13.10.2021

Moldava parlamentinin deputatı, politologiya doktoru Boqdan Çırdya:
“ABŞ-ın Demokratiyaya Dəstək Fondu (NED) ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə bağlıdır. Fond yarandığı gündən Polşada, Çexoslovakiyada, Serbiyada və Ukraynada pozucu təşkilatları maliyyələşdirmiş və nəticədə bu ölkələri bir sıra ağır problemlərlə üz-üzə qoymuşdur. Məhz Fondun təxribatçı fəaliyyətləri nəticəsində SSRİ-də, Avropada sosialist hakimiyyətlər devrilmiş, Yuqoslaviya parçalanmış, Haitidə çevriliş olmuş və Venesuela lideri Uqo Çavesin həyatına sui-qəsd edilmişdir.
Soros Fondu da postsovet ölkələri xalqlarına qənim kəsilmiş fondlardan biridir. SSRİ dağılandan sonra Soros Türkmənistandan başqa bütün postsovet respublikalarına soxula bilmişdir – bircə bu respublikada ilk əvvəldən Qərb QHT-lərinin fəaliyyətinə qadağa qoyulmuşdur. Belorusiyada Soros Fondunun faəliyyəti 1997-ci ildə, Özbəkistanda 2004-cü ildə, Azərbaycanda isə 2014-cü ildə qadağan olunmuşdur. Fondun ən qızğın fəaliyyət göstərdiyi ölkələr isə Ukrayna, Ermənistan, Gürcüstan və Moldavadır. Son zamanlar Soros yeni elitalarının yetişdirilməsi məqsədilə universitetlərlə işləməyə başlamışdır ki, gələcəkdə həmin elitalardan hakimiyyətləri devirmək üçün istifadə etsin.
Qərb fondlarından maliyyələşən QHT-lərin üzvləri adətən Qərbin dəstəyi ilə ya həmin ölkədə Maydan təşkil edirlər, ya ölkə parlamentinə deputat seçilirlər – bu yolla hakimiyyətə oturuşurlar. Məsələn, Moldava prezidenti Sandu, parlament sədri Qrosu və baş naziri Qavrilitsa – Soros Fondunun keçmiş işçiləridir. Maraqlı cəhətlərdən biri də odur ki, onların heç biri Moldava vətəndaşı olmamışlar - Rumıniya vətəndaşlığına malik olmuşlar. Hal-hazırda Moldovada 105 KİV Qərb fondları tərəfindən maliyyələşdirilir. Soros Fondu fəxarətlə bildirir ki, bir çox postovet ölkələrində prokurorları onlar təyin etmişlər və həmin prokurorlar ölkədəki Rusiyayönlü aktivistləri təqib edirlər. Elə bir acınacaqlı vəziyyət yaranmışdır ki, hər hansı QHT-nin və onun sədrinin istənilən hərəkəti ölkədəki KİV-lər tərəfindən mədh olunur, qarşı tərəfin hərəkətləri isə KİV-lər tərəfindən diskreditasiya olunur və gözdən salınır. Lazım olan anlarda postsovet ölkələrinin KİV-ləri bir mərkəzdən idarə olunurlarmış kimi mobilizasiya olunaraq amerikan maraqları uğrunda eyni mövqedən çıxış edirlər”.

Комментариев нет:

Отправить комментарий