29.10.2021

Vətən Müharibəsi şəhidi Ülvü Məmmədovun atası
Vüqar Məmmədov:

"Vətən hamımızındırsa yeyəndə də, öləndə də birlikdə olmalıyıq. Əgər belə deyilsə... onda vətən adı ilə kimlərsə manipulyasiya edir, kimlərsə kimisə tovlayır. Soruşuram, sən, bu dövlətin milyonlarına, milyardlarına sahib olan, bu vətən hər ikimizindirsə, niyə sənin oğlun müharibə vaxtı xaricə qaçır, yaxud şəhərin mərkəzində yüz minlərlə ölçülən maşına bayraq taxıb siqnal verərək gəzir, bu dövlətdən demək olar heç nə çatmayan mənim övladım isə günlərlə ac-susuz, günün istisində, yağışın palçığında düşmənlə üz-üzə, odun alovun içində qalır və sonda həlak olur? Əgər bu vətən hər ikimizindirsə sənin də, mənim də oğlum çiyin-çiyinə cəbhədə olmalıydı. Yoxsa belə çıxır ki, vətən talamaq üçün sənin və övladlarının, ölmək üçün mənim övladımındır? Xeyr, belə olmur. Belə olarsa bu cür anlayışa vətən demək olmaz".

Комментариев нет:

Отправить комментарий