12.10.2021

Qərbin postsovet məkanında apardığı şəbəkə müharibəsinə həsr olunmuş tədbir keçirildi


Rusiya Federasiyası paytaxtında “Postsovet məkanında şəbəkə müharibələri: Qərb tərəfindən dövlətlərə müdaxilə və dağıdıcılıq” mövzusunda dəyirmə stol keçirilmişdir.
Moskva İctimai Təşkilatlar Evində baş tutan tədbirdə postsovet məkanından olan olan politoloqlar, jurnalistlər, analitiklər və ekspetlər iştirak etmişlər.
Tədbirdə ilk çıxış edən Moldova parlamentinin deputatı, politologiya doktoru Boqdan Çırdya Qərb QHT-lərinin MDB ölkələrindəki fəaliyyətindən geniş danışaraq onların fəaliyyətinin gizli tərəflərinə aydınlıq gətirmişdir.
Politoloq ABŞ-ın Demokratiyaya Dəstək Fondunun (NED) zərərli fəaliyyətinə toxunaraq bildirmişdir ki, bu fond ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə bağlıdır. Fond yarandığı gündən Polşada, Çexoslovakiyada, Serbiyada və Ukraynada pozucu təşkilatları maliyyələşdirmiş və nəticədə bu ölkələri bir sıra ağır problemlərlə üz-üzə qoymuşdur. Məhz Fondun təxribatçı fəaliyyətləri nəticəsində SSRİ-də, Avropada sosialist hakimiyyətlər devrilmiş, Yuqoslaviya parçalanmış, Haitidə çevriliş olmuş və Venesuela lideri Uqo Çavesin həyatına sui-qəsd edilmişdir.
Boqdan Çırdya Soros Fondunun fəaliyyəti barədə də danışmışdır. Onun sözlərinə görə Soros yeni elitalarının yetişdirilməsi məqsədilə universitetlərlə işləməyə başlamışdır ki, gələcəkdə həmin elitalardan hakimiyyətləri devirmək üçün istifadə etsin. Məlum olmuşdur ki, SSRİ dağılandan sonra Soros Türkmənistandan başqa bütün postsovet respublikalarına soxula bilmişdir – bircə bu respublikada ilk əvvəldən Qərb QHT-lərinin fəaliyyətinə qadağa qoyulmuşdur. Belorusiyada Soros Fondunun faəliyyəti 1997-ci ildə, Özbəkistanda 2004-cü ildə, Azərbaycanda isə 2014-cü ildə qadağan olunmuşdur. Fondun ən qızğın fəaliyyət göstərdiyi ölkələr isə Ukrayna, Ermənistan, Gürcüstan və Moldavadır.
Çırdya onu da nəzərə çatdırmışdır ki, Qərb fondlarından maliyyələşən QHT-lərin üzvləri adətən Qərbin dəstəyi ilə ya həmin ölkədə Maydan təşkil edirlər, ya ölkə parlamentinə deputat seçilirlər – bu yolla hakimiyyətə oturuşurlar. Politoloq öz ölkəsini misal çəkərək bildirmişdir ki, Moldova prezidenti Sandu, parlament sədri Qrosu və baş naziri Qavrilitsa – Soros Fondunun keçmiş işçiləridir. Maraqlı cəhətlərdən biri də odur ki, onların heç biri Moldava vətəndaşı olmamışlar - Rumıniya vətəndaşlığına malik olmuşlar.
Hal-hazırda Moldovanın 105 KİV-i Qərb fondları tərəfindən maliyyələşdirilir. Soros Fondu fəxarətlə bildirir ki, bir çox postovet ölkələrində prokurorları onlar təyin etmişlər və həmin prokurorlar ölkədəki Rusiyayönlü aktivistləri təqib edirlər. Elə bir acınacaqlı vəziyyət yaranmışdır ki, hər hansı QHT-nin və onun sədrinin istənilən hərəkəti ölkədəki KİV-lər tərəfindən mədh olunur, qarşı tərəfin hərəkətləri isə KİV-lər tərəfindən diskreditasiya olunur və gözdən salınır. Lazım olan anlarda postsovet ölkələrinin KİV-ləri bir mərkəzdən idarə olunurlarmış kimi mobilizasiya olunaraq amerikan maraqları uğrunda eyni mövqedən çıxış edirlər.
