04.06.2017

“Erməni xalqı onun milli və sosial dirçəlişində həlledici, qiymətsiz rol oynamış Rus xalqına hədsiz dərəcədə minnətdardır. Rusiya ilə birləşməklə erməni xalqının çoxəsrlik arzusu həyata keçmişdir. Rus xalqının enerjisi, istedadı, fədakarlığı, zəhmətsevərliyi, səmimi əliaçıqlığı ona digər xalqlar, eləcə də erməni xalqı arasında böyük sevgi və hörmət qazandırmışdır. Rus insanının erməni torpağına ayaq basdığı o müqəddəs günə eşq olsun! Həmin günü biz daim parlaq ümumxalq bayramı kimi qeyd edəcəyik. Erməni xalqının faciəli durumunda məhz Rus xalqı ona əl uzatdı, xilas etdi və işıqlı gələcəyə doğru apardı. Bizə etdiyi təmənnasız yardımlara görə böyük qardaşımız olan Rus xalqına öz təşəkkürümüzü bildiririk. Rusiya Şərqin taleyində proqressiv rol oynayır və bunu dəfələrlə sübut etmişdir. Rus xalqının alicənab və xeyirxah əməlləri başqa xalqlar üçün ruhlandırıcı nümunədir. Rus xalqı ilə qardaşyana dostluq hər bir xalq üçün qiymətsiz mənəvi-siyasi və sosial nailiyyətdir. Rus xalqı ilə müqəddəs dostluq qüdrətli hərəkətverici qüvvə və bütün müvəffəqiyyətlərin təməlidir. Biz bu dostluğu daim qiymətləndirəcəyik”.
Karen Dəmirçyan, erməni siyasi xadimi, 1974-1988-ci illərdə Ermənistan respublikasının birinci katibi

Комментариев нет:

Отправить комментарий