13.10.2021

Vahhabi yoldaşlara

Əxi, inan ki, tarixdə bundan daha artıq fürsətlər düşüb. Amma bu, “rafizilər”i çökdürə bilməyib. Bax ən gözəl fürsətlərdən biri Peyğəmbər (s) vəfat edən kimi vəsiyyəti pozmaq oldu. Şiələri evlərə həbs edib, bəzilərini də öldürdülər. Həzrət Əli (ə) kimi insanı 25 il ev dustağı etdilər. Amma bu onları çökdürmədi.
Sonra Həzrət Fatiməni (s) küçədə döydülər, evini yandırdılar, mirasını əlindən aldılar. Nəhayət Peyğəmbərin (s) bir parçası, çənnət xanımı bu yaralardan xiffət çəkib öldü. Əli (ə) öz şiələri ilə onu gecə dəfn etdi ki, müsəlmanlardan olan iblislərdən qorusun. Amma bu onları çökdürmədi.
Sonra sənin sələflərin qoşun yığıb üç cəbhədə Həzrət Əliyə (ə) hücum çəkdilər. Yüz minlərlə şiənin qanı haqsız yerə axıdıldı. Nəhayət Əlini (ə) namaz üstə öldürdülər, az keçməmiş “dayın” müaviyə İmam Həsəni (ə) öldürdü. Sonra əmr sahibiniz Yəzid İmam Hüseyni (ə) öldürdü. Qız-gəlinini əsir alıb at-döşü apardı. On illərlə məscidlərin minbərlərindən Əliyə (ə) və ailəsinə lənətlər oxundu. Amma bu onları çökdürmədi.
Sonra onların yerinə gələn əmr sahiblərin bir-bir Əhli-Beytdən (ə) olan hər kəsi təqib etdi, başın kəsdi, həbsə atdı. On iki İmamdan (ə) yerdə qalan səkkiz İmamı da müxtəlif üsullarla qətlə yetirdilər. Onların tərəfdarlarını diri-diri başı aşağı quyulara atdılar. Amma bu onları çökdürmədi.
Sonra qalaq-qalaq hədislər uyduraraq Əhli-Beytin (ə) və şiələrin fəzilətini aradan aparmaq istədilər. Saxta kitablar yazıb xəlifələrin pulu ilə üzünü çıxarıb aləmə yaydılar. Halalı haram, haramı halal etdilər. Amma bu onları çökdürmədi.
Nəhayət əmr sahibin Mötəmid Abbasi 11-ci İmam Həsən Əsgərinin (ə) yataq otağına da öz cəsus kənizlərini yerləşdirərək İmam Mehdinin (ə.f) doğuluşuna əngəl olmaq istədi. Amma bu da onları, yəni rafizi dediyin şiələri çökdürmədi.
Nəhayət İblisin əlinə oynayan “Xilafətin” elə İblisin əli ilə də dağıldı. Belə də olmalı idi, çünki şeytanla işbirliyinə gedənin aqibəti bəri başdan məlumdur...
Bura kimi öyrənsən bəsdi. Amma əslində bundan sonra da günümüzə kimi şiəni məhv etmək istəyənlər növbəyə dayandı. Alınmadı.
Və alınmayacaq da!
Sən bu İblis qoşununda bir zərrəsən, aldanaraq şeytana qulluq etməyə məcbur olmusan. İŞİD də yarananda məqsədi şiəni məhv etmək idi. Onun da aqibəti sənə bəllidir. 
Nə qədər gec deyil, ölüm ayağında balıq kimi ağzını açıb-yummamısan - bu iddiadan çəkil. Allah, Peyğəmbəri (s) və onun Əhli-Beytini (ə) Quranla bir tutub. Əlini (ə) və onun şiələrini nicat tapmış dəstə adlandırıb. İlahi hakimləri özü təyin edib. Şiələr də məhz bu yolu tutub gedənlərdir...


Səyavuş Yəhyayev

Комментариев нет:

Отправить комментарий