Fikir verin, illərdir İranda türkcə danışanlar döyülür xəbərini yayanlar bu gün artıq farsca danışanların döyüldüyünü yazırlar. İndi nə etsin bu iranlılar? Hansı dildə danışsınlar? Türkcə danışan döyülür, farsca danışan döyülür. Bu yazıq camaa hansı dildə danışsın? Bu qədər yalan olar?
Dünyanın heç bir ölkəsi barədə bu qədər yalan uydurulmur, buna əmin olun.
Bəzən soruşurlar ki, niyə ancaq İran barədə olan yalanları ifşa edirsiniz? Çünki bu gün Azərbaycan mediası ancaq İran üzərindən dezinformasiya yayır. Bəli, hansısa digər mövzularda da müəyyən yalanlar paylaşılır, amma heç biri bu qədər absurd deyil.
Bir qeyd də əlavə edək ki, videoda üzünə şillə dəyən şəxs aylarla İŞİD-in əlində əsir qalmış, çox mömin və pak bir insandır. Əgər o istəsəydi, şillə vuran adama elə səhnədə lazımı cavab verərdi. Amma heç nə etmədi və həmin adamı əfv etdiyini bildirdi.
Bugün bu görüntülərə baxıb gülənlər, dünən peyğəmbərin başına zibil atılmasına baxıb gülənlərin övladlarıdır...
Murad Salahov
Комментариев нет:
Отправить комментарий