Azərbaycanın “Qaşqaçay”, “Elbəydaş” və “Ağduzdağ” filiz yataqlarının geoloji öyrənilməsi və istismarı məqsədilə Türkiyə şirkətləri “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” ilə müqavilələr imzalanıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov twitter səhifəsində yazıb.
Sosializmin süqutundan az sonra Azərbaycan İngiltərə başçılığında qlobal neft oliqarxiyasının müstəmləkəsinə çevrilmişdi. Ölkəmizin ən dəyərli sərvəti olan neft sənayesi imperialist kapitala peşkəş çəkilmiş, digər sənaye növləri məhvə sürüklənmişdi. Ancaq məsələ nə neftlə, nə ingilislə bitmirmiş.
İndi də Azərbaycanın yeraltı sərvətləri qarşısında Türkiyə burjuaziyasının ağzı sulanır. Tarix bir daha sübut edir ki, kapitalist sinif qanla, müharibəylə bəslənir. Böyük əksəriyyəti Azərbaycanın ən kasıb təbəqəsindən, fəhlə-kəndli ailələrindən olan soydaşlarımız İkinci Qarabağ Müharibəsinə yola düşərkən, onlara güc verən Vətən sevgisi idi. Nə biləydilər ki, burjuaziya xaindir!
Həqiqətsə çılpaq və çirkindir. İşçi və kəndli ailələrindən uşaqlar ona görə həyatlarını qurban verdi ki, türkiyəli oliqarxlar Kəlbəcər mədənlərinə yiyələnsinlər?
Azərbaycanlı kasıblar ona görə şəhid oldu ki, türkiyəli varlılar bizim hesabımıza şişirtdikləri qarınlarını bir az da şişirtsinlər?
"İşçinin səsi" facebook səhifəsi
Комментариев нет:
Отправить комментарий