Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu "Xural" qəzetinə müsahibəsində Əbülfəz Elçibəylə bağlı ilginc faktlar açıqlayıb. O Əbülfəz Elçibəylə Heydər Əliyevin münasibətləri barəsində bu günə qədər ciddi-cəhdlə gizlədilən məqamlardan danışıb. Deyib ki, hamı Heydər Əliyevi Moskvada söyəndə Elçibəy mənimlə yoldaşımı çağırdı: "Bilirsən də, 1974-cü ildə Əbülfəz bəy həbs olunanda Heydər Əliyev hakimiyyətdə idi. Dedi ki, bir türk oğlunu qoymurlar orada otursun, baxın, gürcü var, erməni var, bir türk oğlu gedib ora. Əbülfəz bəy dedi ki, bir türk oğlu Moskvaya gedib, onu hər tərəfdən vururlar. Onun haqqında bir dənə məqalə yazın, müdafiə edin. Dedik axı biz nə yazaq, biz nə bilirik ki? Dedi sizə material verərəm. Bizə bir material verdi ki, Heydər Əliyev Azərbaycanda nə eləyib, biz də o məqaləni hazırladıq. Moskvada "Московские Новости" qəzetində Şvelyov soyadlı bir dostumuz var idi. Həmin məqaləni ona göndərdik".
Novella Cəfəroğlu Elçibəyin onun həyat yoldaşı Vilen Epelbauma yazdığı məktubların İsraildə olduğunu bildirib. Müsahibədə Novella xanım həyat yoldaşı ilə Elçibəyin çox yaxın dost olduqlarını deyib: "Vilen Epelbaum Elçibəylə yəhudi lobbisi arasında etibarlı vasitəçi olub. Elçibəy Kələkiyə getdikdən sonra mənim vasitəmlə İsraildə yaşayan həyat yoldaşıma məxfi məktublar yazıb. Bu məktubların məzmunu ilə mənim özüm də tanış ola bilməmişəm. Vilen Epelbaum indi də buna imkan vermir".
Niyə İsrailə? Oralarda nələr yazılıb görəsən? Novella Cəfəroğlu Əbülfəz Elçibəyin yəhudi lobbisinə çıxışında həyat yoldaşının mühüm rolunu vurğulayır. Deməli, bizim bilmədiyimiz çox şeylər var hələ və işin qəribə yanı orasındadır ki, hüquq müdafiəçisinin dediyindən belə çıxır ki, Əbülfəz bəyin yazdıqlarını onun özü də oxumayıb. Deməli, yazışmalar, ya da Əbülfəz bəyin göndərdiyi yazılar çox məxfi göndərilib. Hətta Novella Cəfəroğlu özü də oxuya bilməyibsə…
O bildirib ki, Əbülfəz bəy məktubda elə qəşəng şeylər yazıb: "Yazdığı şeyləri də burada heç kəsə etibar eləməyib, mənim yoldaşıma göndərib, ondadır. O da mənə hətta oxumağa belə vermir. Deyir, vaxtı, zamanı gələndə verəcəm…"
Комментариев нет:
Отправить комментарий