12.12.2011

MÜBARİZ NORYEQA VƏ BİN LADEN MKİ AGENTİ OLUB

O, bir vaxtlar Latın Amerikası ölkələrində ən çox adı çəkilən və sadə xalq arasında sevilən siyasi liderlərdən biri hesab edilirdi

O, bir vaxtlar Latın Amerikası ölkələrində ən çox adı çəkilən və sadə xalq arasında sevilən siyasi liderlərdən biri hesab edilirdi. Şöhrəti qısa müddətdə dünyanın hər yerinə yayılmışdı və adı gələndə hörmətlə ayağa qalxırdılar. Bu baxımdan onu Venesuelanın indiki Prezidenti Uqo Çaves ilə müqayisəetmək olar. 0nun adı Latın Amerikası ölkələri tarixində ABŞ-a qarşı ilk  savaş açan liderlərdən biri kimi qalacaq.

O, bir vaxtlar Latın Amerikası ölkələrində ən çox adı çəkilən və sadə xalq arasında sevilən siyasi liderlərdən biri hesab edilirdi. Şöhrəti qısa müddətdə dünyanın hər yerinə yayılmışdı və adı gələndə hörmətlə ayağa qalxırdılar. Bu baxımdan onu Venesuelanın indiki Prezidenti Uqo Çaves ilə müqayisə etmək olar. 0nun adı Latın Amerikası ölkələri tarixində ABŞ-a qarşı ilk savaş açan liderlərdən biri kimi qalacaq. 



Cəsarətlə savaşa başladığı günlərdə milyonlarla insan onu alqışlayırdı.  O, ABŞ-ın neomüstəmləkəçilik zülmündən əziyyət çəkən Latın Amerikası ölkələri xalqlarını öz arxasınca aparmaq, onları haqlarını tələb etmələri üçün ayağa qaldırmaq istəyirdi. Amma azadlıq mübarizəsinə səslədiyi xalqları ABŞ-a qarşı səfərbər edə bilməyərək meydanda tək qaldı. Buna baxmayaraq, sona kimi mübarizə apardı, sonda isə ömrünün ən gözəl illərini həbsxana divarları arasında keçirməyə məcbur oldu. Söhbət ötən əsrin 80-ci illərində Panamanı idarə edən Prezident Manuel Noryeqadan gedir.

