Tanınmış azərbaycanlı politoloq, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri üzrə mütəxəssis
Nəzakət Məmmədova:
“Azərbaycan mətbuatında Rusiyanın qaralanması kampaniyası aparılır, ruslardan monstr obrazı yaradılır. Hal-hazırda isə əsas hədəf Qarabağda müharibəni dayandırmış Rusiya sülhməramlılarıdır. Məqsəd Rus sülhməramlılarını regiondan çıxarıb ATƏT-in Minsk qrupunun fəaliyyətini bərpa etməkdir ki, məlum olduğu kimi bu qrupda əsas rolu ABŞ və Fransa oynayırlar. Çoxlu sayda youtube-kanallar və saytlar yaradılıb ki, bu yöndə fəaliyyət göstərirlər. Bir çox postsovet respublikalarında olduğu kimi Azərbaycanda da liberallar Qərbin maraqları çərçivəsində narıncı inqilab baş verməsi yolunda çalışırlar. Gürcüstanda və Ermənistanda baş vermiş rəngli inqilablar onlara böyük ümidlər vermişdir. Lakin Azərbaycanda qonşu respublikalardan fərqli olaraq çoxlu sayda Rusiyayönlü insan vardır. Onlar Rusiyanın timsalında regionda sülh və əmin-amanlığın qarantını görürlər, Rusiyanı beynəlxalq terrorizmə, separatizmə, konstitusion quruluşun zorla devrilməsinə sinə gərən vacib qüvvə kimi qəbul edirlər.
Postsovet ölkələrində NATO propaqandasına qarşı vahid informasiya məkanı yaradılmalı, yad təsirlərin qarşısı alınaraq milli dəyərlər sistemi dəstəklənməlidir. Bu Qərbin dezinformasiya maşınına qarşı atılan ilk əks-hücum addımı olacaq. Belə bir potensial artıq mövcuddur”.
Комментариев нет:
Отправить комментарий