Söhbətə mövzunun dağ yerindən başlayaq: Ağ Ev Nobel mükafatına qane olmayan xanım İbadi kimilərinə rəngli inqilabdan sonra Azərbaycan Respublikası ərazisini vəd edib. Yəni siz kömək edin dini rejimi aşıraq, əvəzində Rusiyanın işğal etdiyi şimali Azərbaycanı sizə qaytaraq!
Son günlər məhz Azərbaycan Respublikasında mətbuat ABŞ, Britaniya, İsrail üçlüyünün İrana hücumunu manşetə çıxarıb. İrana hücum mövzusu tərəfsiz ekspertlərin rəyincə təbliğat xarakterlidir. Amma biz bu yazıda ehtimali hücumun baş verib-verməyəcəyini yox, nəticələrini nəzərdən keçirməyə çalışacağıq.
Söhbət ABŞ, Britaniya və İsraildən gedirsə bu üç ölkənin daxili ictimai-siyasi durumu və hərbi potensialını dəyərləndirmək önəmli olur.
ABŞ hazırda maliyyə böhranında can verir desək yanılmarıq. Amerikalılar gələcəyə münasibətdə dünyanın ən bədbin xalqlarındandır. İşsizlik, fahişəlik “demokratiya beşiyini” ağzı üstə qapamaq həddində yırğalayır. Amerika “Occupy Wall Street” (Val Strit-i ələ keçir) nümayişlərini necə yatırtmaq barədə qərar çıxara bilmir. ABŞ xalqı özünü 99%, harın başçıları 1% elan edib.
Hərbi baxımdan ABŞ-ın vəziyyəti daha dəhşətlidir. Əfqanıstan və İraqa təcavüz Ağ Evə əsil ölüm sindromu yaşadır. ABŞ kütləvi psixoz içindədir. 11 sentyabrdan sonrakı işğallar ABŞ-a heç nə vermədi. Eyni sözləri Britaniya və İsrail haqqında da demək olar. İsrail təkcə işğal olunmuş ərazilərdə yox, həm də “qanuni ərazisində” vətəndaşları mühacirətdən saxlamaq üçün dəridən-qabıqdan çıxır. Yəhudilər maneələr aradan götürülərsə kütləvi şəkildə İsraili tərk etməkdə israrlıdır.
Əgər bu üç hegemon və mafioz dövlət öz problemlərini İrana hücumla pərdələmək istəyirsə, İran düzgün seçim deyil. İran nə Əfqanıstandır, nə də İraq. İran hərbi maşını ABŞ-ın güvəndiyi təyyarədaşıyanları körfəzin dibinə endirməyə vaxt istəmir. İran hərbinin hansı səviyyədə olduğunu ABŞ, Britaniya və İsrailin 30 ildən artıq bir müddətdə yerində sayması aydın göstərir.
Yazımızda nəzərdən keçiriləsi ən mühüm nöqtə budur ki, İrana hücum əməliyyatlarında Bakı nə üçün canfəşanlıq göstərməlidir? Məgər sionizmin təbliğat maşınının bir detalına çevrilmiş Azərbaycan mətbuatında anlamırlarmı ki, İrana hücum ötən 8 illik müharibənin kiçik modeli olacaqsa, bu müharibə Azərbaycanın varlığını təhlükə altına alır. Müharibə İran üçün daha təhlükəlidir, yoxsa Azərbaycan üçün?
İran müharibə meydanlarında ərsəyə gəlmiş bir dövlətdir və İran rəhbərləri inqilabdan sonrakı 30 ildə Azərbaycan rəhbərləri kimi özünə dəbdəbəli həyat qurmayıb, hərbi sənayeni inkişaf etdirb. İran ABŞ və onun mütttəfiqlərinə tarixi bir peşmanlıq yaşadacaq – bunu Kissincerdən belə bütün sabiq və təcrübəli diplomatlar təsdiqləyir. İrana qarşı müharibə mövcud kapitalist sisteminin çevrilişinə bərabərdir.
Sovet şinelindən çıxmış ölkələrdə isə xalqlar qumbara səsini top səsindən ayıra bilmir. Azərbaycanda işğal olunmuş rayonların “xoş gəldinlə” boşaldılması buna sübutdur. İrana hücum baş versə İranın digər sərhədləri kimi İran-Azərbacan sərhədi də açılacaq, daha doğrusu söküləcək. İran tarixi dövlətçilik ənənələrinə malikdir və istənilən müharibəni hətta böyük itkilər bahasına həzm edəcək. Amma Azərbaycan dövlətçiliyi... İrana hücum günü Azərbaycan hakimiyyətindən kiminsə Bakıda qalacağı ehtimal olunmur. Bunu inkar edənlər müharibənin masştabını dərk etmir. Beş dılğır erməninin fitinə rayon boşaldanlar ağır tonnajlı bombaların titrəyişinə dözəsi deyil. Ümumiyyətlə Azərbaycanda imkanı çatanlar ölkəni tərk edəcək. İranda da bombadan qaçmaq istəyənlər olmamış deyil. Belə bir şəraitdə ən münasib və ucuz sığınacaq Azərbaycan ərazisi ola bilər. 80 milyonluq İran əhalisinin 30 milyonu Azərbaycan ərazisinə daxil olsa (təbii ki bu 30 milyon arasında qeyri-azərilər əhəmiyyətli sayda olacaq) nə vaxtsa başa çatacaq müharibdən sonra ümumiyyətlə Azərbaycan dövlətinin mövcudluğu suala çevriləcək.
Bu fikirlər kimisə qəzəbləndirə, kimisə qızışdıra bilər. Amma hərb tarixindən xəbərdar insanlar yaxşı bilir ki, İranla ABŞ və müttəfiqləri arasında müharibə baş verərsə, dünyada baş verəcək əsas dəyişiklik Azərbaycan dövlətçiliyinin şirin xatirəyə çevrilməsi olacaq.
Комментариев нет:
Отправить комментарий