25.12.2011

Növbə kimindir?


Hüsamə bin Sərxan
Qarazəncir Antimason Lojası

Qəddafi tək-tük prezidentlərdən idi ki, sərvətlərini yəhudilərə vermir, öz xalqına xərcləyirdi

 Amerikanın 44-cü prezidenti özünün Vaşinqton unversitetindəki çıxışında Liviya məsələsinə özünəməxsus bir açıqlama gətirmişdi. Bu cür önəmli məsələlələrə heç vaxt tutarlı aydınlıq gətirməyən Obama bu çıxışında da qeyri-adi bir səbəb göstərməmişdi. “Amerika gələcəyin lider dövləti olması səbəbindən dünyada sülhün, əmin-amanlığın təminatında məsuliyyət daşıyır. Biz digər dövlətlərdən fərqli olaraq Qəddafinin cinayətlərinə göz yuma bilmərik”,- deyə Obama universitetdəki çıxışında qeyd etmişdi.

Maraqlıdır, görəsən Obama bilmir ki, dünyada ən böyük müharıbə ocaqlarını o özü yaradıb? Bəs görəsən niyə bu “sülhün təminatçısı” Qəzza, Bəhreyn, Yəmən cinayətlərinə göz yumur? Niyə bu məsələdə məsuliyyətini yada salmır? Bu məsələlərin heç birinə aydınlıq gətirməyən prezident qeyd edib ki, dünya yeni bir dönəmin başlanması astanasındadır. Bu məsələlərə başqa dövlətlər göz yuma bilər. Amma ABŞ- əsla! Təbii ki yeni bir yağlı tikə olan, münbit təbii sərvəti olan Liviyaya göz yummaqmı olardı? Neçə illərdir əlindən çıxan bu ərazidə lövbər atmağın vaxtı gəlib çatmışdı. Bu cür əraziyə göz yummaq olmazdı! Bütün dünyanın sərvətləri yəhudilərə qismət olmalıdır.
 Sən demə, Liviyanın bombardman edilməsi Benqazidə baş verə biləcək qətliamın qarşısının alınması üçün imiş! Fars körfəzində “İran təhlükəsi”nin qarşısını almaq adıyla, Səudiyyə krallığının müdafiəsinə qalxıldı. Əlbəttə ki “qoruma borcu” missiyası Bəhreyn xalqına şamil edilmədi.
 Qarşıda Qəzzafi rejimindən sonra Amerika kəşfiyyatçıları, gizli əməlliyyatlar, muzdlu qatillər və xüsusi təyinatlılarla doldurulmuş Liviyanın insan haqlarının qibləsi kimi piarı aparılacaq. Onların nə deməyindən asılı olmayaraq, həqiqət həqiqət olaraq qalacaq ki, bütün bunlar ABŞ, ən əsası İsrailin çirkli oyunlarıdır. Dünya mətbuatı bu xarici müdaxilədən kimlərin daha karlı çıxacaqları barədə kifayət qədər məlumatlar işıqlandırmışdır. Bu oyunun əsas oyunçuları siyahısına Pentaqon, NATO, Səudiyyə Ərəbistanı (kral ailəsi), Ərəb Ölkələri Liqasından Əmr Musa və Qətər hakimiyyətini salmaq olar. Bəhreynin Əl-Xəlifə sülaləsini, müxtəlif silah istehsal edən şirkətləri və bir də Liviyada mövcud olan hər şeyi (hətta suyu) özəlləşdirmək istəyi ilə alışıb-yanan acgözləri də bu siyahıya əlavə edin. Bir də Liviya neft yataqları üzərində pərvaz edən qərbli leşyeyənlərin də burada məxsusi payları var.
 Hər şeydən daha iyrənc isə, Obama administrasiyasının heyrətamiz ikiüzlülüyü, Afrika ölkələri və ərəb dövlətlərində baş verənləri “humanitar əməliyyatlar” adlandırmasıdır. Həqiqətdə isə bu daha bir müsəlman ölkəsinə qarşı Amerika-İsrail müharibəsi, yəni, dinamik hərbi əməliyyatlardır. Əgər başınıza ABŞ və İsrail bombalar yağdırırsa, bu demokratik bombalardır. Yox əgər siz etiraz edirsinizsə, səsinizi ucaldırsınızsa, onda əsl terrorçusunuz!
 Əfqanıstan NATO-nun Mərkəzi və Cənubi Asiyada birinci müharibəsi olduğu kimi, Liviya da NATO-nun birinci Afrika müharibəsi idi. Qlobal polis rolunu oynayan NATO qüvvələri həqiqətən də BMT-nin hərbi qüvvəsinə çevrilib və çox rahatlıqla özünün strateji konsepsiyasını həyata keçirir. Qəzzafinin Liviyası dağıdılmalıydı ki, Aralıq dənizini Qədim Roma dövründə olduğu kimi “mare nostrum”-u NATO-nun özəl gölünə çevirmək mümkün olsun. Liviya Afrikada o dövlətlərdəndir ki, Afrika Şurası və NATO tabeliyinə daxil deyildi. Qəddafi tək-tük prezidentlərdən idi ki, sərvətlərini yəhudilərə vermir, öz vətəndaşlarına xərcləyirdi.

 Afrika və Yaxın Şərqdə “rejim dəyişikliyi” planına daxil olan hər kəs gözdə-qulaqda olmalıdır. Çünki “Qlobal polis” NATO onların da dalınca gələcək. Hiylə ilə və yaxud hiyləsiz.

Комментариев нет:

Отправить комментарий