13.10.2021

Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, İzbor Klubunun üzvü Valeri Korovin:
“Qərb özünün şəbəkə strukturları vasitəsilə hərbi güc tətbiq etmədən hakimiyyətləri yıxır və bütöv regionları asanlıqla ələ keçirə bilir. Qərb institutları məhz “vətəndaş cəmiyyəti” adı verdikləri texnoloji model hesabına dövlətlərin idarəçiliyinə soxulurlar. Onlar guya həmin ölkədə ideal cəmiyyət obrazı yaradırlar, əslində isə hakimiyyəti yıxmaq və dövlətçiliyi məhv etmək üçün istifadə etdikləri şəbəkə strukturları üçün lazımi mühit yaradırlar. Qərb bu yolla 2013-2014-cü illərdə Ukraynada “təfəkkürləri ələ keçirdi”, əhali öz “gələcəyini xoşbəxt Avropada gördü” və məhz bundan sonra hakimiyyəti yıxıb öz adamlarını yerləşdirmək üçün şərait yarandı. Qərbin şəbəkə müharibələri üzrə mütəxəssislərinin sayəsində Ukraynada hakimiyyət Qərbyönümlü millətçilərin əlinə keçdi”.

Комментариев нет:

Отправить комментарий