Biabırçılıqdı vallah.
Bütün siyasi məsələlər qalsın bir tərəfə.
Ölkədə baş vermiş ən acınacaqlı durum bundan sonra başlayacaq!..
Tarif Şurasının iyun ayında verdiyi qərara əsasən əhali üçün 10 qəpik civarında təyin olunmuş illik 2200 kub qazın limiti - 1200 kuba endirilib.
İstifadəçilər 1200 kubu keçən kimi qazın qiyməti 20 qəpikdən hesablanacaq.
Hələ qış mövsümü girməmiş artıq demək olar əhalinin 70-80 %-i limiti keçib.
Keçən gün sayğaca 10 AZN yüklədim, 5 AZN yükləndi.
Hələ düşünün ki 2200 kubu keçmiş olsaq (reallıq budur ki, hamı o ölçünü keçir) 25 qəpikdən hesablanacaq...
Postsovet ölkələri arasında təbii qazı hasil edib öz əhalisinə ən baha satan ölkə Azərbaycandır.
Nəsimi Abdulov
Комментариев нет:
Отправить комментарий