünün buzlu suyunda boğanda Danilo Qalitski onları Volın bataqlıqlarına doğru qovub boğdu. Rus və ukrain xalqı hələ onda, 13-cü əsrdə qardaş kimi birləşərək acgöz və murdar alman qəcbkarlarına zərbələr endirdi. Biz tarixi unutmamışıq. Biz Pojarskinin Rus müqavimətini də, Kremlin 1612-ci ildə polyaklardan azad olunmasını da, ondan 30 il sonra ukrain xalqının polyak qəsbkarlarına zərbə endirmək üçün qalxmasını da yaxşı xatırlayırıq. Biz Kiyevin şlyaxtadan azad olunmasını, Boqdan Xmelnitskinin bizim qədim paytaxtımızı pan və yezuitlərdən təmizləməsini də unutmamışıq. Beləliklə, hələ yaxın keçmişdə rus və ukrain xalqları torpaqlarımıza girən hər kəsə qarşı birgə vuruşurdular. Artıq çoxdan təsdiq olunub ki, yalnız rus xalqı ilə birgə olarkən Ukraynanın tam azadlığı mümkündür, belə birlik olmadan heç bir müstəqillikdən söhbət gedə bilməz! Bəli, belə birlik olmasa, ukrain xalqı nəinki qul olar və mənəvi cəhətdən alçalar, həm də fiziki cəhətdən məhv olar”.
Nikolay Bajan, 1939-cu il.
Комментариев нет:
Отправить комментарий