
FaktXeber.com xəbər verir ki, nəsili tükənməkdə olan heyvanlar arasında olan lemurların son zamanlardakı ən böyük düşmənləri insanlardır. Artıq lemurlar qeyri-qanuni ovlanır. Xüsusilə adanın şərq qisimində ov qurbanı olan bu heyvanlarla əlaqədar araşdırma aparan Banqor universitetindən olan Alim Julia Jones, çöl sahələrdə və kiçik qəsəbələrdə bu heyvanların öldürülərək ətinin yeyildiyini bildirib.
Qeyd edək ki, Madaqaskarda beləə bir inanc var ki, lemurların öldürülməsi günahdır. İnanca görə, bal toplayarkən ağacdan yıxılan bir insan lemurlar tərəfindən xilas edilib. Bundan əlavə lemur öldürülməsinin və yeyilməsinin xəstəlik və bədbəxtlik gətirəcəyinə inanılır.
Комментариев нет:
Отправить комментарий