Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Moskva vilayətində və Yekaterinburqda dini ekstremist qrupları həbs etmişdir.
Moskva şəhərində və vilayətində həbs olunan qrup “Hizb ut-Təhrir” terror təşkilatının üzvləridir. Təşkilatın Şimali Qafqazdan olan 2 qrup lideri və 6 fəal iştirakçısı tutulub.
FTX-nın məlumatına görə, onlar “ümumdünya xilafəti” yaratmaq, dünyəvi cəmiyyət institutlarını məhv etmək və hökuməti zorla devirmək doktrinasına əsaslananaraq “konstitusiyaya qarşı fəaliyyət” həyata keçiriblər. Saxlanılanlardan qadağan olunmuş təbliğat materialları götürülüb.
Yekaterinburqda tutulan qrup isə Orta Asiya vətəndaşlarından ibarətdir. Qrup üzvləri beynəlxalq terrorçu təşkilatların ideologiyasının təbliği və əmək miqrantlarını terror yönümlü cinayətlərə meylləndirməkdə təqsirləndirilirlər.
Комментариев нет:
Отправить комментарий