Azadlığa aparan yol


Ötən həftə ABŞ özünün keçmiş müttəfiqi, bir vaxtlar Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) qazanında bişmiş və qısa müddətdə onun ən bacarıqlı kəşfiyyatçıları kimi məşhurlaşan, ancaq sonralar, belə demək mümkünsə, silahı öz ağalarına qarşı çevirən Ben Ladenlə haqq-hesab çürüdərək onu aradan götürdü. Adı ABŞ tərəfindən məşhur terrorçu kimi hallandırılan Bin Laden əslində Ağ Ev tərəfindən cəzalandırılan birinci keçmiş Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşı deyil. Bin Ladendən əvvəl ona oxşar taleyi tamam fərqli səbəblər üzündən Panamanın keçmiş dövlət başçısı Manuel Antonio  Noryeqa Moreno yaşamışdı. O da bir vaxtlar sədaqətlə əməkdaşlıq etdiyi ABŞ-ı idarə edənlərin iç üzünü görmüş, onların demokratiya və insan hüquqları pərdəsi altında xalqları əzmək və neomüstəmləkəçilik siyasəti yeritməsinin şahidi olmuşdu. Nəticədə buna dözməyərək ABŞ-a qarşı açıq mübarizəyə başlamışdı. Amma bu yol onu həbsxanaya aparıb çıxardı. Bir vaxtlar bütün beynəlxalq hüquq normalarını kobud şəkildə tapdalayaraq, Panamaya hərbi müdaxiləyə əl atan və Noryeqanı ömürlük həbs cəzasına məhkum edən ABŞ ağasına qarşı mübarizə aparan Bin Ladendən isə qisasını onu öldürməklə aldı.  Bu özbaşınalıqlarına beynəlxalq aləmdə haqq qazandırmaq üçün ABŞ Noryeqaya narkobaron, Bin Ladenə isə terrorçu damğası vurmuşdu. Onların hər ikisi Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları olsalar da, ağalarına - ABŞ-a qarşı fərqli mübarizə yolları (biri açıq mübarizəni, digəri terroru) seçmişdilər.  Əslində terrorçu və ya narkobaron adlandırılmasından asılı olmayaraq, həm Noryeqanı, həm də Ben Ladeni ABŞ-ın  dünya ağalığı uğrunda oynadığı çirkin oyunların qurbanları hesab etmək olar...
http://www.fopsobserver.com/wp-content/uploads/2010/07/0108noriega_article.jpgManuel Antonio Noryeqa Moreno 1938-ci il, fevral ayının 11-də Panamada çox yoxsul bir ailədə anadan olub. Onun  valideynləri vaxtilə müəyyən səbəblər üzündən Panamaya köç etmişdilər. Manuel uşaq ikən anası vəfat etdi və. Atasının onun tərbiyəsi ilə məşğul olmağa vaxtı yox idi. Buna baxmayaraq, Noryeqa lazimi təhsil ala bildi. O, əvvəlcə, psixiatr olmaq niyyətində idi. Bu məqsədlə də Panama Universitetinin tibb fakültəsini bitirdi. Amma ixtisası üzrə işləmədi. Sonra gənc Manueli əsgərliyə çağırdılar və o, hərbi hissələrdən birində xidmət etməyə başladı. Ordu həyatı yoxsul bir ailədən çıxan və daim ehtiyac içində yaşayan Manuelin həyatında kəskin dəyişikliyə gətirib çıxardı. O, həyatını hərbi işə sərf eməyi qərara aldı və bu məqsədlə Çilidə ali hərbi məktəbdə oxudu. Hərbi təhsilini başa vurandan sonra yenidən doğma vətənə qayıdan Manuel Noryeqa təyinatla hərbi hissələrdən birinə göndərildi. Burada o, general Omar Torrixosun diqqətini cəlb etdi. Yoxsul ailədən çıxan və  özünü olduqca intizamlı aparan, hər əmri dəqiqliklə yerinə yetirməyə çalışan, saf və təmizliyi ilə digər zabitlərdən seçilən Manuel Noryeqa general üçün göydəndüşmə bir tapıntı olmuşdu. Ona görə də Torrixos Noryeqanı özünün ən yaxın adamlarından birinə çevirmişdi. Generalın yardımı ilə Noryeqa vəzifə pillələrində sürətlə irəliləməyə başladı. Ötən əsrin 60-cı illərində digər Latın Amerikası ölkələri kimi, Panama da ən ağır iqtisadi, siyasi dövrlərindən birini yaşayırdı. Panama bölgənin əlverişli strateji coğrafi məkanında yerləşməsinə baxmayaraq, kasıb ölkələrdən biri olaraq qalmaqda davam edirdi. Üstəlik, Panamanı idarə edənlər Latın Amerikası ölkələrində təsir dairəsi uğrunda mübarizə aparan müxtəlif güclərin əlində oyuncağa çevrilmişdilər. Oxşar taleyi yaşayan Panamada da korrupsiya və rüşvətxorluq ən yüksək həddə çatmışdı. Panama faktiki olaraq dağılmaq, dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə vəziyyətdə isə ölkəni düşdüyü ağır vəziyyətdən xilas etmək üçün hərbçilər hərəkətə keçdilər. 1968-ci ildə general Omar Torrixos Panamada dövlət çevrilişi həyata keçirdi. Həmin dövrdə Panama Milli Qvardiyasında xidmət edən Manuel Noryeqa da Omar Torrixosu dövlət çevrilişində dəstəklədi. Nəticədə dövlət çevrilişi uğurla nəticələndi və devrilmiş prezident Arnulfo Ariasın yerinə hakimiyyətə Omar Torrixos gəldi. Torrixos bu işdə ona dəstək verən Noryeqanı da unutmadı. 1969-cu ildə Torrixosun imzaladığı xüsusi sərəncamla Noryeqa Panama ordusu baş Kəşfiyyat İdarəsinin rəhbəri təyin edildi. Qısa müddətdə Noryeqa Torrixosdan sonra ölkənin ikinci adamına çevrildi. Bu vəzifədə işləyərkən Noryeqa ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəhbərliyi ilə sıx əməkdaşlıq etməyə başladı. Tezliklə o, ABŞ xüsusi xidmət orqanlarında özü barədə ən çevik bir rəhbər təsiri formalaşdıra bildi. ABŞ  Panama hərbçiləri arasında öz təsirini saxlamaq üçün tez-tez yüksək səviyyəli zabitlərə müxtəlif adlar altında maliyyə yardımları göstərirdi. Noryeqa üçün də hər ay ABŞ əlavə maliyyə yardımı ayırmışdı. Bəzi məlumatlara görə, Noryeqa 1970-1986-cı illərdə ABŞ büdcəsindən 320 min dollar maaş almışdı. Onun 1977-ci ildən başlayaraq, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin o dövrdəki şefi Corc Buşun ayırdığı xüsusi maliyyə fondundan da hər ay 110 min dollar aldığı məlumdur.

