Lavrenti Beriya: “Rus xalqı başqa xalqlar içərisində seçilən xaqdır. Xalqlar arasında dostluğu möhkəmləndirən qüvvə də məhz Rus xalqıdır. Rus xalqı Yer kürəsinin altıda bir hissəsində istismara son qoydu. Şübhə yoxdur ki. Rus xalqı olmasaydı, digər xalqlar xarici təcavüzkarlardan özlərini qoruya bilməyəcəkdilər və zülm altında inildəyəcəkdilər. Hətta hələ də ibtidai icma quruluşunda yaşayan bir çox xalqlar vardı ki, Rus xalqının sayəsində kapitalizm üzü görmədən birbaşa sosializmə qədəm qoydular. Böyük Vətən Müharibəsində Rus xalqının aydın təfəkkürü, mətin xarakteri və səbri xüsusi qüvvə ilə üzə çıxdı. Rus xalqı öz şücaəti, mərdliyi və kişiliyi ilə aparıcı qüvvə olduğunu bir daha ortaya qoydu. Rus xalqından nümunə götürən başqa xalqlar da onunla çiyin-çiyinə düşmənə qarşı fədakarlıqla vuruşdular. Rus xalqı onları zəfərə doğru apardı. Dünya bir daha birliyimizin sarsılmaz və qüdrətli gücünü gördü”.
Комментариев нет:
Отправить комментарий