Fürsətdi ki, et nəfsini islah Ramazanda.
Əhf eyləyər əlbət bizi Allah Ramazanda.
Et tövbəni peşman olub Allaha tərəf gəl,
Çün bağlı deyildir dəri-dərgah Ramazanda.
Məsciddə namaz üstə dəyib xəncər Əliyə,
Vermiş canını Rəbbinə ol şah Ramazanda.
Gəldim qapına göz yaşı ilə, məni əhf et,
Ya Rəbb elədim eşqimi izah Ramazanda.
Dünya malı dünyada qalar, dərk elə, insan,
Boğ nəfsini, qaç, eylə sən ikrah Ramazanda.
Allah ki, vurur zənciri şeytanı edir həbs,
Şeytan da çəkir nalə ilə ah Ramazanda.
Rəhmət nəzərin eyləmə əskik bu Əbildən,
Güc gəlməyə imanına iştah Ramazanda.
Комментариев нет:
Отправить комментарий