18.10.2021

"İraqla müharibədə İrana İsrail kömək edib" yalanına cavab

Reyhun Babayev

Deyilən sözlər yalandır. İranda İnqilab olandan dərhal sonra Xomeyni bəyan etdi ki, İslam İnqilabının məqsədi - İnqilabın İslam dünyasına yayılması və müsəlmanların zalımların işğalından azad edilməsidir. Bundan ötrü ilk növbədə Qüdsün işğaldan azad edilməsinin vacibliyini dedi və bu yolda dərhal hərəkətə keçdi. Belə olan halda İsraillə necə münasibətlər yaxşı ola bilər?
"İsrail kömək edib" yalanına cavab verirəm: Səddam İrana hücum edəndə bütün dünya Səddamı silahlandırırdı, amma İrana silah satılması qadağan idi. İran Səddamın ordusunun qarşısında bir təhər davam gətirsə də, İraq tanklarını vuran raketlərə malik deyildi. Bu səbəbdən də İran çoxlu canlı itki verirdi. İran hər yolla olur olsun silah almaq qərarına gəldi.
Belə ki 1984-cü ildə, Livandakı Hizbullah təşkilatı İranın göstərişi ilə Livandakı ABŞ hərbi bazasına hücum edərək çoxlu sayda ABŞ hərbiçisini girov götürdü və onları girovluqdan azad etməyə şərt kimi - İrana tank əleyhinə raketlər satılmasını ABŞ-dan tələb etdi. Özü də silahların təcili şəkildə Tehrana çatdırılması tələbini ortaya qoydu. ABŞ çıxılmaz vəziyyətdə qalıb İrana tank əleyhinə TOW raketləri satmaq məcburiyyətində qaldı. Bu raketləri təcili çatdırıb öz hərbçilərini azad etməkdən ötrü isə ABŞ-ın İsraildə olan hərbi bazasındakı raketləri İrana göndərməli oldular. Yəni ABŞ İsraillə razılığa gəldi ki, silahlar təcili şəkildə İrana çatdırılması üçün İsraildəki ABŞ raketləri İrana göndərilsin və ABŞ sonradan o silahların yerini doldursun. ABŞ həm də silahları ona görə İsraildən götürüb verdi ki, öz hərbçilərinin İranın əlində girov olduğu və buna görə İranla razılaşmaya gedib İrana uduzduğunun üstü açıllmasın.
Beləliklə, İran ABŞ-ı mələdə-mələdə ondan raketləri satın aldı və bu raketlər hesabına Səddamın hücumlarının qarşısı aldı.
Silahlar İrana çatdırılıb qurtarandan sonra Hizbullah ABŞ hərbçilərini buraxdı. İran sonradan özü həmin raketləri kopyalayıb arsenalını gücləndiri.
Bu hadisənin adı "İran kontras" və ya "İranqeyt" kimi tarixə düşüb. Amma xarici mənbələr arasında çox az mənbə var ki, İranın o silahları necə əldə etdiyini yazsın. Hamı yazır ABŞ İrana silah satdı və İsrailin vasitəsilə - amma ABŞ hərbçilərinin İran tərəfindən girov götürüldüyünü isə çox az sayt yazır.
Həqiqət budur. Yəni İran silahsız qalanda elə bir addım atdı ki, özünün ən böyük düşmənləri olan ABŞ və İsrail İrana silah verdilər ki, onların kuklası olan Səddama qarşı vuruşsun.
İran həmişəki kimi düşmənlərinə elə bir od vurdu ki, bunu heç cür unuda bilmirlər.
Odur ki, müxtəlif yalanlarla üstünü malalamağa çalışırlar.

Комментариев нет:

Отправить комментарий