Tədbirdə çıxış edən Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, İzbor Klubunun üzvü Valeri Korovin Qərbin hərbi güc tətbiq etmədən hakimiyyətləri yıxmaq və bütöv regionları asanlıqla ələ keçirmək texnologiyalarından söz açmışdır. Qərb institutları məhz “vətəndaş cəmiyyəti” adı verdikləri texnoloji model hesabına dövlətlərin idarəçiliyinə soxulurlar. Onlar guya həmin ölkədə ideal cəmiyyət obrazı yaradırlar, əslində isə hakimiyyəti yıxmaq və dövlətçiliyi məhv etmək üçün istifadə etdikləri şəbəkə strukturları üçün lazımi mühit yaradırlar. Qərb bu yolla 2013-2014-cü illərdə Ukraynada “təfəkkürləri ələ keçirdi”, əhali öz “gələcəyini xoşbəxt Avropada gördü” və məhz bundan sonra hakimiyyəti yıxaraq öz adamlarını yerləşdirmək üçün şərait yarandı. Qərbin şəbəkə müharibələri üzrə mütəxəssislərinin sayəsində Ukraynada hakimiyyət Qərbyönümlü millətçilərin əlinə keçdi.
Belorusiya politoloqu Vladimir Kireev çıxışında bildirmişdir ki, Qərb polittexnoloqları bu ölkədə də oxşar ssenari həyata keçirmək istəsələr də prezident Aleksandr Lukaşenkonun əzmkarlığı sayəsində istəklərinə çata bilməmişlər.
Tədbirdə çıxış edən tanınmış azərbaycanlı politoloq, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri üzrə mütəxəssis Nəzakət Məmmədova bildirmişdir ki, Azərbaycan mətbuatında Rusiyanın qaralanması kampaniyası aparılır, ruslardan monstr obrazı yaradılır. Hal-hazırda isə əsas hədəf Qarabağda müharibəni dayandırmış Rusiya sülhməramlılarıdır. Məqsəd Rus sülhməramlılarını regiondan çıxarıb ATƏT-in Minsk qrupunu fəaliyyətini bərpa etməkdir ki, məlum olduğu kimi bu qrupda əsas rolu ABŞ və Fransa oynayırlar. Çoxlu sayda youtube-kanallar və saytlar yaradılıb ki, bu yöndə fəaliyyət göstərirlər. Bir çox postsovet respublikalarında olduğu kimi Azərbaycanda da liberallar Qərbin maraqları çərçivəsində narıncı inqilab baş verməsi yolunda çalışırlar. Gürcüstanda və Ermənistanda baş vermiş rəngli inqilablar onlara böyük ümidlər vermişdir. Lakin Azərbaycanda qonşu respublikalardan fərqli olaraq çoxlu sayda Rusiyayönlü insanlar vardır. Onlar Rusiyanın timsalında regionda sülh və əmin-amanlığı qarantını görürlər, Rusiyanı beynəlxalq terrorizmə, separatizmə, konstitusion quruluşun zorla devrilməsinə sinə gərən vacib qüvvə kimi qəbul edirlər.
Dəyirmi stol iştirakçılarının gəldiyi son yekdil fikir bu olmuşdur ki, postsovet ölkələrində NATO propaqandasına qarşı vahid informasiya məkanı yaradılmalı, yad təsirlərin qarşısı alınaraq milli dəyərlər sistemi dəstəklənməlidir. Bu Qərbin dezinformasiya maşınına qarşı atılan ilk əks-hücum addımı olacaq. Tədbir iştirakçılarının fikrincə, belə bir potensial artıq mövcuddur.









Комментариев нет:

Отправить комментарий