Artıq bir həftədir ki, Azərbaycan mediası cəmiyyəti İran ordusunun Azərbaycan sərhədlərində cəmləşməsi və hərbi təlimlər keçirməsi barədə xəbərlərlə həyəcanlandırır. Guya ki, İran Azərbaycana hücum etməyə hazırlaşır, səbəbi də odur ki, Bakı Ermənistana və Dağlıq Qarabağa yardım çatdırmaqda Tehrana mane olur. Hərbi isteriya qaldırmış məqalələrin və xəbərlərin çoxunda açıq-aşkar İsrailin sifarişi görünür, hansı ki, İranın maksimal dərəcədə zəifləməsində daim maraqlıdır.
Bundan əlavə mənbələr yeni diqqətəlayiq məlumatı nəzərə çatdırırlar ki, bu da bütün kartları açır. NATO jurnalistlərindən biri xəbər vermişdir ki, həmin təlimlər zamanı İranın artıq 4-cü dronu qəzaya uğramışdır və həmin dronun şəklini dərc etmişdir. Lakin sonradan aydınlaşmışdır ki, bu 4 il qabaq (!), özü də Azərbaycan sərhədi yaxınlığında deyil, İranın cənubunda - Xuzistanda (1) qəzaya uğramış dronun şəklidir.
Hələ bu da əsas deyil. Maraqlısı odur ki, həmin informasiyanı general Hikmət Həsənovun protejesi jurnalist Tofiq Şahmuradov dərc etmişdir. Hər ikisi – Qarabağ kürdüdür. Hikmət Həsənov NATO-nun Azərbaycandakı “smotraşşisi” reputasiyasına malikdir.
Belə çıxır ki, bütün antiiran təbliğat da Rusiya sülhməramlılarına qarşı aparılan təbliğat kimi İsrailin və NATO-nun Azərbaycan Müdafiə nazirliyindəki generalları tərəfindən təşkil olunmuşdur və kurasiya edilir.
Və bu təəccüblü deyil. Həm Tel-Əviv, həm Brüssel, həm Vaşinqton, həm də NATO maraqlıdırlar ki, İran zəifləsin, eyni zamanda fürsətdən istifadə edərək Azərbaycanın yaxın qonşuları ilə arasını vursunlar və postsovet məkanında heç bir inteqrasiya prosesinə imkan verməsinlər.
Туранский экспресс teleqram kanalı
https://t.me/turan_express
Комментариев нет:
Отправить комментарий