Talışın böyük ruhanilərindən olan Həzrət Ayətullah Şeyx Bəşir Ərkivani Lənkərani, Qafqaz məntəqəsinin əzəmətli alimlərindən, ali məqamlı ruhanilərindəndir.
Şeyx 1866-ci ildə Lənkəran zonasının Masallı rayonunun tabeçiliyində olan Ərkivan kəndində dünyaya göz açdı. Quran qiraəti, Gülüstan, Bustan kimi o zamanlar Qafqaz mədrəsələrində ənənəvi olaraq tədris olunan kitabları məntəqə ruhanilərindən öyrəndi. Sonra Ərdəbil və Zəncan elmi hövzəsinə yola düşdü. Bir sıra ali səthli dini dərsləri və həmçinin kəlam, hədis və təfsir elmini Ayətullah Hacı Mir Saleh Müctəhid və Ayətullah Ağa Seyid Mürtəza Xəlxalidən öyrəndi.
Sonra təhsilini təkmilləşdirmək üçün, Nəcəfi-əşrəf dini hövzəsinə səfər etdi. Orada Həzrət Ayətullahül-üzma Seyid Məhəmməd Kazım Təbətabai Yəzdi və Həzrət Ayətullahül-üzma Axund Molla Məhəmməd Kazim Xorasani kimi böyük alimlərin elm dəryasından bəhrələnərək, ali elmi-mənəvi məqamlara sahib oldu.
Şeyx 1921-ci ildə öz doğma vətəninə qayıdaraq, orada dini maarifləndirmə, moizə, təbliğlə və islam elmlərinin tədrisi ilə məşğul olmağa başladı. O, islam elmləri arasında kəlam ekminə çox həvəs göstərirdi. Şeyx o zamanlar kəlam elmində rəsmi tədris kitabı olan “Şəvariqül-ilham” kitabını xüsusi diqqətlə tədris edirdi.
Bu ilahi alim və əzəmətli ruhani 1966-ci ildə dünyadan köçərək, Haqqın rəhmətnə qovuşmuşdur. Pak vücudu Masallı şəhər qəbristanlığında dəfn edilmişdir.
Daim Allahın rəhmət sayəsində qərar tutsun!
Комментариев нет:
Отправить комментарий