04.12.2011

Arxiv məsələsi

Etimad Başkeçid virusdan qorxmur“Yazılarınızın hansı variantda arxivdə saxlanılmasına üstünlük verərsiniz:
əlyazması və ya kağızda (kitab, yaxud qəzet); elektron (kompüter və ona aid vasitələrdə)?


İradə Tuncay: (“Ədalət” qəzetinin baş redaktoru): “Bulqakovun bir sözü var: “Əlyazmaları yanmır”. O baxımdan kağız variantında”.

Yaşar (“525-ci qəzet”in baş redaktor müavini): “Kağız variantında”.

Aslan Qəhrəmanlı (yazıçı-dramaturq): “Mən yazıların yalnız kitab variantında arxivləşməsinin tərəfdarıyam. Çünki o biri variantlarda daha tez məhv olmaq və itib-batmaq təhlükəsi var”.


Zakir Fəxri (şair): “Təbii ki, bütün əl yazıların arxivləşdtomiək və bütün əl yaxılırını saxlamaq qeyri-mümkündür. Amma mənə əziz olan bir neçə yazım var ki, onları əlyazısında saxlamağı üstün tutardım. Bunlardan ən başlıcası həbsxana həyatından bəhs edən əsərimdir ki,onu yalnız əl yazısında saxlayıram və ümumiyyətlə arxiləşmə işində yalnız kağız mühüm olmalıdır. Ondan sonra gələn şeylər etibar etmək bir o qədər də düzgün deyil.

Azər Abdulla (yazar): “Arxivləşmə işində bir o qədər də səriştəli deyiləm. Kompüterdən istifadə etməyi bacarsam da, yazılarımın arxivləşməsi məsələsində, mənə elə gəlir ki, çap olunmuş vəziyyətdə, yəni kitab kimi qalması daha etibarlıdır.

Etimad Başkeçid (şair-tərcüməçi): “Bu mövzu mənim üçün bir o qədər də aktual deyil. Və sizin üçün nə dərəcədə aktualdır, onu da bilmirəm. Buna görə də deyim ki, mən adətən əlyazmaları saxlamıram. Yazdığım yazılar kompüterdə olur. Bir gün ora virus düşsə də, pozulub gedəcək”.

Tofiq Abdin    kulis.az

Комментариев нет:

Отправить комментарий