11.10.2021

Həqiqətpur İranın Azərbaycana hərbi yardımı barədə


İranlı general Mənsur Həqiqətpur Türkiyənin Quds TV televiziyasına skayp vasitəsilə qoşulmaqla İranın Azərbaycana hərbi yardımı və həmin dövrdə yaşanan hadisələr haqqında maraqlı açıqlamalar verib.
Mənsur Həqiqətpur deyib ki, Heydər Əliyev prezident olanda və Qarabağ işğal olunan vaxtı Heydər Əliyevin dəvəti ilə Azərbaycana getdik: “Biz ora yalnız Heydər Əliyevin çağırışı ilə getmədik. İslam İnqilabının Ali Rəhbəri İmam Seyid Əli Xamneyi bu mövzuda fətva da verdi.  İmam Xamneyidən soruşduq ki, "gedəcəyimiz bölgə müharibə bölgəsidir, əgər orda bizə bir şey olsa, həyatımızı itirsək vəziyyətimiz necə olacaq?" İmam Xamneyi sualımıza belə cavab verdi: "Qarabağ İslam ölkəsidir. İslam torpaqlarını müdafiə etmək üçün döyüşərkən canını itirənlər şəhiddir"”.

Комментариев нет:

Отправить комментарий