04.06.2017

“Rus xalqı öz misilsiz ənənələri, elm və mədəniyyət xəzinəsi olması ilə bütün xalqların sevgisini və dərin hörmətini qazanmışdır. Təsadüfi deyil ki, xalqlarımız ona böyük qardaş deyirlər. Rus xalqının tarixi xidməti ilk növbədə ondan ibarətdir ki, yeni humanist cəmiyyətin təməlini qoydu və başqa xalqlara nümunə göstərdi. Biz öz inkişafımıza görə möhtəşəm Rus xalqına borcluyuq. Digər xalqlar Rus xalqının sayəsində suverenitet və dövlətçilik qazandılar, öz iqtisadiyyatlarını, yüksək inkişafa malik sənayelərini, qabaqcıl kənd təsərrüfatlarını, milli mədəniyyətlərini yarada bildilər. Rus xalqı Şərq respublikalarının iqtisadiyyatının və mədəniyyətinin inkişafında mühüm rol oynadı. Nəticədə Rus dili böyük hörmət və sevgi qazandı. İnsanlarımız Rus dilini öyrənməyə can atırlar. Rus dili qardaş xalqlar arasında ünsiyyət dilinə çevrilmişdir. Nəinki bizdə, bütün dünyada bu zəngin dilin öyrənilməsinə böyük maraq vardır. Rus dili bütün milli məktəblərdə öyrədilməlidir. Təhsilin bu alicənab sahəsinə böyük diqqət yetirilməlidir”.
Nuritdin Muxitdinov, qırğız siyası xadimi, 1968-1977-ci illərdə SSRİ-nin Suriyadakı səfiri

Комментариев нет:

Отправить комментарий