25.12.2011

İRANDAN ABŞ-A İKİNCİ AĞIR KƏŞFİYYAT ZƏRBƏSİ

Amerikanın təcrübəli kəşfiyyatçısı İranda yaxalanıb

FaktXeber.comun “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, İran 15 gün ərzində Amerika kəşfiyyatına ikinci ağır zərbəsini endirib. Ötən günİran televiziyası MKİ-nin bu ölkədə yaxalanmış əməkdaşının etiraflarını yayımlayıb. Əslən iranlı olan, ancaq Amerikada doğulmuş casus bir neçə dildə sərbəst danışa bilir. Hikməti soyadlı casus ən məxfikəşfiyyat üsullarına yiyələnmiş və İranda MKİ-nin planlarını həyata keçirmək üçün bu idarə tərəfindən müəyyənləşdirilmiş ən bacarıqlı kadr olub.

Hikməti 2001-ci ildə ABŞ ordusuna daxil olmuş və ordunun əks-kəşfiyyat bölməsində fəaliyyətə başlamışdır. Bir neçə il lazımı təlimat aldıqdan sonra Hikməti 2005-2007-ci illərdə İraqa gələrək orada ordu zabiti adı altında, kəşfiyyat analitiki kimi fəaliyyət göstərir. Onunəsas vəzifəsi İraqın rəsmi dairələrində Amerikaya meylli ünsürləri müəyyənləşdirərək, onları pul və vədlərlə ələ almaq olub. Onun sözlərinə görə, Amerikanın daha bir məqsədi İraq neftinitamamilə ələ keçirdikdən sonra OPEK təşkilatını sıradan çıxarmaq olub.
Bundan əlavə, regionda müxtəlif İslami və milli cərəyanlara nüfuz edərək gərginliyi artırmaq Amerikanın başlıca niyyətlərindən olub.
Hikmətinin İraqda apardığı fəaliyyət MKİni razı saldığından, onu daha məxfi əməliyyatlara cəlb olunmasına səbəb olur. 2009-cu ildə o, bütün lazımi testlərdən müvəffəqiyyətlə keçir. Nəhayət 2011-ci ildə MKİ-nin əməkdaşı onunla görüşərək İranda casusluq etmək üçün məxfitapşırıq verir.
Hikmətinin İrandakı əsas fəaliyyəti bu ölkəni maraqlandıran bir sıra məlumatları ötürməkləözünü İran Kəşfiyyat İdarəsinə (ETTELAAT) yaxınlaşdırmaq olub. Bundan sonra o, heçolmasa İran Kəşfiyyat İdarəsinin ən azı bir yüksəkçinli məmurunu müəyyənləşdirib ələ keçirməklə Amerikaya təhvil verməli imiş. Amma İran Kəşfiyyatı Hikmətini İrana gəlməzdən öncə, yəni o Amerikanın Əfqanıstandakı Bəqram bazasına gəldikdən sonra müəyyənləşdirib. Sonda sözügedən casus İrana daxil olduqdan sonra yaxalanıb. Bu casusun tutulması Amerikanın İran barədə apardığı demək olar bütün planları alt-üst edib. Hal-hazırda Hikmətinin həbsindən sonra MKİ-nin İranda başlamış geniş fəaliyyət şəbəkəsi tamamilə məhv edilib.

Комментариев нет:

Отправить комментарий