04.06.2017

Gürcüstanın əsl günəşi Rusiyadan çıxmışdır

Eduard Şevardnadze: “Gürcüstanı günəşli ölkə adlandırırlar. Lakin onun əsl günəşi Şimaldan çıxmışdır. Gürcüstan isti cənub ölkəsidir. Lakin ona əsl istilik Rusiyadan gəlmişdir. Rusiyadan gələn yol biz gürcülər üçün çox əzizdir. Gürcü xalqının böyük, qüdrətli və müdrik Rus xalqı ilə dostluğu sarsılmazdır. Bizim müdrik babamız Akakiy Çereteli öz xalqının taleyini düşünərək gələcək nəsillərə işığa doğru can atan Rusiya ilə birgə olmağı vəsiyyət etmişdir. Rusiya dumanı dağıtdı və özü sönməz ulduza çevrildi. Rusiyanın irəli apardığı xalqlar da onunla birgə qaranlığın bağrını dəldilər”.

Комментариев нет:

Отправить комментарий