Qeyd etdiyimiz kimi, Noryeqa kasıblığın bütün ağırlığını öz üzərində hiss etmişdi. Ona görə də Torrixosa təklif etmişdi ki, tez-tez kasıblarla görüşlər keçirsin və onların problemlərini öyrənərək həyatlarının yüngülləşdirilməsinə yardım göstərsin. Bu təklifi bəyənən Torrixos mütəmadi olaraq Panamanın müxtəlif regionlarında  kasıblarla görüşürdü. Bu, da Torrixosu xalq arasında daha da məşhurlaşdırmışdı. 1981-ci ildə Torrixos belə görüşlərdən birinə gedərkən müəmmalı şəkildə qəzaya uğrayaraq dünyasını dəyişdi. Bundan sonra hakimiyyətə general Dario Paredas gəldi. Paredas Noryeqanı Panama Silahlı Qüvvələri Baş Qərargahının rəisi təyin etdi. Orduda aparılan islahatlar çərçivəsində 1983-cü ildə əlahiddə Panama Müdafiə Qüvvələri yaradıldı. Ona rəhbərlik etmək isə Noryeqaya tapşırıldı. Bundan sonra hakimiyyət faktiki olaraq, Noryeqanın əlinə keçdi. 1984-cü ildə Panamada keçirilən Prezident seçkilərində Nikolas Ardito Barletta qələbə çaldı. O isə Noryeqadan asılı idi və onun bütün tapşırıqlarını yerinə yetirirdi.

ABŞ kəşfiyyatı və narkoticarət

Ötən əsrin 60-80-ci illərində ABŞ Latın Amerikası ölkələrində, o cümlədən  Nikaraquada sosializmə qarşı mübarizə aparırdı. Bunun üçünsə külli miqdarda maliyyə vəsaiti tələb edilirdi. Bu işdə ABŞ dövlətinə çox güc düşməsin deyə Mərkəzi Kəşfiyyat İdarəsi Latın Amerikası ölkələrində narkoticarəti genişləndirmişdi. MKİ-nin nəzarəti altında narkobaronlar öz mallarını ABŞ və Avropa bazarlarına çıxarırdılar. Narkoticarətdən əldə edilən gəlirin böyük hissəsi  MKİ-yə çatırdı. MKİ də bu vəsaitdən sosializmə qarşı mübarizədə istifadə edirdi. Noryeqa da MKİ tərəfindən bu əməliyyata cəlb edilmişdi. Noryeqanın vasitəsilə narkoticarətdən əldə edilən gəlir Nikaraquada Daniel Orteqanın sosialist rejiminə qarşı mübarizə aparan “kontras”çılarına çatdırılırdı və bu da sonuncuların mübarizəsinin uğurla nəticələnməsinə aparıb çıxardı. Bundan sonra ABŞ Milli Təhlükəsizlik Şurası sədrinin köməkçisi podpolkovnik Oliver Nortun xahişi ilə Noryeqa Panama ərazisi vasitəsilə İrana gizlicə yer-hava tipli raketlərin göndərilməsinə yardım etdi. Əldə edilən gəlirdən isə ABŞ kəşfiyytatı ilə bərabər, Noryeqaya da pay çatdı. Bəlkə də bu, Noryeqanın həyatında buraxdığı ən böyük səhvlərdən biri idi. Belə ki, məhz ABŞ kəşfiyyatının narkoticarətinə yardım etməsi onun üçün gələcəkdə fəlakətə gedən yolun başlanğıcını qoydu.


Emin Nəsirli                   faktxeber.com

Комментариев нет:

Отправить комментарий