Vətən Müharibəsi şəhidi Ülvü Məmmədovun atası
Vüqar Məmmədov:
"Şəhidləri çəkərkən “vətən sağ olsun” dedirtmək ölümü stimullaşdırmaq, gənc yaşında insanların ölməsini təbliğ etməkdir. Mənsə buna qarşıyam. Düşünürəm ki, insan yaşamalıdır, hər şeydən öndə insan faktoru gəlməlidir. Dövlət də çalışıb insanı yaşatmalıdır.
Müharibə nədir? İnsan ölümü ilə nəticələnən qarşıdurma. Bu gün yenidən bunu stimullaşdıranlar müharibə gələndə özlərini və övladlarını yenə də künc-bucaqda gizlədəcəklər. Olansa yenə də yetim-yesirə olacaq.
Mənim nə demək istədiyimi başa düşənlər düşdü. Başa düşməyənlərə isə tövsiyyəm budur ki, kimsə bu sözlərimi oxuyandan sonra irad tutub mənə vətənpərvərlik dərsi keçməsin. Əks halda sizə başıma gələndən arzulamaq məcburiyyətində qalacağam".
Комментариев нет:
Отправить комментарий